Məhkəmə qərarları › İş №3(5-155)-611/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-611/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(5-155)-611/2026 03.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, R Eldar İbrahimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğlunun iştirakları ilə, ##.##.1961-ci il tarixdə Masallı rayonu, Qəzvinoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan (FİN: *******) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, ##.##.2026-cı il tarixdə, saat 12:00-da Sumqayıt şəhəri, H.Əliyev prospekti, 9-cu məhəllə ərazisində yerləşən Sumqayıt Tibb Mərkəzində səs-küy salaraq direktor X3 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, R Eldar İbrahimov tərtib edilmiş protokola uyğun izahat vermiş və məhkəmədən qanunamüvafiq qərarb qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, X3 cinayətkar əməlləri barəsində Baş Prokurorluğa, Prezidentə və Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Azadxanov özü onu qəbuluna dəvət etmiş, otağında Azadxanov, Leyla adlı xanım olmuş və otaqda başqa heç kəs olmamışdır. O səs-küy salmamış, söyüş söyməmişdir. Azadxanov ona qarşı “sən müxalifətçisən”, “Əli Kərimlinin adamısan”, Əli Kərimliyə qarşı nalayiq ifadələr işlətmişdir. Azadxanov tərəfindən Əli Kərimliyə nə deyilmişdirsə, o da həmin ifadələri ona işlədərək cavab vermiş, ona “yaltaq” demişdir. O, TƏBİB-in terrorçu olduğunu bildirmişdir. Aralarında 5-7 dəqiqə mübahisə olmuşdur. O, özünün Azərbaycan Klassik Xalq Cəbhəsi partiyasının üzvü olduğunu və oğlunun da Vətən Müharibəsi iştirakçısı olduğunu bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirmişdir ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş rejimini pozmadan adi qaydada Tibb Mərkəzinə yaxınlaşaraq ərizəsini təqdim etmiş, ##.##.2026-cı il tarixdə isə ərizəsi ilə maraqlanmağa gəlmişdir. Sonra vətəndaş qəbulundan olan əməkdaşları Leyla xanım yaxınlaşmış və vətəndaş ərizəsindəki halları ona da bildirmişdir. Direktorun otağında isə olmamış və əgər hər hansı bir səs-küy olsa idi, mühafizə direktorun otağına çıxardı. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə Sumqayıt sakini olaraq deputatlığa namizəd kimi tanımışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 bildirmişdir ki, ##.##.2026-cı il tarixdə vətəndaş qəbul otağına daxil olmuş və rəhbərlik barədə narazılığını bildirmişdir. Rəhbərlik barədə ittihamlar etmiş və bu səbəbdən o, problem aradan qalxsın deyə onu direktorun otağına aparmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir söyüş söyməmiş, lakin direktorla aralarında partiya barədə söz olmuş, direktora qarşı “quldursunuz”, “terrorçusunuz” ,”rüşvətxor” ifadələrini işlətmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tərkibi olmadığını, tərəflər arasında olan dialoq olduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərər çəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə yazaraq, təqdim edilmiş protokol üzrə izahatını təsdiq etdiyini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətçi olduğunu, iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdiyini qeyd etmişdir. Məhkəmə zərər çəkmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokola baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 510.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, R Eldar İbrahimov tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, ##.##.2026-cı il tarixdə, saat 12:00-da Sumqayıt şəhəri, H.Əliyev prospekti, 9-cu məhəllə ərazisində yerləşən Sumqayıt Tibb Mərkəzində səsküy salaraq direktor X3 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin direktoru X3 tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-də verdiyi izahatından görünür ki, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt Tibb Mərkəzinə TƏBİB-in, onun * nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin müdiri Aynur Məmmədovanın və Dəstək Xidmətləri şöbəsinin müdiri Fərid Səmədovun barəsində əsassız şikayət ərizəsi ilə müraciət etmişdir. ##.##.2026-cı il tarixdə saat 12:00-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt Tibb Mərkəzinin inzibati binasına gəlmiş və hüquqşünas Oqtay Hacıyev tərəfindən qəbul edilmişdir. O, qəbul zamanı Sumqayıt Tibb Mərkəzinə etdiyi müraciətin nəticəsi barədə maraqlanarkən, hüquqşünas Oqtay Hacıyev müraciətinin araşdırıldığını və nəticəsi barədə cavab veriləcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqşünas Oqtay Hacıyevə etiraz etməsi və yuxarıda qeyd etdiyi işçilərin ünvanına təhqirlər və şər-böhtan deyərək səs-küy yaratmasından onların yanında olan Xəstə xidmətləri şöbəsinin müdiri Leyla Sədiyeva ilə birlikdə onu qəbuluna dəvət etmişdir. Qəbulda ilk olaraq o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nədən şikayət və probleminin olduğu və ona lazimi köməklik göstərməyini bildirdikdə o, ona kəskin formada etiraz edərək, “Siz kimsiniz ki, problemimi həll edəsiniz, siz terrorçu və quldursunuz!” ifadələrini uca səslə deyib səs-küy yaratdı. Daha sonra isə ona qeyri-etik sözlər deyərək onu ölkə rəhbərliyinə qulluq edən “yaltaq” ifadəsini işlətməklə təhqir etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bununla kifayətlənməyib öz çirkin əməllərini davam etdirərək ölkə rəhbəri və hakimiyyət orqanları haqqında qeyri-etik ifadələr səsləndirmiş, ümumilikdə Yeni Azərbaycan Partiyasının üzvlərini təhqir etmiş, müxtəlif siyasi ifadələr səsləndirmiş, radikal müxalifəti müdafiə etmişdir. Sonra isə onu əsassız danışıqlarla ittiham edərək, “görün sizin başınıza nə oyun açacağam, sizi işdən çıxartdıracağam, qovduracağam və tutduracağam” sözləri ilə hədə-qorxu gəldi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu əməlləri ilə ümumilikdə 30-40 dəqiqə ərzində iş proseslərini pozmuşdur. Məhkəməyə təqdim edilmiş səs yazılarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 17 dəqiqə 57 saniyə səs yazısı təqdim edilmişdir, səs yazısına qulaq asarkən “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin direktoru X3 ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında mübahisə olması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona “quldursunuz”, “terrorçusunuz” ,”rüşvətxor” ifadələrini işlətməsi müəyyən edilmişdir. Protokola əlavə edilmiş videogörüntülərə məhkəmə iclası zamanı baxış keçirilmiş və videogörüntülərdə barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 qızının “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin direktoru X3 otağında olması, direktorla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında mübahisə olması müşahidə edilmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərər çəkmiş şəxsin izahatları, hadisə ilə bağlı videogörüntü və səs yazıları, digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, onun həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, yaşını, barəsində olan məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Bünyadov Adil İbrahim oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Vəkil Bünyadov Adil İbrahim oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar