Məhkəmə qərarları › İş №3(5-156)-58/2026

Şabran Rayon Məhkəməsi Qərardad — İş №3(5-156)-58/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 3(5-156)-58/2026 18.02.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, X13, X32 oğlu, X20, X8, X18, X31, X21, X22, X9, X25, X14, X26, Paşayev Allahverən Şəmi oğlu və X15 vəkili Vəkil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X42 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: X13, X32 oğlu, X20, X8, X18, X31, X21, X22, X9, X25, X14, X26, Paşayev Allahverən Şəmi oğlu və X15 vəkili Vəkil xx.xx.2026-cı il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X42 İdarəsinin X13 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169431 saylı; X32 oğlu barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169653 saylı; X20 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169528 saylı; X8 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169529 saylı; X18 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 33169957 saylı; X31 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169554 saylı; X21 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169998 saylı; X22 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169974 saylı; X9 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169944 saylı; X25 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169546 saylı; X14 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169999 nömrəli; X26 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169962 saylı; Paşayev Allahverən Şəmi oğlu barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169943 saylı və X27 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33170001 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edərək həmin qərarlar üzrə işlərə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və tərəfimdən tədqiq edilmiş: - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya X1, X32 oğlu, X20, X8, X18, X31, X21, X22, X9, X25, X14, X26, Paşayev Allahverən Şəmi oğlu və X15 şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, X13 ünvan 1 ünvanında, X32 oğlu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, B. Babazadə küçəsi, ev 5, X5 rayonu, Mirqurbanlı kəndi, X2 rayonu, Neftçilər qəsəbəsi, ev 8 ünvanında, X4 rayonu, 2-ci Şahsevən kəndi ünvanında, X7 rayonu, Məmmədli kəndi ünvanında, X21 ünvan 5, X22 ünvan 6 ünvanında, X9 ünvan 7 ünvanında, X6 rayonu, Meşrif kəndi ünvanında, X3 rayonu, Muxax Ərazi dairəsi, Muxax kəndi ünvanında, X26 ünvan 10 ünvanında, Paşayev Allahverən Şəmi oğlu ünvan 11 ünvanında, X27 isə Biləsuvar rayonunun Dəvrişli kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X42 İdarəsinin X13 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169431 saylı; X32 oğlu barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169653 saylı; X20 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169528 saylı; X8 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169529 saylı; X18 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 33169957 saylı; X31 barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ seriyalı, 33169554 saylı; X21 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169998 saylı; X22 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169974 saylı; X9 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169944 saylı; X25 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169546 saylı; X14 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169999 nömrəli; X26 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169962 saylı; Paşayev Allahverən Şəmi oğlu barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33169943 saylı və X27 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 33170001 saylı inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, həmin qərarlara əsasən X13, X32 oğlu, X20, X8, X18, X31, X21, X22, X9, X25, X14, X26 və Paşayev Allahverən Şəmi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə, X27 isə həmin Məcəllənin 353.5-ci maddəsi ilə təqsirli bilinmiş və həmin şəxslər barələrində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 129.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı həmin Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. 129.1.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” xx.xx.1996-cı il tarixli, 55-İQ nömrəli Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qeyd olunduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan şəxslərin dairəsi imperativ qaydada göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair xx.xx.2023-cü il tarixli Qərardadında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Palatası səlahiyyəti olmayan prokuror tərəfindən həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimat verilməsi və bu halda məhkəmə tərəfindən təqdimat və əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı qeyd etməyi zəruri bilir ki, bu halda məsələyə mahiyyəti üzrə baxılması Cinayət-Prosessual Məcəlləsinin 447.3, 447.5-447.7-ci maddələrinin tələbləri baxımından mümkünsüz olduğundan, həmin Məcəllənin 448.1.3-cü maddəsində göstərilən qərarlardan (həbsdə saxlama müddətinin uzadılması və ya bundan imtina barədə qərar) hər hansı birinin qəbul edilməsi də istisna olunur. Lakin, sadalanan normalarda birbaşa nəzərdə tutulmasa da, səlahiyyəti olmayan prokuror tərəfindən verilmiş təqdimatın (onunla müşayiət olunan vəsatətə) baxılmadan geri qaytarılması cinayət-prosessual qanunvericiliyinin əsas prinsipləri baxımından oxşar vəziyyətlərdə müvafiq prosessual müraciətlərin (məsələn, apellyasiya və yaxud kassasiya şikayətlərinin) baxılmamış saxlanılmasını nəzərdə tutan müddəalarına cavab verən yanaşma kimi qiymətləndirilə bilər. Beləliklə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci və 127-3.2ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayətlər şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli olduğundan və hazırki iş üzrə də barələrində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarlar qəbul edilmiş 14 (on dörd) fərqli şəxsdən hər-hansı biri Şabran rayonunun ərazisində qeydiyyatda olmadığından, habelə hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərarlardan şikayətlər barələrində inzibati tənbeh tətbiq edilməsi haqqında qərarlar qəbul edilmiş şəxslərin qeydiyyatda olduqları ərazilər üzrə məhkəmələrə verilməli olduğundan, X13, X32 oğlu, X20, X8, X18, X31, X21, X22, X9, X25, X14, X26, Paşayev Allahverən Şəmi oğlu və X15 vəkili Vəkil tərəfindən onların barələrində qəbul edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X42 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldım: X13, X32 oğlu, X20, X8, X18, X31, X21, X22, X9, X25, X14, X26, Paşayev Allahverən Şəmi oğlu və X15 vəkili Vəkil tərəfindən verilmiş adları yuxarıda qeyd edilmiş şəxslər barəsində qəbul edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X42 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar