Məhkəmə qərarları › İş №3(5-155)-518/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-518/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-518/2026 13.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X1 iştirakı ilə, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 34164349 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 34164349 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarix də EQ 34164349 seriyalı qərar ilə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə sürət həddini aşma iddiası əsasında inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, sürət həddini aşmamışdır. Qeyd etmək istəyir ki, iddia edilən ölçmə hərəkətdə olan YPX avtomobili tərəfindən qarşı istiqamətdən üz-üzə hərəkət zamanı aparılmışdır. Hərəkətdə olan iki nəqliyyat vasitəsi arasında sürətin ölçülməsi zamanı, ölçmənin hansı texniki rejimdə aparıldığı barədə əsaslandırılmış məlumat təqdim edilməmişdir. Belə ki, radar ölçməsinin məhz onun idarə etdiyi nəqliyyat vasitəsinə aid olduğu texniki sübutlarla tam və aydın şəkildə təsdiq edilməmişdir. Ölçmə prosesinin hansı şəraitdə və hansı cihazla apanlmadığı barədə mənə əsaslandırılmış məlumat təqdim olunmamışdır. Radar cihazının kalibrasiya (metrologiyayoxlaması) sənədi qərara əlavə edilməmişdir. Təqdim edilən foto, video material sürət həddinin aşılmasını dəqiq və şübhəsiz şəkildə sübut etmir. Qanunveriliciyə əsasən inzibati məsuliyyət yalnız sübuta yetirilmiş hallarda tətbiq oluna bilər və şübhə yarandıqda isə bu hal vətandaşən xeyrinə qiymətləndirilməlidir. Radar cihazının hərəkətdə ölçmə funksiyasının sertifikat və kalibrasiya sənədi qərar əlavə edilməməsi də həmin qərarın ləğv edilməsi üçün əsasdır. Cihazın həmin tarixdə qüvvədə olan kalibrasiya sənədi məhkəməyə təqdim olunsun və hərəkətdə olan iki nəqliyyat vasitəsi arasında aparılan ölçmənin konkret ona aid olduğu texniki baxımdan sübut olsun. Məhkəmədən barəsində tərtib edilən EQ34164349 nömrəli protokol üzrə inzibati tənbeh vermə haqqında qərar qanusuz və əsassız olunduğundan ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən X2 bildirmişdir ki, cərimə yazıldığı yoldan çox istifadə edir. Həmin cərimə sürət həddini aşma ilə bağlıdır. Lakin həmin vaxt onunla eyni istiqamətdə ondan qabaqda hərəkət edən avtomobillər cərimə olunmamışdır. Bununla bağlı BDYPİ-ə müraciət etmişdir. Yolda sürət həddini aşması ilə bağlı sübutların təqdim olunmasını tələb edir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən X2 bildirmişdir ki, onun yolda sürət həddi 50 km/saat olmuşdur. Onu həmin yolda ağ rəngli “Hyundai” markalı avtomobil ötüb keçməsinə baxmayaraq, həmin avtomobil cərimə olunmamışdır. Hətta onun yanından yük avtomobili sürətlə keçmiş, lakin videogörüntülərdə əks olunmamışdır. Bundan başqa, yanından yol patrul xidməti avtomobili də keçmişdir. Lakin buna baxmayaraq ona “sms radar” tətbiqi vasitəsilə cərimə gəlmişdir. Şikayətini müdafiə edir. İş materiallarında olan DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 34164349 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 həmin tarixdə “LAND ROVER RANGE ROVER MİNİK” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Quba yolunun 22-ci kilometrliyində yol verdiyi xətaya görə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdən görünür ki, “LAND ROVER RANGE ROVER MİNİK” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilnin əks istiqamətdə hərəkət edən YPX avtopatrulu tərəfindən foto və video qeydiyyata alınmışdır. Məhkəmə videogörüntüyə istinad edərək qeyd edir ki, F.Əliyevin hərəkətində İXM-in 328.1-ci maddəsinin tərkibi olması öz təsdiqini tapır. Belə ki, videogörüntüdə F.Əliyevə idarə etdiyi avtomobil qırmızı rəngli yük avtomobilini ötərkən sürət həddini keçməsi müəyyən olunur və həmin vaxt avtomobilin fotoşəkilləri avtomatik olaraq çəkilir. Fotoşəkillərin rekvizitlərində konkret olaraq həmin yolda sürət həddinin 90 km/saat olması, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobildə isə 101 km/saat olması aşkar edilir. Bundan başqa məhkəmə qeyd edir ki, digər avtomobillərin sürət həddini aşması ilə bağlı inzibati məsuliyyətə cəlb edilib-edilməməsi hazırkı mübahisənin predmetinə aid deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 34164349 nömrəli inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ34164349 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ 34164349 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar