Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(5-156)-25/2026 02.02.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 və qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Nümayəndə iştirakları ilə X1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X2 xx.xx.2026-cı il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarına əsasən X2 “tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayındığı üçün” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən şəxs X2 müvafiq tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayınmamasına, habelə üzrlü səbəbdən xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə gəlməməsinə baxmayaraq, (tibbi müayinədən keçməsini təsdiq edən sənədlər şikayətə əlavə edilib) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi tərəfindən ilk öncə xx.xx.2026-cı il tarixdə ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin qərar ona poçt vasitəsi ilə xx.xx.2026-cı il tarixdə təqdim edildikdən sonra isə “MyGov” elektron sistem üzərindən ona xx.xx.2026-cı il tarixli, lakin xx.xx.2026-cı il tarix inzibati tənbeh vermə haqqında qərar ilə eyni nömrəli ******* saylı inzibati tənbeh vermə haqqında qərar təqdim edilmiş və həmin qərardan da təkrarən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edildiyi ona məlum olmuşdur. Qeyd edilənlərlə yanaşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar məhkəmə tərəfindən qəbul edilməli olmasına, habelə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin də onun barəsində bu maddə ilə protokol tərtib etdikdən sonra inzibati xəta haqqında işi baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməli olmasına baxmayaraq, inzibati xəta haqqında protokollar baxılmaları üçün məhkəməyə ümumiyyətlə göndərilməmiş və bunun əvəzinə onun barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Qərardan şikayət verən şəxs X2 bu halların nəzərə alınaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X2 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Nümayəndə məhkəmə iclasında X1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə şikayətinin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilərək, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 “tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayındığı üçün” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 “tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayındığı üçün” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - “Respublikası Təcili və Təxirəsalınmaz Mərkəzi” X3 tərəfindən təqdim edilmiş həkimin xəbərdarlıq vərəqəsindən görünür ki, X2 tərəfindən 103 Çağrı Mərkəzinə edilmiş müraciət əsasında o, xx.xx.2026-cı il tarixdə müvafiq hakimlər tərəfindən müayinə edilmiş və onda “qızdırma” olduğu (hərarət 39.5) aşkar edilmişdir. - ********** saylı protokol üzrə radiologiya nəticəsindən görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin çağırışı əsasında X2 xx.xx.2026-cı il tarixdə, saat 14:05:20-də Quba Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) keçmişdir. - ********* saylı protokol üzrə radiologiya nəticəsindən görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin çağırışı əsasında X2 xx.xx.2026-cı il tarixdə, saat 12:50:19-da Quba Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri həmin Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 43.3-cü maddəsinə əsasən həmin Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin həmin Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. 606.3-cü maddəsinin “Qeyd” – inin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. 606.3-cü maddəsinin “Qeyd” – inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə xx.xx.2016-cı il tarixli, 795 saylı Fərmanının: 4.49-2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 603.2-ci, 603.3-cü, 605-ci, 606.2.3-cü və 606.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, digər hərbi vəzifəlilərə və çağırışçılara münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər. 5.71-ci bəndinə əsasən həmin Fərmanın 5.72-ci bəndi nəzərə alınmaqla həmin Məcəllənin 604, 606.2, 606.3 və 607-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti baxır. 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ bu Fərmanla həmçinin səlahiyyətli orqanlara aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi tərəfindən X2 barəsində xx.xx.2026-cı il tarixdə qəbul edilmiş ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə sonuncu tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayındığı üçün” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, bunun üzərindən sadəcə 02 (iki) gün keçdikdən sonra elektron sistemə təkrarən eyni məzmunlu və eyni saylı, lakin fərqli tarixli (xx.xx.2026cı il) tarixli inzibati tənbeh vermə haqqında qərar yüklənmiş və həmin qərar ilə də X2 “tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayındığı üçün” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir (xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar). Lakin, həm xx.xx.2026-cı il tarixli, ******* saylı, həmdə xx.xx.2026cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar X1 “tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayındığı” qeyd edilsə də, sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş ********** saylı protokol və ********* saylı protokol üzrə radiologiya nəticələrindən görünür ki, o, tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayınmır və Respublikası Təcili və Təxirəsalınmaz Mərkəzi” X3 tərəfindən təqdim edilmiş həkimin xəbərdarlıq vərəqəsinə əsasən də, o, üzrlü səbəbdən xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə gəlməmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsi isə X1 tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayınmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Dövlət Xidmətinin Şabran rayon bölməsinin üzərində olsa da, sonuncu X1 tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayınmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bunun əksinə X1 məhkəməyə tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) yayınmadığını və xx.xx.2026-cı il tarixdə üzrlü səbəbdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə getmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərarlar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №3(5-156)-25/2026
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(5-156)-25/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver