Məhkəmə qərarları › İş №3(5-155)-59/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-59/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-59/2026 09.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:45 radələrində Sumqayıt şəhəri, Corat qəəsbəsi, Sahil küçəsində saxlanılıb Ambulator Məcburi-Narkoloji yoxlama zamanı THC(+),PGB(+) istehlak etməsi faktı təsdiq edilmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X6 izahatında bildirmişdir ki, BNMİnin İİEƏTŞ-nın əməliyyat müvəkkili Rəşad Verdiyevin tərtib etdiyi raporta əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:45 radələrində narkotik vasitələrin istifadəsində və gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanılmış və 1-ci PB-yə aparılmışdır. Saat 13:00da 1-ci PB-də araşdırma zamanı Şəxs Sumqayıt şəhər Narkoloji Dispanserinə müayinəyə göndərilmiş və onda narkotik vasitə olan marixuana qəbul faktı aşkarlanmışdır. Qeyd olunan tarixdə Şəxs əlavə araşdırmaya etiraz etdiyi üçün saat 14:10 radələrində saxlanılmış və xx.xx.2026-cı il tarixdə Ambulator Məcburi-Narkoloji tibbi yoxlama zamanı onda narkotik vasitə olan marixuana qəbul faktı təsdiqlənmişdir. Buna görə də, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, iş üzrə özünü təqsirli bilir. Vətən müharibəsi iştirakçısıdır və 80 manat təqaüd alır. Həmin gün atası xəstə olduğu üçün ona dərman almış, sonra yanacaq doldurma məntəqəsinə getmiş, daha sonra atasının olduğu 2 nömrəli xəstəxanaya gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış, ona narkotik vasitələrin istifadəsində və gəzdirilməsində şübhəli bilindiyi izah edilmişdir. Onun üzərində hər hansı narkotik vasitə aşkar olunmamışdır. Lakin ondan narkotik vasitə istifadə edildiyi soruşanda marixuanadan istifadə etdiyini bildirmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, sonuncu dəfə narkotik vasitələrdən atasına görə pis olduğu üçün 3-4 gün əvvəl istifadə edib. Həmin narkotik vasitəni 4-5 gün əvvəl “Tik-tok” sosial şəbəkəsindən tanımadığı şəxsdən 20 manata əldə etmişdir. Həmin marixuananı cəmi 2 dəfə istifadə etmişdir. Bundan başqa, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmədən əməlindən peşman olmasını, özünü təqsirli bildiyini, işsiz olmasını və valideyninin xəstə olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını, əməlini səmimi etiraf etməsini, Vətən müharibəsi iştirakçısı olmasının nəzərə alınmasını nəzərə alaraq həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 135 nömrəli rəydən görünür ki, Şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, xx.xx.2026ci il tarixdə təxminən saat 12:45 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi “Elmore” restoranının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini DİN-in BNMİ-nin əməkdaşları olduqlarını bildirərək təqdim etdilər. Daha sonra polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etdilər və onlara xx.xx.2000-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi Novxanı bağ massivi ev-958 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan əvvəllər məhkum olmayan Şəxs olmağını bildirdi. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağı və istifadə etməyi ilə bağlı olaraq şübhəli bilib yaxınlaşmalarını bildirdilər, və onu ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ 1-ci PBnə dəvət etdilər. O isə öz növbəmdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq onlarla birlikdə bölməyə getməkdən imtina etmədi və əməkdaşların müşayəti ilə Sumqayıt ŞPİ 1-ci PB-nə getdi. Polis bölməsində əməkdaşlar bir daha ona bölməyə gətirilmə səbəbini izah edərək onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirdilər, o isə buna etiraz etmədi. PB-nin xidməti otaqlarının birində təkrar hansı səbəbdən saxlanılması bildirilməklə yanaşı hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkil X1 təqdim olundu, lakin mən vəkildən imtina edərək öz hüquqlarını özü müdafiə etməyini xahiş etdi və şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərimndə hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmamas əgər vardırsa, həmin əşyanı təqdim etməyim təklif edildi. Bu zaman o üzərində heç bir gəzdirməsi qadağan olunan əşyanın olmadığını bildirdi, lakin əməkdaşlar təkrar üzərini yoxladılar ancaq üzərindən heç bir gəzdirməsi qadağan olunan əşya aşkar edilmədiyi müəyyən edildi. Sonra sorğu zamanı narkotik vasitə istifadə edib-etməməyini soruşduqda əvvəllər narkotik vasitə olan “marixuana" istifadə etdiyini bildirdi. xx.xx.2026-ci il tarixdə Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman və PB-nə gətirilən zaman, eyni zamanda bölmə daxilində polis əməkdaşları tərəfindən mən hər hansı bir fiziki təsir, zorakılıq və məcburiyyətə məruz qalmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2026-cı il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs tərəfindən marixuana qəbulu faktı aşkar edilmişdir. İş materialllarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ 1-ci PB-yə göndərilmişdir. İş materialllarında olan xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il, saat 14:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısıdır. 80 manat təqaüd alır. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, Vətən müharibəsi iştirakçısı olması məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar