Məhkəmə qərarları › İş №3(5-155)-618/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-618/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-618/2026 03.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, X1 barəsində Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: X1 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2026-cı il tarixli qərarın əsassız olmasını nəzərə alınaraq ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta qanunvericiliyində inzibati xəta haqqında protokolun məhkəmə qaydasında mübahisələndirilməsi nəzərdə tutulmadığından sənədlər geri qaytarılmalıdır. Şikayətçiyə izah edilir ki, X1 şikayətində xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirdiyini qeyd etsə də, həmin sənəd inzibati xəta haqqında protokoldur. Nəzərinizə çatdırılır ki, xx.xx.2026-cı il tarixli İXP7851993 nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi təqdirdə həmin qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək hüququnuz var. Həmçinin, məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın surətinin iş materiallarına əlavə edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 17-ci fəsli inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmanı nəzərdə tutur. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə verilən şikayətə baxılmağa hazırlıq zamanı müəyyən etmişdir ki, mübahisələndirilən qərar şikayət ərizəsinə əlavə edilməmiş, şikayət inzibati xəta haqqında protokoldan verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: Şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Qərarın təsviri hissəsində qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət vermək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar