Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-64/2026 13.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, İXP7727784 nömrəli inzibati xəta haqqında protokoldan X1 şikayətinə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək 0İXP7727784 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı işin məhkəmə icraatını rədd edən halın mövcud olmasını müəyyən etmişdir. Belə ki, X3 şikayətində inzibati tənbeh tətbiq etmə haqqında qərarın deyil, protokolun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Məhkəmə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısına aid olmadığını, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsində inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkəmə QƏRARA ALDİ: İXP7727784 nömrəli inzibati xəta haqqında protokoldan X3 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati xəta haqqında protokoldan deyil, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət etmək hüququnun olması (təkrar şikayət verildiyi halda qərardan şikayət vermək üçün müəyyən edilmiş 20 günlük müddət ötürüldüyü halda prosessual müddətin bərpası barədə vəsatətlə birlikdə) X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-64/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-64/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver