Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-526/2026 24.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Biləsuvar RPŞ-nin X6 Bölməsinin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Biləsuvar RPŞ-nin X6 Bölməsinin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, hazırda mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə inzibati xəta hadisəsi Biləsuvar rayonu, M.İbrahimov küçəsində qeydə alınmışdır. X3 şikayətinə əlavə ərizə verərək işə mahiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmasını xahiş etsə də, müəyyən edilmişdir ki, onun yaşayış yeri də (qeydiyyat yeri) Sumqayıt şəhəri ərazisində deyil. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X1 qeydiyyat yeri (yaşayış yeri) ünvan 1 ünvanıdır. “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi inzibati tənbeh qərarlarından şikayət verilməsi üçün məhkəmə aidiyyətini müəyyən edən Azərbaycan Respublikası İXM-in 129.1.3 və 129.1-1-ci maddələrinin tələbləri baxımından hazırki şikayətə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyil. Belə ki, inzibati xəta hadisəsi Sumqayıt şəhəri ərazisində qeydə alınmamış, həmçinin şikayətinin qeydiyyat yeri (yaşayış yeri) Sumqayıt şəhərində deyil. Azərbaycan Respublikası İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia edilən inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş və İXM-in 124-cü maddəsi ilə müəyyən edilmiş icraat qaydalarına uyğun inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yəni, qəbul edilmiş qərar elektron qaydada qəbul edilməmişdir. İnzibati xəta hadisəsi Biləsuvar rayonu ərazisində qeydə alınmış və şikayətçi İXM-in 129.1-1-ci maddəsinə uyğun qaydada şikayətə yaşayış yeri üzrə Abşeron Rayon Məhkəməsində baxılması haqqında vəsatət verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki şikayətə aidiyyəti Sumqayıt Şəhər Məhkəməsində deyil, Biləsuvar rayon Məhkəməsidə baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Biləsuvar RPŞ-nin X6 Bölməsinin YPX inspektoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-526/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-526/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver