Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-614/2026 11.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin EQ 34128679 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inzibati xəta haqqında iş üzrə 34128679 saylı xx.xx.2026-cı il tarixli Elektron Qərarını ləğv etməklə inzibati material üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında 34128679 saylı xx.xx.2026-cı il tarixli Elektron Qərarla o, AR İXM-nini 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Tərtib olunmuş qərar tam əsassızdır, belə ki, həmin qərardan belə aydın olur ki, qarşı tərəfin tərtib etdjiyi inzibati qərara əsasən hadisə Sumqayıt şəhər, Bakı küçəsində 11.19.26 radələrində olmuş və qərarda inzibati orqan bu inzibati xətanın guya onun tərəfdən törədilməsinin müəyyən edilməsi və bu səbəbdən də onun barəsində inzibati qərarın qəbul edilməsini qeyd etmişdir. Bildirmək istəyir ki, qərarda bəhs edilən Khazar LX Minik markalı 77DQ327 DQN-lı avtomaşın ona şəxsi mülkiyyət hüququ əsasında məxsusdur və həmin avtomaşını o, Sumqayıt şəhər Bakı küçəsində fəaliyyət göstərən ticarət mərkəzinin qarşısında saxlamış və həmin ərazidə «dayanma və durma qadağandır» işarəsi olmamışdır. Bundan başqa onun maşınının saxlanılma mövqeyi bu ərazidən keçən maşınlara maneə yaratmamaqla birtərəfli yoldur və həmin yol geniş olduğu üçün bu ərazidən maşınların keçməsinə heç bir maneə yaratmamışdır. Bu dördyolayrıcı deyildir və bu sahəyə bir istiqamətdən daxil olmaqla bir yoldan digər yola bir istiqamətdən, digər istiqamətə keçid kimi istifadə olunan ərazidir, yol kəsişməsi deyildir. O, həmin vaxt maşında qəfil çıxan problemlə bağlı maşını saxlayaraq avtomobil malları maqazasından ehtiyat hissəsi almış və dərhal da maşina əyləşərək həmin ərazidən uzaqlaşmışdır. Lakin inzibati orqan heç bir inzibati icraat aparmadan hazırki qanunsuz qərarı qəbul etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış edərək əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərardan şikayət vermiş şəxs və qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Qərardan şikayət vermiş şəxs X2 tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təqdim edilmiş ərizədən görünür ki, onun idarə etdiyi avtomobili saxladıgı yerdə avtomobillərin intensiv hərəkət yeri olmamış və bu ərazidən bütün avtomaşınlar saxlama yeri kimi istifadə etmiş və burada "saxlama və durma qadagandır" işarəsi olmamışdır. Bundan başqa həmin əraziyə onun avtomaşını dayandırdıgı istiqamətə maşınların dönməsi mümkün deyil və o, maşını burada saxlamaqla maşınların dönməsinə maneə yaratmır, nəqliyyat vasitələri həmin ərazidən duracaq kimi istifadə etmiş və bu həmişə belə olmuşdur. Hadisə günü də maşınını burada saxlamagının səbəbi avtoehtiyyat maqazasından maşına zəruri ehtiyyat hissəsini almaq olmuş və onun maqazaya girişçıxışı 2 dəqiqə belə çəkməmişdir. O, taksi fəaliyyəti ilə məşgul olur, himayəsində agır xəstəsi vardır, bu xidmət sahəsi ailənin yeganə gəliridir. Bundan başqa inzibati orqan inzibati icraat aparmadan və həmin sahədə ölçü işləri aparmadan bu qərarı qəbul etmişdir. Bir daha bildirir ki, maşını saxladıgı yer nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişmə yeri hesab edilə bilməz, çünki o, maşını saxladıgı hissədən maşınların dönmələri mümkünsüzdür və o, hər hansı bir nəqliyyat vasitəsinə mane olmur, orada məsafənin 5 metrdən az olub-olmaması yalnız xüsusi ölçmə alətləri ilə müəyyən oluna bilərdi, çəkilən foto reallıgı əks etdirmir, belə ki, xüsusi foto üsullarla həmin ara məsafəsini azaldıb-artırmaq da mümkündür. AR İXM 346.5.maddəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə - 2bal və 40 (qırx) manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən xahiş edir ki, məhkəmə prosesini iştirakı olmadan keçırməklə şikayətinin təmin oluması barədə qərar qəbul edilsin. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, surəti işdə olan səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 34128679 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Hazırda tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan və iş materiallarına əlavə edilmiş fotodan görünür ki, şikayətçi X2 inzibati xətanı törətmişdir. O, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Khazar LX minik” markalı 77DQ327 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (idarə edən) X2 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi X1 iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi arqumentləri məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X1 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzibolunmaz və şübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə şikayətçi X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 34128679 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-155)-614/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-614/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver