Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-519/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Sumqayıt şəhər Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2026-cı il tarixli qərar qəbul edilmişdir. Qərar və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərar qəbul etmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şəxs (FİN: xxxxxxx)- xx.xx.1986-cı ildə Xaçmaz rayonu, Susay-Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərsun Kağız və X2 ASC-nin texniki işlər müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 3 ünvanında yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Sumqayit Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X4 tərəfindən toplanmış 339-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, “sahəvi standart 36-100.3.13- 85 X1 Sistemləri. Texnoloji avadanlıqların quraşdırılması. Ümumi təhlükəsizlik tələbləri”nin 2.26-cı bəndinin tələbi həmin təmir işlərinin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulması faktına görə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şəxs xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən “Azərsun Kağız və X2” ASC-də texniki işlər müdiri vəzifəsində çalışır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1727 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X3 bədəni üzərində “sağ orbitanın inferior divarının sınığı sağ gözaltı nahiyvənin, sağ üst göz qapağının yarası” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənınə müddəti zərərçəkənin SAF Hospitalına müraciət etdiyi vaxtdan az əvvəl llmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 22.10.25-ci ıl tarixdə əmələ gələ filərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa Az AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-texniki ekspertizasının 10/7767 saylı, xx.xx.2025ci il tarixli rəyindən görünür ki, “Azərsun Kağız və X2” ASC-də qurğunun (makinanın) qurutma bölməsindəki 29 №li silindrində təmir işlərinin aparılması zamanı kip birləşmiş vəziyyətdə olmuş yastığın (rulmanın) yerindən çıxarılması işinin təlimata uyğun olaraq dartıcılar və ya xüsusi qurğular vasitəsi ilə aparılmaması baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, Sahəvi standart 36-100.3.13-85 X1 Sistemləri. Texnoloji avadanlıqların quraşdırılması. Ümumi təhlükəsizlik tələbləri" nin 2.26-cı bəndinin və İşçilərin mühafizə vasitələri” 12.4.011-89. Dövlətlərarası standartarının 2.1,2.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılmış və nəzəri bilikləri yoxlanılmış “Azərsun Kağız və X2” ASC-də təmirçi çilingər vəzifəsində işləyən X5 tərəfindən iş zamanı qurğunun (makinanın) qurutma bölməsinin 29 №li silindrində təmir işləri apararkən silindrdə kip birləşmiş vəziyyətdə olmuş yastığın (rulmanın) yerindən çıxarılmasını təlimata uyğun olaraq dartıcılar və ya xüsusi qurğular vasitəsi ilə aparmadığına, (yəni yastığın yerindən çıxarılması işinin kuvaldla zərbə ilə vurmaqla icra etdiyinə), eləcə də iş zamanı fərdi mühafizə vasitəsindən (qoruyucu eynəkdən) istifadə etmədiyinə görə, Sahəvi standart 36-100.3.13-85 X1 Sistemləri. Texnoloji avadanlıqların quraşdırılması. Ümumi təhlükəsizlik tələbləri” nin 2.26-cı bəndinin və “İşçilərin mühafizə vasitələri” 12.4.011-89. Dövlətlərarası standartın 21. 2.7-ci bəndlərinin tələbləri, vəzifə təlimatının 13, 14, 15-ci bəndlərinə əsasən X3 özü tərəfindən pozulmuşdur. “Azərsun Kağız və X2” ASC-də qurğunun (makinanın) qurutma bölməsinin 29 №li silindrində təmir işlərinin aparılması zamanı kip birləşmiş vəziyyətdə olmuş yastığın (rulmanın) yerindən çıxarılması işinin təlimata uyğun olaraq dartıcılar və ya xüsusi qurğular vasitəsi ilə aparılması təmin edilmədiyinə (yəni işçi tərəfindən yastığın yerindən çıxarılması işinin kuvaldla zərbə ilə vurulmaqla icra edilməsinə yol verildiyinə) görə, “Sahəvi standart 36-100.3.13-85 X1 Sistemləri, Texnoloji avadanlıqların quraşdırılması. Ümumi təhlükəsizlik tələbləri”nin 2.26-cı bəndinin tələbi həmin təmir işlərinin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs(-lər) tərəfindən pozulmuşdur (konkret şəxs(-lər)'istintaq tərəfindən müəyyən edilə bilər). Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: “Azərsun Kağız və X2” ASC-nin texniki işlər müdiri vəzifəsində işləyən, xx.xx.1986cı ildə Xaçmaz rayonu, Susay-Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500,00 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-155)-519/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-519/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver