Məhkəmə qərarları › İş №3(5-156)-101/2026

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(5-156)-101/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(5-156)-101/2026 12.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1979-cu il tarixdə Dəvəçi rayonunun Pirəbədil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şabran şəhəri, Q. Qasımov, SMU-13 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2026-cı il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X3 Bölməsinin sahə rəisi X7 tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək göstərmişdir ki, hazırda törətdiyi əməldən peşmandır, törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxsə dəymiş maddi ziyan onun tərəfindən tam şəkildə ödənilmiş və zərər çəkmiş şəxslə aralarında barışıq əldə edilmişdir. Xahiş edir ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərər çəkmiş şəxs X2 Rayon Polis Şöbəsində verdiyi izahatda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməl nəticəsində ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, onun hazırda Şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını və aralarında barışığın əldə edildiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxslə barışması səbəbi ilə inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxslə barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar