Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-52/2026 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Tələbkar Həsənova (Kamalova) Zülfiyyə Famil qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Natiq Şəfiyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17396 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən yaranmış 2734 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Natiq Şəfiyev bildirmişdir ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2011ci il təvəllüdlü X6 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay, hər bir uşaq üçün 117 manat olmaqla, ümumilikdə 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, mütəmadi olaraq ödənişlər həyata keçirmişdir. xx.xx.2025-ci il tarixində 300 manat ödəyib. Dekabr ayının ödənişini etməyə hazırdır. Hazırkı borcun yaranmasının səbəbi indeksasiya ilə bağlı məhkəmə qərarının olmasıdır. Həmin qərardad onun vəziyyətini birdən-birə ağırlaşdırmışdır. Aliment miqdarının azaldılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Aliment borcunu ödəməkdən yayınmır və bundan sonra da ödənişləri həyata keçirəcək. Hazırda 500 manat borcundan ödəməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Həsənova (Kamalova) Zülfiyyə Famil qızı izahatında bildirmişdir ki, 2734 manat aliment borcunu tələb edir. Uzun müddətdir 234 manat aliment hesablanmış, lakin həmin məbləğlə uşaq saxlamaq mümkün deyil. Bu səbəbdən indeksasiya ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə məbləği artırmışdır. Aliment məbləği sonradan azaldılsa da, 2734 manat borc hər bir halda ödənilməlidir. Bu səbəbdən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, borclu işləyir, gəlir yeri var və aliment məbləğini öədyə bilər. Həmçinin, o məhkəmə iclası fasiləsi zamanı borcundan 500 manat ödəmişdir. Bundan başqa, onun 2ci ailəsi var. Qeyd olunanları nəzərə alaraq borclu barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X6 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay, hər bir uşaq üçün 117 manat olmaqla, ümumilikdə 234 (ikiyüz otuz dörd) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17396 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu qərar və bildirişlə xx.xx.2017-ci ildə tanış edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17396/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X7 oğlunun yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər uşağa görə 117 manat sabit pul məbləğində tutulan alimentin məbləği hər ay hər uşağa üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.11 misli həddində indeksasiya olunmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbi 10 gün ərzində könüllü icra olunması xahiş olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, bu günədək 3 aylıq borcu var. Maddi vəziyyəti ilə əlaqədar olaraq icra sənədi üzrə tələbi tam şəkildə icra etməyib. Bu ay 300 manat ödəniş etməklə növbəti aylarda da 300 manat ödəyəcək. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, bu günədək icra sənədi üzrə 26000 manat ödəniş edib. İcra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi maddi vəziyyəti ilə bağlıdır. Bu gün üçün 300 manat ödəyib, növbəti aylarda da 300 manat ödəyəcək. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclunun hazırda ona olan aliment borcu 468 manat təşkil edir. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, icra sənədi üzrə bu günədək təxmini 24000 manat ödəniş edib. İcra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi indeksasiyalarla bağlı şikayət ərizəsi verməsidir. Alimentin azaldılmasına görə məhkəməyə müraciət edib. Bu gün borcundan 300 manat ödəniş edə bilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli “eManat” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzlərdən görünür ki, Şəxs tərəfindən 500 manat Zərərçəkmiş şəxs kart hesabına göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmurunun, Şəxs izahatlarından və iş materiallarından göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdirilməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Borclu əvvəllər ödənişlər etmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixində 300 manat, məhkəmə iclasında isə 500 manat ödəniş etmiş, aliment borcunu 2234 manat endirmişdir. 2234 manat aliment borcu kifayət qədər yüksək məbləğ olsa da, həmin aliment məbləğinin yaranmasına səbəb Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-1097/2025 nömrəli qərardadına əsasən 2025-ci ilin oktyabr, noyabr, dekabr ayları üçün aliment borcunun hər ay 800 manatdan çox hesablanmasıdır. Məhkəmə işin hallarına, borcun yaranma səbəbinə, borclunun icraya münasibətinə uyğun olaraq hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Belə ki, borclu indeksasiyaya əsasən yaranmış aliment borclarını da ödəməkdən imtina etməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, borclu indeksasiya olunmuş aliment borcunun birdən-birə onun vəziyyətini ağırlaşdırdığından ərizə ilə məhkəməyə müraciət etmiş və onun ərizəsinin təmin edilməsi də istisna olunmur. Hazırda borcun yaranması səbəbindən protokola formal olaraq hüquqi qiymət verilərək inzibati tənbeh tədbirinin tətbiqi inzibati xəta qanunvericiliyinin prinsiplərinə uyğun deyil. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Şəxs Sumqayıt Regional Vəkil bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-52/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-52/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver