Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-708/2026 18.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif qızının katibliyi, Zərər çəkmiş şəxs X1 nümayəndəsi Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnin iştirakı ilə, xx.xx.1959-cu il tarixdə, Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanda yaşayan (Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP7779907 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP7779907 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında qeyd etmişdir ki, hadisə 12 dekabr 2025-ci il tarixində baş vermişdir. Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsindən Şəhidlər Xiyabanı istiqamətində hərəkət edərkən uşaq həyətdən çıxarkən qaçaraq maşının güzgüsünə dəymişdir. O, avtomobilini kənara çəkdikdən sonra, düşüb ətrafa baxmış, heç kimi görməmiş və uşağı tapa bilmədiyindən getmişdir. Həmin günün sabahı, səhər saatlarında Sumqayıt ŞPİ-dən onu hadisəylə bağlı çağırmışlar və uşağı tapmalı olduğunu demişlər. O da uşağın valideyninin nömrəsini tapmış və çayxanada görüşmüşlər. Uşağın atası gələn il əməliyyat olmalı olduğunu bildirmiş və o da əməliyyat etdirəcəyini bildirmişdir. Sonra uşağın valideyninə 500 manat ödəniş etməyi təklif etmiş və işi burda da bağlamağı bildirsə də, qarşı tərəf razılaşmamışdır. Bu vaxta kimi ödəniş etməməyinin səbəbi isə imkanının olmaması olmuşdur. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, oğlu Şıxəlizadə Elşən onun oğludur. Oğlu evə gəldikdə üstünün palçıq olduğunu görmüş və soruşduqda Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində onu maşının vurduğunu və saxlamadan getdiyini bildirmişdir. Bu səbəbdən dərhal uşağını travmatalogiyaya aparmış və zəruri müalicələrini etdirmişdir. Həkim tərəfindən uşağın burnunun zədələndiyi və 18 yaşına çatdıqda əməliyyat etdirmək lazım olduğunu bildirmişdir. Qeyd olunan hadisə ilə bağlı tibbi sığorta tərəfindən ona 750 manat ödəniş edilmişdir. 3-4 gün gözləmiş, lakin uşağını vuran şəxsdən xəbər gəlməmişdir. Sumqayıt ŞPİ-yə hadisəylə bağlı müraciət etmiş və həmin şəxsi müəyyən etmişlər. Çayxanada həmin şəxslə görüşmüşlər, lakin şəxs maşının çıxarmadığını bəhanə edərək ödəniş etməkdən yayınmışdır. Hazırda barəsində inzibati icraat aparılan şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi öz etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP7779907 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “OPEL ASTRA MİNİK” markalı **-EM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə X2 yüngül dərəcəli bədən xəsarəti dəymişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2026-cı il tarixli, 1926 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: burun sümüyünün burunla tənəffüsü pozmayan sınığı, burnun, üst dodağın, hər iki diz oynağının qançırı, sol dizin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər Uşaq Xəstəxanasına müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs X1 valideyni Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Şəxsyə qarşı şikayət və tələbi yoxdur və nəzərə alınmasını xahiş edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi iş üzrə ilkin araşdırma zamanı sürücünün təqsiri müəyyən edilmiş və Şəxs təqsirli hesab edilərək barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində icraat aparılan şəxsin əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, zərər çəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-708/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-708/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver