Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-765/2026 18.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol Sumqayıt ŞPİ-nin X3 Şöbəsinin yol-patrul xidməti inspektoru X1 tərəfindən tərtib edilmiş, xx.xx.2026-cı il tarixində baxılması üçün məhkəmə göndərilmiş, iş materialları natamam olduğundan geri qaytarılmış, protokolu tərtib etmiş orqan natamamlıqları aradan qaldırmadan yenidən həmin iş materiallarını məhkəməyə göndərmişdir. Məhkəmə bir daha qeyd edir ki, hazırkı protokol xx.xx.2025-ci il tarixində tərtib edilməsinə baxmayaraq, baxılıb qərar qəbul edilməsi üçün məhkəməyə 9 ay sonra göndərilmiş, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar iş materiallarına əlavə edilməmiş, bununla da iş üzrə materiallar natamam məhkəməyə təqdim edilmişdir. Həmçinin, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şəxs nəticə ilə razı olmamış, izahatında isə marixuana qəbul etdiyini etiraf etmişdir. Şəxsin izahatı alınarkən həmin ziddiyyət araşdırılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən bu namatamamlıqları tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-765/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-765/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver