Məhkəmə qərarları › İş №3(5-155)-693/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-693/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-693/2026 10.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarından X1 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarından X1 tərəfindən verilmiş şikayət Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayəti və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati təhbeh vermə haqqında qərardan görünür ki, mübahisələndirilən inzibati xəta Xaçmaz rayonu, Xaçmaz şəhəri, Abbasqulu bəy Şadlinski küçəsi ərazisində törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3- 1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilməlidir. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Məhkəmə qeyd edir ki, şikayətçinin yaşayış yeri üzrə baxılma haqqında vəsatəti mövcud olmadığından şikayətin icraata götürülməsi barədə qərardad qəbul edə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Bu səbəbdən hazırkı işə aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərardan X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsinə göndərilsin. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar