Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 3(5-155)-812/2026 19.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Sumqayıt şəhər Məhkəməsinin hakimi Əliyev Elşad İbiş oğlu Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Binəqədi rayon X1 Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə baxaraq, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, ##.##.2026-cı tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasında fərqli yanaşma nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli Qərarı). Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibatii xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə baxıla bilər (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli Qərarı). İş materiallarında olan şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsində mübahisələndirdiyi inzibati xətanın baş vermə yeri 708 Binəqədi şosesi, Binəqədi rayonu, Bakı şəhəridir. Məhkəmə hesab edir ki, inzibati material aidiyyatı üzrə baxılması üçün İXM-nin 110.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair DİN-nin Binəqədi rayon X1 Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-155)-812/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-812/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver