Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(5-156)-107/2026 19.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X7 iştirakı ilə, X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X10 xx.xx.2026-cı il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X10 yuxarıda qeyd edilmiş şikayəti onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona təqdim edilmiş RS seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən (daşınmaz əmlakın qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2013-cü il, reyestr nömrəsi: **********10-06301) binada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən həmin binaya keçirilmiş baxış nəticəsində təqdim edilmiş binada aşkar edilmiş zədələmələr və qüsurlar nəzərə alınaraq binanın qəzalı vəziyyətdə olması barədə mütəxəssis rəyini (binanın qəzalı vəziyyətə düşməsinin əsas səbəbi qrunt əsasının qeyri bərabər çökməsidir) nəzərə alaraq əsaslı təmir və söküntü işlərinin aparılması ilə bağlı xx.xx.2026-cı il tarixli, EDO-6299/2026 saylı ərizə ilə tikintiyə icazə ərizəsi ilə müraciət etdikdən sonra, binanın qəzalı vəziyyətini artmasını və gələcəkdə baş verə biləcək qəzaların qarşısını almaq məqsədi ilə həmin binada təmir-tikinti işlərinə başlamış və xx.xx.2025-ci il tarixdə ona təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin yuxarıda qeyd edilmiş qəzalı binada tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərarı aldıqdan sonra da həmin binada bütün tikinti və təmir işlərini dayandırılmış və tərəfindən bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə də müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq, onun barəsində binada tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərar əsasında tikinti işlərinin dayandırmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin inzibati xəta haqqında protokola baxılması da xx.xx.2026-cı il tarixə, saat 11:00:00-a təyin edilməsi barədə ona SMS bildiriş təqdim edilmişdir. X10 həmin inzibati xəta haqqında protokola baxılması ilə bağlı xx.xx.2026-cı il tarixdə, saat 11:00:00-a Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyində olduğu zaman işin hallarını hər tərəfli izah etsə də, ona Şabran rayon İcra Hakimiyyəti tərəfindən edilmiş müraciət əsasında elektron sistemə müvafiq məlumatların artıq daxil edildiyi, bu səbəbdən də inzibati xəta haqqında protokol əsasında cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərarın qəbul edilərək elektron sistemə daxil edilməli olduğu, lakin həmin qərardan məhkəməyə şikayət verə biləcəyi ona bildirilmiş və nəticədə hər-hansı bir qanuni əsas olmadan xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yuxarıda qeyd edilmiş qərar barədə məlumat da X8 SMS bildiriş vasitəsi ilə xx.xx.2026-cı il tarixdə təqdim edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın mahiyyətinin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda da qeyd edildiyi kimi X10 tərəfindən tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərar əsasında tikinti işlərinin dayandırmaması qeyd edilsə də, xx.xx.2026-cı il tarixli, 0097 saylı qərar X8 təqdim edildikdən sonra onun tərəfindən tikinti işləri dayandırılmış, hazırda da hər-hansı bir tikinti işləri aparılmır və ən əsası sözü gedən inzibati xəta haqqında protokola baxıldığı zamanda qərar ona təqdim edildikdən sonra tikinti işlərinin davam etdirilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut təqdim edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərar X8 təqdim edildikdən sonra onun tərəfindən tikinti işlərinin dayandırılması və bununla bağlı müvafiq məlumatın da təqdim edilməsi, habelə hazırda da hər-hansı bir tikinti işlərinin aparılmamasına və müvafiq icazəsinin alınmasının gözlənilməsinə baxmayaraq, sadəcə elektron sistemə daxil edilmiş inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilməli olduğu ona bildirilərək və xx.xx.2026-cı il tarixli, 0097 saylı qərarı ona təqdim edildikdən sonra tikinti işlərinin davam etdirilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut və qanuni əsas olmadan xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən həmin qərar ləğv edilməli və həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2026-cı il tarixdə X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə etirazı məhkəməyə təqdim etmişlər. Həmin etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Şabran rayonu, Rəşid Behbudov küçəsində yerləşən təyinatı məlum olmayan obyektin tikinti-quraşdırma işlərinin aparılması aşkarlanmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası” - nın 3.1.1-ci yarımbəndinə əsasən tikintiyə icazə tələb olunan tikinti obyektinin tikintisi, belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikinti işlərinin aparılması aşkar edildikdə, texniki baxış aktı tərtib olunur və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. X10 qanunvericiliyin tələblərini pozduğuna görə agentlik tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 nömrəli qərar tərtib olunmuşdur. X10 qərarı qəbul etməkdən imtina etdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”- nın 3.5-ci maddəsinə uyğun olaraq həmin qərar poçt vasitəsi ilə ona göndərilmişdir. “Azərpoçtun” saytında göndərişlərin izlənməsi vasitəsi ilə müəyyən olunmuşdur ki, X8 ünvanlanmış agentliyin tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 nömrəli qərarı ona xx.xx.2026-cı il tarixində çatdırılmışdır. Buna baxmayaraq, Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən həmin obyektdə baxış keçirərək tikinti işlərinin dayandırılması barədə qərarın tələbləri yerinə yetirilmədən tikinti işləri davam edilməsi aşkarlanmış və xx.xx.2026-ci il tarixli, 261556 nömrəli texniki baxış aktı tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 394.0.7-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə Agentliyin xx.xx.2026-cı il tarixli, 009 nömrəli qərarının tələblərinə X10 əməl etmədiyinə görə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının 4.4-cü yarımbəndine uyğun olaraq qeyd olunan materiallar və protokol əsasında X10 barəsində inzibati tənbeh vermə haqqında agentliyin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarı qəbul olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.9-cu və 74-cü maddələrinə əsasən tikinti obyektinin bərpası və yenidən qurulması üçün tikintiyə icazənin alınması tələb olunur. Bununla bağlı, tikintiyə icazə almaq üçün yerli icra hakimiyyəti orqanına, Bakı şəhəri üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmin Məcəllənin 75-ci maddəsinə əsasən tələb olunan sənədlər əlavə olunmaqla müraciət edilməlidir. Təqdim olunan foto səkilərdən də görünür ki, tikinti aparılan müddət ərzində vətəndaş tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 nömrəli qərara məhəl qoymadan tikinti-quraşdırma işlərini aparmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini nəzərə alaraq, X10 barəsində Agentliyin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarının qüvvədə saxlanılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X10 şikayətinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə sədlrik edənin suallarına cavab olaraq tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 nömrəli qərarın ona xx.xx.2026-cı il tarixdə yox, xx.xx.2026-cı il tarixdə təqdim edildiyini, həmin qərarın ona göndərildiyi poçt zərfinin üzərində də Şabran poçt filialının xx.xx.2026-cı il tarixli möhürünün də olduğunu, sözü gedən qərarı aldıqdan sonra da tikinti işlərini dayandıraraq müvafiq məlumatı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə təqdim etdiyini, tikin işləri ilə bağlı müvafiq sənədləri yığdığını və müraciət də etdiyini, lakin müraciətinin cavablandırılmasının gecikməsi, habelə binanın qəzalı vəziyyətdə olmasını nəzərə alaraq tikinti işlərinə başladığını bildirmişdir. xx.xx.2026-cı il tarixli, 3-18-2/2-2337/2026 saylı etibarnamə əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin nümayəndəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X5 baş məsləhətçisi X1 Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RS seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən hazırki iş üzrə qərardan şikayət verən şəxs X7 xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən ticarət təyinatlı bina vardır (daşınmaz əmlakın qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2013-cü il, reyestr nömrəsi: **********10-06301). - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən qərardan şikayət verən şəxs X7 xx.xx.2025-ci il tarixli məktubu əsasında ünvan 1 ünvanında keçirilmiş baxış nəticəsində təqdim edilmiş texniki baxışın nəticələrinə dair rəydən görünür ki, binada aşkar edilmiş zədələmələr və qüsurlar nəzərə alınaraq binanın vəziyyəti qəzalı qiymətləndirilmişdir (binanın qəzalı vəziyyətə düşməsinin əsas səbəbi qrunt əsasının qeyri bərabər çökməsi). - Elektron sistemdən çap edilərək şikayətə əlavə edilmiş qərardan şikayət verən şəxs X7 xx.xx.2026-cı il tarixli, EDO-6299/2026 saylı ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında tikinti işləri ilə bağlı Şabran rayon İcra Hakimiyyətinə və Bakı şəhəri üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. - Tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərardan görünür ki, həmin qərarla X8 Şabran şəhərinin Rəşid Behbudov küçəsində apardığı tikinti işləri ilə bağlı pozuntunun aradan qaldırılması ilə bağlı əsas göstəriş olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə icazə, yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin 30 (otuz) gün ərzində Agentliyə təqdim etməli olduğu bildirilmişdir. Lakin həmin qərarda qərarın tikinti işlərinin dayandırılması barədə olduğu qeyd edilsə də, X10 tikinti işlərinin dayandırması ilə bağlı hər-hansı bir pozuntunun aradan qaldırılması ilə bağlı göstərişin verildiyi ümumiyyətlə qeyd edilməmişdir. - Tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərardan X8 göndərildiyi poçt zərfinin üzərindəki möhürlərdən görünür ki, həmin qərar SS951343392AZ saylı poçt göndərişi ilə göndərilmiş və sözü gedən poçt göndərişi xx.xx.2026-cı il tarixdə Şabran poçt filialına çatmışdır. - Poçt göndərişinin izlənilməsi sistemindən çıxarışdan görünür ki, SS951343392AZ saylı poçt göndərişi xx.xx.2026-cı il tarixdə, saat 16:56-də alıcıya çatdırılıb. - X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə ünvanlandığı xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, o, həmin məktubda Şabran şəhərinin Rəşid Behbudov küçəsində mülkiyyətində olan daşınmaz əmlakda təmir bərpa işlərinin aparıldığı, bununla bağlı Şabran rayon İcra Hakimiyyətinə müraciət edildiyi, tikinti bərpa işləri bitdikdən sonra orada Şabran şəhər 1 saylı Mediasiya Təşkilatının və Vəkil bürosunun yerləşdirilməsinin nəzərdə tutulduğu, tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərar alındıqdan sonra da tikinti işlərinin dayandırıldığını bildirmişdir. - ********* saylı, xx.xx.2026-cı il tarixli mədaxil qəbzdən görünür ki, X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə ünvanlandığı xx.xx.2026-cı il tarixli məktub sonuncuya poçt göndərişi ilə göndərilmişdir. - xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 barəsində onun tərəfindən tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərarın icrası təmin etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə proktol tərtib edilmişdir. - xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 barəsində onun tərəfindən tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərarın icrası təmin etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirir tətbiq edilmişdir. - 260826 – Ö saylı, xx.xx.2026-cı il tarixli tikintiyə baxış aktından və ona əlavə edilmiş fotoşəkildən görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 15:26:32-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində X10 tərəfindən ünvan 1 ünvanında tikintiyə icazə olmadan tikinti işlərinin aparıldığı aşkar edilmişdir. X11 Tikinti müfəttişliyinin rəisi Fərhad Əliosmanov və baş məsləhətçisi-baş müfəttişi İlqar Əfəndiyev imzalamışlar. - 261556 – Ö saylı, xx.xx.2026-cı il tarixli tikintiyə baxış aktından və ona əlavə edilmiş fotoşəkildən görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 13:58:40-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərarın tələblərinə əməl edilmədən tikinti işlərinin davam etdirildiyi aşkar edilmişdir. X11 Tikinti müfəttişliyinin rəisi Fərhad Əliosmanov və baş məsləhətçisi-baş müfəttişi Daşqon Mövlanov imzalamışlar. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə verdiyi etirazda X7 tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərarı poçt göndərişinin izlənilməsinə dair elektron sistemdən çıxarışa əsasən (SS951343392AZ saylı poçt göndərişi üzrə) xx.xx.2026-cı il tarixdə aldığını qeyd edərək, müvafiq elektron sistemdən çıxarış da etiraza əlavə etsə də, SS951343392AZ saylı poçt göndərişi zərfinin üzərindəki möhürdən görünür ki, həmin göndəriş xx.xx.2026-cı il tarixdə yox ümumiyyətlə xx.xx.2026-cı il tarixdə hələ Şabran poçt filialına çatdırılmışdır. Bu səbəbdən də məhkəmə SS951343392AZ saylı poçt göndərişi zərfinin üzərindəki möhürdəki tarixi nəzərə alaraq belə hesab edir ki, tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərar xx.xx.2026-cı il tarixdə X8 təqdim edilmişdir. Bununla yanaşı məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə verdiyi etiraza əlavə etdiyi 260826 – Ö saylı, xx.xx.2026-cı il tarixli tikintiyə baxış akt və ona əlavə fotoşəkilə əsasən xx.xx.2026-cı il tarixdə, saat 15:26:32-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində X10 tərəfindən ünvan 1 ünvanında tikintiyə icazə olmadan tikinti işlərinin aparıldığı aşkar edildiyi qeyd edilsə də, aktda əlavə edilmiş fotoşəkil küçədən ünvan 1 ünvanında yerləşən binanın fotoşəkilidir, həmin fotoşəkildən ümumiyyətlə hər-hansı bir tikinti işlərinin aparılmasını aşkar etmək mümkün deyildir və həmin aktda X10 da qol çəkməmiş (aktı imzalamaqdan imtina etməsi ilə bağlı hər-hansı bir qeydiyyat da aktda aparılmamışdır). Etiraza əlavə edilmiş 260826 – Ö saylı, xx.xx.2026-cı il tarixli tikintiyə baxış aktından və ona əlavə edilmiş fotoşəkilə əsən xx.xx.2026-cı il tarixdə, saat 15:26:32-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində X10 tərəfindən ünvan 1 ünvanında tikintiyə icazə olmadan tikinti işlərinin aparıldığı aşkar edildiyi bildirilsə də, yenə də aktda əlavə edilmiş fotoşəkil küçədən ünvan 1 ünvanında yerləşən binanın fotoşəkilidir və həmin aktda X10 tərəfindən imzalanmamış və onun aktı imzalamaqdan imtina etməsi ilə bağlı hər-hansı bir qeydiyyat da aktda aparılmamışdır. Bu hallar ilə yanaşı etiraza əlavə edilmiş hər-hansı bir tarixli tikintiyə baxış aktı olmadan yenə də eyni qaydada küçədən ünvan 1 ünvanında yerləşən binanın fotoşəkil də əlavə edilmişdir. Beləlliklə baxış aktları mövcud olsa da, həmin aktların tərtibi zamanı obyektivlik prinsiplərinin tam təmin olunmaması (qərardan şikayət verən şəxsin iştirakı və imzasının olmaması, fotoşəkillərdən tikinti işlərinin aparılması aydın şəkildə əks etdirməməsi və çəkilmə vaxtının müəyyən edilməməsi) onların sübut kimi etibarlılığını şübhə altına alır. Məhkəmə aktlarda X7 imzasının olmamasını, 260826 – Ö saylı, xx.xx.2026cı il tarixli tikintiyə baxış aktına əlavə edilmiş fotoşəkildən ümumiyyətlə tikinti işlərinin aparılıb-aparılmamasını aşkar edilməsinin mümkün olmadığını, fotoşəkillərin tikinti işləri aparıldığı yerdən yox küçədən həmin əraziyə daxil olmadan müxtəlif vantlarda uzaqdan küçədən çəkildiyini və etiraza həmçinin hərhansı bir tarixli tikintiyə baxış aktı olmadan əlavə fotoşəkilin də əlavə edildiyini nəzərə alaraq hesab edir ki, hazırki halda həmin fotoşəkillərin hansı tarixlərdə çəkildiyinin dəqiq aşkar edilməsi mümkün olmadığından, sözü gedən aktlar və fotoşəkillərin X10 tərəfindən tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərarın icrasının təmin etməməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir. Tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərara gəldikdə isə, həmin qərarın məzmunundan da açıq aşkar görünür ki, gəmin qərarla X8 Şabran şəhərinin Rəşid Behbudov küçəsində apardığı tikinti işləri ilə bağlı pozuntunun aradan qaldırılması ilə bağlı əsas göstəriş olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə icazə, yaxud məlumatlandırma icraatı ilə bağlı sənədlərin 30 (otuz) gün ərzində Agentliyə təqdim etməli olduğu bildirilmişdir. Lakin həmin qərarda qərarın tikinti işlərinin dayandırılması barədə olduğu qeyd edilsə də, X10 tikinti işlərinin dayandırması ilə bağlı hər-hansı bir pozuntunun aradan qaldırılması ilə bağlı göstərişin verildiyi ümumiyyətlə qeyd edilməmişdir. Tikinti işlərinin dayandırılması barədə qərarın mövcudluğu isə öz özlüyündə inzibati məsuliyyətə cəlb edilmə üçün kifayət etmir. İnzibati məsuliyyətin yaranması üçün həmin qərarın tələblərinin konkret olaraq pozulması və tikinti işlərinin faktiki olaraq davam etdirilməsi mötəbər sübutlarla təsdiq edilməlidir. X10 isə həmin qərarın icrasını təmin edərək, müvafiq sənədləri və məlumatı ********* saylı, xx.xx.2026-cı il tarixli mədaxil qəbzə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə göndərmiş və tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 saylı qərarı xx.xx.2026-cı il tarixdə aldıqdan sonra tikinti işlərini dayandırmışdır. İş materiallarında da tikinti işlərinin dayandırılması barədə qərarın təqdim edilməsindən sonra tikinti işlərinin davam etdirilməsini təsdiq edən kifayət qədər, aydın və şübhəsiz sübutlar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 394.0.7-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına, yəni tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 92.1-ci maddəsinə əsasən həmin Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə (92.1.1); tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda (92.1.2); həmin Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə (92.1.3); tikinti işlərinə həmin Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə (92.1.4). 92.2-ci maddəsinə əsasən həmin Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3-cü maddəsinə əsasən sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4-cü maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün həmin Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə (92.4.1); tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda (92.4.2); həmin Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda (92.4.3); həmin Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda (92.4.4); həmin Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda (92.4.5). 92.5-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 iş günü müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. 92.6-cı maddəsinə əsasən yikinti işləri dayandırıldığı müddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. 92.7-ci maddəsinə əsasən tikinti işləri həmin Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. 92.8-ci maddəsinə əsasən sifarişçi (podratçı) həmin Məcəllənin 92.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. Bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir. 92.9-cu maddəsinə əsasən yazılı göstəriş və tikinti işlərinin dayandırılması barədə qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 92.10-cu maddəsinə əsasən tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli tikintiyə baxış aktları və fotoşəkillər formal olaraq sübut vasitəsi kimi təqdim edilsə də, həmin sübutların məcmu halında belə qiymətləndirilməsi onların etibarlılığını təsdiq etmir. Belə ki, göstərilən aktlarda qeyd edilmiş baxışlar zamanı qərardan şikayət verən şəxsin iştirakı və onun aktları imzalaması təmin edilməmiş, onun aktları imzalamaqdan imtina etməsi barədə aktlarda hər-hansı bir qeydiyyat da aparılmamışdır. Bununla yanaşı həm xx.xx.2026cı il tarixli həm də xx.xx.2026-cı il tarixli aktlara əlavə edilmiş fotoşəkillərdən X7 ünvan 1 ünvanında tikinti işləri həyata keçirməsini və hazırda da tikinti işlərini dayandırmasını müəyyən etmək mümkün olsa da, X10 tərəfindən məhz tikinti işlərinin dayandırılması barədə qərar təqdim edilməsindən sonra tikinti işlərinin davam etdirildiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, təqdim edilmiş fotoşəkillərdən ikisi “A4” formatlı vərəqə əlavə edilərək onların altında boş qalan yerdə tarixlər sonradan qeyd edilsə də (məhkəməyə təqdim edilmiş etiraza 03 (üç) ədəd fotoşəkil əlavə edilmişdir, onlardan ikisi “A4” formatlı vərəqə əlavə edilmiş və onların altında boş qalan yerdə sonradan tarixlər qeyd edilmiş, üçüncü şəkildə isə ümumiyyətlə hər-hansı bir tarix qeyd edilməmişdir), həmin şəkillərin özlərində çəkiliş zaman avtomatik olaraq tarixlər qeyd edilmədiyindən, habelə şəkillərin əlavə edildiyi aktlar da sadəcə agentliyin əməkdaşları tərəfindən imzalandığından, sözü gedən şəkillərin çəkilmə vaxtı və şəraitinin hazırki vəziyyətdə müəyyən edilməsi və həmin şəkillər mübahisələndirilən inzibati xətanın baş vermə anı ilə əlaqələndirilməsi mümkün deyildir. Bu baxımdan, qeyd olunan sübutlar birgə qiymətləndirildikdə belə, inzibati xətanın obyektiv tərəfini, yəni tikinti işlərinin dayandırılması barədə qərarın icra edilməməsini təsdiq edən mötəbər və kifayət edən sübut kimi qəbul edilə bilməz. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin üzərində olsa da, sonuncu X7 tikinti işlərinin dayandırılması barədə xx.xx.2026-cı il tarixli, 0097 nömrəli qərarı icra etməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə X10 əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İnzibati məsuliyyətin tətbiqi üçün yalnız formal tikinti işlərinin dayandırılması barədə qərarın mövcudluğu deyil, həm də həmin qərarın pozulmasının hər hansı şübhə doğurmayan sübutlarla təsdiq olunması zəruridir. Mövcud iş üzrə belə sübutlar təqdim edilmədiyindən şəxsin təqsiri sübuta yetirilmiş hesab edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Fərdi identifikasiya nömrəsi “0V2253E” olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 4 ünvanda yaşayan X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №3(5-156)-107/2026
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(5-156)-107/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver