Məhkəmə qərarları › İş №3(5-156)-59/2026

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(5-156)-59/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(5-156)-59/2026 18.02.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1992-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2026-cı il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(5-156)-59/2026 nömrə altında inzibati xəta haqqında iş qeydiyyata alınmışdır. Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2026-cı il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin inzibati material üzrə 3(5-156)-60/2026 nömrə altında inzibati xəta haqqında iş qeydiyyata alınmışdır. Şabran Rayon Məhkəməsinin 3(5-156)-60/2026 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2026-cı il tarixli qərardadına əsasən Şabran Rayon Məhkəməsinin icraatında olan 3(5-156)-60/2026 nömrəli inzibati xəta haqqında işə məhkəmənin icraatında olan 3(5- 156)-59/2026 və 3(5-156)-60/2026 nömrəli inzibati xəta haqqında işlərinin 3(5-156)- 59/2026 nömrə altında bir icraatda birləşdirilərək eyni vaxtda baxılmaları səbəbi ilə xitam verilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokollardan və onlara əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində uca səslə zərər çəkmiş şəxs X4 ünvanına nalayiq ifadələr işlətmiş və zərər çəkmiş şəxs X4 yaşadığı Şabran şəhəri, X11 küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının arxalığını, lambirinlərini və pəncərəsinin şüşəsini sındırması nəticəsində zərər çəkmiş şəxs X5 ümumilikdə 43 (qırx üç) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilən faktla bağlı zərər çəkmiş şəxs X9 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət etmiş, həmin müraciət əsasında Şabran Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla toplanmış material əsasında cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərində inzibati xəta tərkibi olması müəyyən edildiyindən, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Şabran Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Göstərilənlər əsasında müvafiq inzibati araşdırma aparılaraq Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokollar tərtib edilmiş və toplanmış material baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X10 tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində uca səslə zərər çəkmiş şəxs X4 ünvanına nalayiq ifadələr işlətdiyini və zərər çəkmiş şəxs X4 yaşadığı Şabran şəhəri, X11 küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının arxalığını, lambirinlərini və pəncərəsinin şüşəsini sındırması nəticəsində zərər çəkmiş şəxs X5 ümumilikdə 43 (qırx üç) manat məbləğində maddi ziyan dəydiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində zərər çəkmiş şəxs X9 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək uca səslə zərər çəkmiş şəxs X4 ünvanına nalayiq ifadələr işlətmiş və zərər çəkmiş şəxs X4 yaşadığı Şabran şəhəri, X11 küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının arxalığını, lambirinlərini və pəncərəsinin şüşəsini sındırmışdır. Xahiş edir ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilsin. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, Şabran Rayon Polis Şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X7 təhqiqatçısı X6 icraatında olan HK-1/1306 saylı materialı nəzərdən keçirərək qəbul etdiyi xx.xx.2025-ci il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində, Şabran şəhərinin X11 küçəsi ərazisində uca səslə zərər çəkmiş şəxs X4 ünvanına nalayiq ifadələr işlətməsi və zərər çəkmiş şəxs X4 yaşadığı Şabran şəhəri, X11 küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının arxalığını, lambirinlərini və pəncərəsinin şüşəsini sındırması nəticəsində zərər çəkmiş şəxs X5 ümumilikdə 43 (qırx üç) manat məbləğində maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, eyni zamanda onun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrinin inzibati xəta tərkibi olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda – inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 232-1-ci maddəsinin “Qeyd” – inə əsasən həmin maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə etməsi və özgənin əmlakını qəsdən zədələməsi sübuta yetirildi. Bu səbəbdən onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə tövsif edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 115, 117, 128, 130 və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 100 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar