Məhkəmə qərarları › İş №3(5-155)-63/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-63/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-63/2026 26.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X1 və qərar qəbul etmiş Sumqayıt şəhər DYPŞ Polis X2 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X13 Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP7744468 saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər DYPŞ nin 03.01. 2026-cı il tarixli TP ******* nömrəli protokola əsasən yazılmış inzibati xətaların 327.1-ci maddəsi əsas tutularaq 40 manat məbləğində cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, “X12” minik markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil BD213283 nəqliyyat vasitəsinin istifadə edilməsinin qeydiyyat şəhadətnaməsi ilə onun mülkiyyətindədir. xx.xx.2025-ci il tarixdə yolda avtoqəza baş vermişdir. Onun günahı olmaya olmaya təqsirli bilinərək inzibati xətalarin 327.1-ci maddəsini əsas gətirərəkdən 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd etmək istəyir ki, 42-ci məhəllədə ana yolda irəliləyərkən ** CJ *** nömrəli “Mercedes” minik markalı avtomobil onun maşının sağ arxa təkərini vurmuşdur. Bildirmək istəyir ki, heç bir günahı olmadığı halda ona 327.1 ci maddəsi nəzərdə tutularaq 40 manat məbləğində cərimə yazılmışdır. Hesab edir ki, AR İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli deyildir. AR İXM-nin 53.0.2-ci maddəsinin tələblərinə əsasən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin mahiyyətinə uyğun çıxış edərək şikayətin əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən qərar qəbul etmiş Sumqayıt şəhər DYPŞ Polis X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 42-ci məhəllə daxilində “Mercedes E200” markalı avtomobillə “Mercedes Vito” markalı avtomaşının toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə tərəfindən baxış keçirilmiş və tərəflər şöbəyə dəvət olunaraq izahatları alınmışdır. “Merecedes Vito” markalı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 10-cu bəndinin tələbini pozmuşdur. Belə ki, hərəkət trayektoriyası kəsişdikdə keçid növbəliyi qaydalarla göstərilmədikdə sağ tərəfdən gələn nəqliyyat vasitəsi üstünlük təşkil edir. “Merecedes Vito” markalı avtomobilin sürücüsü sağ tərəfdən hərəkət edən “Mercedes E200” markalı avtomobilə yol verməmiş hərəkət sürəti saat 30 km/saat olduğu halda qəzanın qarşısını almamışdır. Bu səbəbdən şikayəti əsassız hesab edir təmin edilməməsini xahiç etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP 774468 nömrəli qərardan görünür ki, X8 barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. X4 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ Polis X3 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi arqumentləri və bu səpkidə məhkəmə iclasında verdiyi izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X6 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzibolunmaz və şübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Sumqayıt şəhər DYPŞ Polis X3 tərəfindən xx.xx.2026-cı il tarixli, TP7744468 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar