Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-58/2026 09.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Gülmalı Əzizovun, Tələbkar Zərərçəkmiş şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, ticarətçi, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gülmalı Əzizov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-902/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda 23240 manat ödənilməyən borc qalmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Gülmalı Əzizov izahatında bildirdi ki, cavabdehlər X3, X1, Şəxs və X2 müştərək qaydada 31 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 21351,5 (iyirmi bır min üç yüz əlli bir manat, əlli qəpik) manat məbləğində əsas borc, 1951,11 min doqquzı bır manat, on bır qəpik) manat məbləğində faiz borcu və 137,07 (yüz otuz yeddi manat, yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 23439,68 (iyirmi üç min dord yuz otuz doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 160,32 (yüz altmış manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 23600 (iyirmi üç min altı yüz) manat məbləğində pul vəsaiti "X13 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Hazırda borclu tərəfindən icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Onunla əlaqə saxlamaq mümkün olmadığından barəsində axtarış qərarı qəbul edilərək icrası Sumqayıt ŞPİ-nə həvalə olunmuşdur. xx.xx.2026-cı il tarixində borclu İcra İdarəsinə təhvil verilmiş, izahatı alınmış və o, izahatında bildirmişdir ki, borcunu tam şəkildə ödəyə bilmir. Həmçinin, borclunun tələbi yönəldilə biləcək hər hansı əmlak və ya gəlir yeri aşkar edilməmişdir. Protokolu müdafiə edir və qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, iş üzrə özünü təqsirli bilmir. Belə ki, onun 3 banka borcu var. Onlardan sadəcə 1-ə olan borcunu tam şəkildə ödəyib. Digərlərini hələ ödəyə bilmir. Həmçinin, o hələ zaminlərə olan borcunu ödəyir deyə banka borcunu ödəyə bilmir. Zaminlərdən birinə hər ay 460 manat ödəyir və ona olan borcunun bitməsinə 1 ay qalıb. Bundan başqa, 1 ildir ki, onun əməkhaqqısından 1000 manata yaxın pul tutulub. Lakin icra vərəqəsində isə 360 manat tutulmalı olduğu qeyd edilib. Borcundan indiyə qədər heç bir ödəniş etməyib. Məhkəmədən gələn aydan banka olan borcunu hər ay ödəyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X9 izahatında göstərdi ki, hesabdan çıxarışa əsasən borclu indiyədək borcundan sadəcə 360 manat ödəyib. Hazırda borclunun banka 23240 manat borcu var. Məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan 19 ay keçməsinə baxmayaraq, cəmi 360 manat ödəniş olunmuşdur. Həmin ödəniş də digər borclu Rufullayev Ramilin əməkhaqqısından tutulma nəticəsində ödənilib. Protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 borclunun borcunu ödəyə bilməsi üçün barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 902/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda 23240 manat ödənilməyən borc qalmışdır. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-902/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər X3, X1, Şəxs və X2 müştərək qaydada 31 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 21351,5 (iyirmi bır min üç yüz əlli bir manat, əlli qəpik) manat məbləğində əsas borc, 1951,11 min doqquzı bır manat, on bır qəpik) manat məbləğində faiz borcu və 137,07 (yüz otuz yeddi manat, yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 23439,68 (iyirmi üç min dord yuz otuz doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 160,32 (yüz altmış manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 23600 (iyirmi üç min altı yüz) manat məbləğində pul vəsaiti "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(119)-902/2024 saylı icra sənədi üzrə icraat başlanmışdır. Borclu qərarla xx.xx.2024-cü il tarixində tanış olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməyi xahiş olunmuşdur. Borclu bildirişlə xx.xx.2024-cü il tarixində tanış olmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, icra sənədi üzrə heç bir ödəniş etməyib. İcra sənədini tam şəkildə icra etməməyinin səbəbi maddi vəziyyəti ilə bağlıdır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Rufullayev Ramilin əmək haqqısına borcun yönəldilməsi nəticəsində borcdan 360 manat ödənilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, nəticədə kifayət qədər yüksək məbləğdə (23240 manat) borc yaranmışdır. İcra sənədinin vaxtında və tam icra edilməsi üçün hər hansı üzrlü səbəb müəyyən olunmamışdır. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qeyd etdiyi, digər borcludan 1000 manata yaxın əmək haqqısından tutularaq borca yönəldilməsi, hər hansı mötəbər sübutlar öz təsdiqini tapmamışdır. Bununla da, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli hesab edilərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən borclunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-58/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-58/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver