Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-644/2026 13.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Cəfərov Namiq Rasim oğlunun iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X2 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ29624377 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Cəfərov Namiq Rasim oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Rasim oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2026-cı il tarixli EQ29624377 saylı qərara xitam verilməsini xahiş etmişdir. Cəfərov Namiq Rasim oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı ildə barəsində verilmiş qərar əsassızdır. Belə ki, hərəkətdə olduğu zaman ona ikinci cərgədə durma cəriməsi tətbiq olunmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Cəfərov Namiq Rasim oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, inizbati tənbeh vermə haqqında qərar keçən il qəbul olunmuş, iki dəfə şikayət vermiş, qərar ləğv olunmuş, lakin qərara baxılmır. Bakı şəhəri, 20 Yanvar dairəsində hərəkətdə olan zaman fotoşəkil çəkilmiş, həmin fotoşəkil üç hissəyə bölünmüşdür. Fotoşəkildən də görünür ki, əli avtomobiin rolundadır, özü isə qarşıya baxır, yəni həmin vaxt hərəkətdə olmuş, avtomobili saxlamamışdır. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, EQ29624377 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Cəfərov Namiq Rasim oğlu barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan (yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə AR DİN-in Baş X2 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasına çağırsa da AR DİN-in Baş X2 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Cəfərov Namiq Rasim oğlunun şikayətində görstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ29624377 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cəfərov Namiq Rasim oğlunun şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X2 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ29624377 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-155)-644/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-644/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver