Məhkəmə qərarları › İş №3(5-155)-731/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-731/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-731/2026 18.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 aparıcı məsləhətçimüfəttişi X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzaibati xəta haqqında protokola əsasən xx.xx.2026 tarixində ünvan 1 ünvanında Şəxs məxsus fərdi yaşayış evində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması faktı aşkarlanmışdır. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X6 bildirmişdir ki, keçirilən nəzarət tədbirləri çərçivəsində Sumqayıt şəhəri, 13-cü məhəllədə Şəxs məxsus fərdi yaşayış evinə müqavilə sayğac olmadan su şəbəkəsinə qanunsuz qoşulması tərəflərindən aşkar edilmişdir. Eyni zamanda fakt aşkar olunan zaman orada su təchizatı istismar idarəsinin əməkdaşları da iştirak etmişlər. Eyni zamanda şəxsin özünə yerində inzibati xəta pozuntusu barədə məlumat verilmiş, lakin akta imza etməkdən imtina etmişdir. Daha sonra inzibati araşdırma aparılmış, araşdırmaya dəvət olunsa da iştirak etməmişdir. Məhkəmədən şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, 000069 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Sumqayıt Su Təchizatı istismar idarəsinin əməkdaşları ilə birlikdə keçirdikləri nəzarət tədbirləri zamanı Şəxs məxsus fərdi yaşayış evində sudan qanunsuz sayğacsız kodsuz istifadə faktı tərflərindən aşkar olunmuşdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Sumqayıt Su Təchizatı istismar idarəsinin əməkdaşları Şəxs ilə birlikdə araşdırma zamanı sudan sayğacsız istifadə edildiyini etiraf etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının “Su Məcəlləsinin” 16-cı, 45-ci və 103-cü maddələrinin, “Su təchizatı və tullantı suları haqqında” qanunun 67-ci və Azərbaycan Respublikasınının Nazirlər Kabineinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Ərazidə çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Şəxs ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, aparılan inzibati araşdırmada iştirak edilməsi üçün 28 yanvar 2026-cı il tarixində, saat 11:00-da Suların İstifadəsinə va X3 Xidmətinin 2 saylı X2nə (Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 31) gəlməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Şəxs ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 2 saylı X1 əməkdaşları tərəfindən aparılan monitorinqlər və nəzarət tədbirləri zamanı müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında Şəxs məxsus fərdi yaşayış evində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla Azərbaycan Respublikası su qanunvericiliyinin və İXM-in 262.3-cü maddəsinin tələbləri pozulmuşdur. Aşkar olunan faktla bağlı Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsinin tələblərinin pozulmasına dair 12 mart 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və akt tərtib edilmişdir. Tərtib olunmuş protokolun və aktın bir nüsxəsi Şəxs göndərilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla - xx.xx.2026cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2026-cı il tarixli, 000069 nömrəli aktla ünvan 4 ünvanında fiziki şəxs Şəxs məxsus fərdi yaşayış evində su şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması öz təsdiqini tapmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və Şəxs məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə görə su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda və s. hallarda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi xarakretizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar