Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-604/2026 02.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt anadan olmuş, orta təhsilli, işləməyən, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1244/2020 saylı icra vərəqəsinə əsasən 280 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X4 izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1244/2020 saylı icra sənədinə əsasən 14 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmağı qət edilmişdir. Borclu 2021-ci ilin sonunadək mütəmadi olaraq aliment ödənişləri etmişdir. 2022-ci ildə borclu barəsində müxtəlif vaxtlarda inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində 8 gün inzibati qaydada həbs edilmiş, xx.xx.2022-ci ildə borclu həmin dövr üçün olan 1580 manat borcundan 200 manat ödəniş etdiyi üçün barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 2024-cü ildən bəri iş onun icraatındadır. Tələbkar yanvar ayında İcra İdarəsinə rəmi şəkildə müraciət edərək borclu tərəfindən ona ödəniş olunmadığını bildirmişdir. Borclu tərəfindən dekabrın 6-dan bəri ödənilmiş qəbz yoxdur və ümumi borc məbləği tələbkarın ərizəsinə əsasən 1188 manatdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbkarın hesabdan çıxarışını hesab nömrəsində problem olduğu üçün bu gün əldə edə bilməmişdir. Borclu bu gün məcburi qaydada günorta saatlarında İcra İdarəsinə gətirilmişdir. Borclu ilə həftənin 5-ci günü telefon vasitəsilə danışmış və borclu yeni övladının dünyaya gəldiyini, on gün vaxt verilməsini xahiş etmişdir. Tərtib olunmuş protokol tələbkarın ərizəsi əsasında hesablanmışdır. Protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, avtomobil icarəyə götürməklə taksi fəaliyyəti ilə məşğul olur və gəliri 20-30 manatdır. Hazırda məhərrəmlik ayı ilə əlaqədar olaraq işləri zəifdir, həmçinin qardaşının toyundan ziyanla çıxdıqları üçün maddi vəziyyəti çox aşağıdır. Belə ki, o, icra məmurunun çağırışlarından yayınmamışdır, hətta inzibati qaydada həbs olunmuşdur. Ümumi aliment borcu 1188 manat yox, 720 manatdır, çünki 3 aydır ki, aliment borcunu ödəmir və aylıq borc 280 manat olduğu üçün ümumi borc 720 manat edir. Polis Bölməsindən İcra İdarəsinə gətirilmiş, ona ödəniş qəbzlərini təqdim etmək üçün vaxt verilməmişdir. O, alimenti əvvəllər “Milliön” ödəniş sistemi vasitəsilə, daha sonra isə “Leobank” mobil tətbiqi vasitəsilə ödəmişdir. 2022-ci ilin noyabrında barəsində protokol tərtib edilmiş və iş üzrə icraata xitam verildikdə tələbkara 500 manat ödəmişdir. Həmin vaxtdan sonra isə aliment məbləğlərini Leobank” mobil tətbiqi vasitəsilə ödəmişdir. Dekabr ayı üçün ödənilməyən borc 60 manat deyil, 10 manatdır, çünki 50 manatı da ödəyib və tələbkar bunu bilir. Məhkəmədən borcunu ödəməkdən boyun qaçırmamasını nəzərə alaraq ödəniş qəbzlərinin araşdırılmasını və ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclunun ona cəmi 1188 manat borcu var. Belə ki onun əvvəldən ödənilməyən 600 manat borcu var idi. 2025ci ilin dekabrında ödənilməyən 80 manat, noyabrında isə 28 manat borcu var. 2026-cı ilin yanvar və fevral aylarında isə heç bir ödəniş etməmişdir. Borclu dekabr ayında 170 və 50 manat ödəmiş, ödənilməyən 60 manat qalmışdır. Məhkəmədən borcun ödənilməsini, ödənilmədiyi halda isə borclunun tutulmasını xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1244/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 14 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi dərhal icra olunsun. Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1244/2020saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Borclu qərarla xx.xx.2020-ci il tarixdə tanış olmuşdur. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi xahiş olunmuşdur. Borclu bildirişlə xx.xx.2026-cı il tarixində tanış olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Şəxs aliment borcu 1188 manat təşkil edir. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, maddi imkanı olmadığı üçün icra sənədində göstərilən tələbi yerinə yetirə bilməmişdir. Ödəniş qəbzlərinin çoxunu itirmişdir. İtirdiyi ödəniş qəbzləri köhnədir, ondan sonra ancaq kartla ödəniş etmişdir. Borc məbləği ilə razı deyil, on gün vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadından görünür ki, Şəxs İcra İdarəsinə məcburi qaydada gətirilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, borc məbləği ilə bağlı tərəflərin arasında mübahisə mövcuddur. Hazırda aparılan inzibati xəta haqqında iş üzrə icraat çərçivəsində borc məbləği ilə bağlı nəticəyə gəlmək mümkün olmasa da, 2026-cı ilin yanvar, fevral ayları ərzində, ümumiyyətlə, alimentin ödənilməməsi, 2025-ci ilin noyabr və dekabr ayları ərzində isə ödənişlərin natamam olması işin mübahisəsiz halıdır. Aylıq ödənişlərin tam həyata keçirilməməsi üçün hər hansı üzrlü səbəb mövcud deyil. Hazırkı aylarda taksi fəaliyyətində gəlirin az olması üzrlü hal hesab edilə bilməz. Həmçinin, 2 uşaq üçün ümumilikdə 280 manat aylıq ödəniş kifayət qədər az məbləğdir. Bununla da, Şəxs inzibati məsuliyyətdən azad etmə halları mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İXM-in 32-ci və 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, aliment borcunun məbləğini Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-604/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-604/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver