Məhkəmə qərarları › İş №3(5-155)-722/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-722/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-722/2026 18.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Həsənov Əlfəddin Bəşir oğlunun iştirakı ilə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YPX inspektoru, polis serjantı X1 xx.xx.2026-cı il tarixli İXP7876398 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Həsənov Əlfəddin Bəşir oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Bəşir oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək İXP7876398 saylı, xx.xx.2026-cı il tarixli protokol əsasında tərtib edilən inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Həsənov Əlfəddin Bəşir oğlu ərizəsini onunla əsaslandırmışdır ki, İXP7876398 saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 346.4-cü maddəsi ilə təqsirli bilinib 2 bal - 80 manat məbləğində cərimə olunmuşdur. Qeyd etmək istəyir ki, idarə etdiyi Opel Astra markalı, **-KZ-*** dövlət nömrə nişanlı ona məxsus avtomobil nəqliyyat vasitəsində həmin vaxt özü olmuşdur, 2-ci zolaqda avtomobili dayanma-durma vəziyyətində saxlamamışdır və avtomobil 5-10 km/saat sürətdə hərəkətdə olub. Sadəcə olaraq yol kənarında 1-ci zolaqda dayanma-durma üçün uyğun dayanacaq yeri axtarırdı. Həmin anda Sumqayıt Dövlət Yol Polisi əməkdaşı onu saxlayaraq söhbət etmişdir. Lakin inzibati protokol yazılması hesab edir ki, qərəzli qanuna zidd tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolunu hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə - səksən manat məbləğində cərimə edilir. Maddənin dizpozisiyasından da göründüyü kimi qanun avtonəqliyyat vasitələrinin dayanması halına sanskiya tətbiqini nəzərdə tutmuşdur. Onun qeyd etdiyi vəziyyət isə qeyd olunan maddənin təsir dairəsinə düşür. Belə ki, o, nəqliyyat vasitəsini qadağan olunmuş yerdə saxlamamışdır, dayanma-durma qaydalarını pozmamışdır. Ona görə də barəsində tərtib olunan inzibati protokol və qərar əsassızdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Həsənov Əlfəddin Bəşir oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YPX inspektoru, polis serjantı X4 məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YPX inspektoru, polis serjantı X1 iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, İXP7876398 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Həsənov Əlfəddin Bəşir oğlu barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan (yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasına çağırsa da Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Həsənov Əlfəddin Bəşir oğlunun şikayətində görstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2026-cı il tarixli İXP7876398 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Həsənov Əlfəddin Bəşir oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YPX inspektoru, polis serjantı X3in xx.xx.2026-cı il tarixli İXP7876398 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar