Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-535/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Novruzov Həsən Zəka oğlunun iştirakı ilə Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 xx.xx.2026cı il tarixli TP7858103 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Novruzov Həsən Zəka oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Zəka oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək İXP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və ona dəyən maddi zərərin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Novruzov Həsən Zəka oğlu ərizəsini onunla əsaslandırmışdır ki, İXP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə olunmuşdur. xx.xx.2026-cı il tarixində avtomobilə heç bir baxış keçirilmədən YPX əməkdaşı Rufullayev Yaqub tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsini nəzərdə tutub nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblərin pozulması və avadanlığın dəyişdirilməsini iddia edərək (maşının arxa yaylarının kəsilməsi) Sumqayıt şəhər DYP –nin avtomobil cərimə meydançasına aparmışdır. VAZ 21074 minik markalı 50CN817 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixində YPX-nin tağım komandirinin göstərişi ilə iddia olunan nasazlığı aradan qaldırmaq məqsəi ilə avtomobilin arxa yaylarından biri cərimə meydançası nəzarətçi polis serjantı və cərimə məntəqəsi əməkdaşları tərəfindən məsləhət görülən usta tərəfindən sökülərək müəyyən olundu ki, maşının arxa yaylarında heç bir dəyişiklik aşkarlanmamışdır. Maşının digər yayına əl vurulmamış və sökülən yay da məhkəmə predmeti kimi saxlanılmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Novruzov Həsən Zəka oğlu şikayət ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 inspektoru, polis serjantı X2 məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 inspektoru, polis serjantı X1 iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, TP7858103 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Novruzov Həsən Zəka oğlu barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulan (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə) inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə AR DİN-in Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasına çağırsa da AR DİN-in Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Novruzov Həsən Zəka oğlunun şikayətində görstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2026cı il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Novruzov Həsən Zəka oğlunun şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 xx.xx.2026cı il tarixli TP7858103 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-155)-535/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-535/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver