Məhkəmə qərarları › İş №3(5-155)-522/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-522/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-522/2026 25.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü və 192.4-cü maddələri ilə X4 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü və 192.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, daxil olmuş material natamamdır. Belə ki, protokolun mahiyyəti hissəsində vətəndaş X2 “Şəxs”nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciəti əsasında xx.xx.2026-cı il tarixli A.R.Ə.M-nin 15.2-ci maddəsinə uyğun cəmiyyətin işəgötürəninə sorğu məktubu göndərilmiş, lakin vətəndaşın işlədiyi bütün dövr ərzi üçün hər ay ödənilmiş əmək haqqının hesablanması, ödənilməsini təsdiq edən sənədlər (bank çıxarışı daxil olmaqla) tam təqdim edilməməsi qeyd edilmişdir. Protokolun nəticə hissəsində “F-X3nin İXM-in 192.4 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyini qeyd edilmiş, inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunmuş və müşayiət məktubu ilə protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, protokolun mahiyyəti hissəsi ilə İXM-in müvafiq maddələrinin dispozisiyası uyğunluq təşkil etmir. Protokolun mahiyyəti İXM-in 539.3-cü maddəsinin dispozisiyasına uyğun gəlsə də, protokolda hüquqi şəxsin İXM-in 192.4-cü maddəsinə münasibətdə inzibati xətanı törətdiyi yeri, vaxtı və mahiyyəti hissələri anlaşılan deyil. Bundan başqa İXM-in 192-ci maddəsi 12 ayrı inzibati xətadan ibarət olmaqla sanksiyaları fərqli müəyyən edilmişdir. İXM-in 192.1-ci maddəsinin sanksiyasında fiziki, vəzifəli, hüquqi şəxslərə görə cərimə məbləğləri fərqləndirilsə də, 192.2-ci maddəsində ümumi, İXM-in 192.3 və 192.4-cü maddələrinin sanksiyası isə yalnız vəzifəli şəxslər barəsində cərimə müəyyən etmişdir. Görünən odur ki, İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta maddənin sanksiyasına görə vəzifəli şəxslərin hərəkətləri nəticəsində baş verə bilər. Lakin protokol müvafiq vəzifəli şəxs barəsində deyil, məhz hüquqi şəxs barəsində tərtib edilərək aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü və 192.4-cü maddələri ilə X4 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü və 192.4-cü maddələri ilə X4 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar