Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(5-156)-1/2026 15.01.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X2 tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən “Təsərrüfat bacısının vəzifə təlimatının” 2-ci bölməsinin 6 və 8-ci bəndlərinin tələblərinin yerinə yetirilməsi nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan və zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, iclasda iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmiş və etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilən xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 işçisi Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədilə təhqiqat komissiyası yaradılmışdır. İş materiallarında olan “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 işçisi Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, aktın 4.1-ci bəndinə əsasən bədbəxt hadisənin baş verməsində “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 sanitar qadını Zərərçəkmiş şəxs ehtiyatsızlığı və 4.2-ci bəndinə əsasən PHŞ-nin Terapiya şöbəsinin təsərrüfat bacısı Şəxs nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məlumatlandırmalardan (razılıq ərizəsi) görünür ki, Zərərçəkmiş şəxs və Şəxs “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 işçisi Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması (təhqiqatı) aparılması zamanı xüsusi texniki vasitələrin istifadəsinə razılıq vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 direktoru S.A.Cəbrayılov tərəfindən təsdiq edilən və “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 Həmkarlar komitəsinin sədri D.A.Şükürov ilə razılaşdırılan təsərrüfat bacısının vəzifə təlimatından görünür ki, təlimatın “Vəzifə öhdəlikləri” bölməsinin 6 və 8-ci bəndinə əsasən təsərrüfat bacısı xəstə baxıcılarının və süpürgəçilərin tibb təşkilatının otaqlarının təmiz və səliqəli saxlanılması üzrə işinə rəhbərlik edir, tibb təşkilatının inventarlar, xüsusi geyimlər, gigiyena vasitələri, dəftərxana ləvazimatları, yuyucu vasitələr, xəstələr üçün yataq və alt geyim dəyişəyi ilə təmin edilməsini həyata keçirir, otaqların, avadanlıqların, inventarların təmiri üçün sifarişləri tərtib edir və onun aparılmasına nəzarət edir. Təlimatın “Məsuliyyət” bölməsinin 13.3-cü bəndinə əsasən təsərrüfat bacısı daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə görə məsuliyyət daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 203 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində 4-5-6-cı qabırğaların sağtərəfli yerdəyişməyən sınıqları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi şəraitdə yarana bilməsi inkar olunmur, yaranma müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan Şəxs tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, sözügedən hadisə baş verən gün görülən işlər barəsində tapşırıq və göstərişin onun tərəfindən verildiyini, həmin gün görüləcək işlərin onun nəzarəti altında həyata keçirildiyini, onlara vaxtaşırı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlar keçirildiyini, xüsusi jurnallarda imzaladıqlarını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi “Şabran Rayon Mərkəzi Xəstəxanası” X8 təsərrüfat bacısı vəzifəsində çalışan Şəxs vəzifə təlimatına əsasən xəstə baxıcılarının və süpürgəçilərin tibb təşkilatının otaqlarının təmiz və səliqəli saxlanılması üzrə işinə rəhbərlik etməli, otaqların, avadanlıqların, inventarların təmiri üçün sifarişləri tərtib etməli, onun aparılmasına nəzarət etməlidir və daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə görə məsuliyyət daşıyır. İş materiallarına əsasən Şəxs izahatında sözügedən hadisə baş verən gün görülən işlər barəsində tapşırıq və göstərişin onun tərəfindən verildiyini, həmin gün görüləcək işlərin onun nəzarəti altında həyata keçirildiyini etiraf etmişdir. Bundan əlavə onlara vaxtaşırı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlar keçirildiyini, xüsusi jurnallarda imzaladıqlarını bildirmişdir. Lakin Şəxs tərəfindən sözügedən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmuşdur. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən sözügedən inzibati xətanın törədilməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 198.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(5-156)-1/2026
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(5-156)-1/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver