Məhkəmə qərarları › İş №3(5-156)-81/2026

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(5-156)-81/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(5-156)-81/2026 23.02.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunun Sincanboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx.xx.2026-cı il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə, saat 12:15 radələrində, Şabran rayonunun Sincanboyad kəndində olduğu zaman Şabran Rayon Polis Şöbəsinin icraatında olan material üzrə izahatının alınması ilə bağlı ona yaxınlaşaraq özlərini təqdim edib onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş polis əməkdaşları ilə mübahisə etmiş, həmin mübahisə zamanı uca səslə polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətmiş, onu nizam iltizama dəvət etmiş ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamış və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq polis əməkdaşlarının tələblərinə məhəl qoymayıb daha da aqressivləşərək öz hüquqazidd hərəkətini davam etdirmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə, saat 12:15 radələrində, Şabran rayonunun Sincanboyad kəndi ərazisində uca səslə nalayiq ifadələr işlətdiyini və ona yaxınlaşaraq özlərini təqdim edib onu nizam iltizama dəvət etmiş ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərmədiyini bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkillərinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı ünvana getməmişdən qabaq onun polis şöbəsinə dəvət edilib-edilməməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf etməyərək göstərmişdir ki, o, Şabran rayonunun Sincanboyad kəndində yaşayır. xx.xx.2026-cı il tarixdə, saat 12:15 radələrində iki nəfər mülki geyimdə olan şəxs onun yaşadığı evə gələrək onun icazəsi olmadan həmin evin həyətyanı sahəsinə daxil olub ona onlarla Şabran Rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, həmin şəxslərdən kim olduqlarını soruşduqda, həmin şəxslər ona polis əməkdaşı olduqlarını bildirsələr də, xidməti vəsiqələrin ona təqdim etməmişlər və ümumiyyətlə hansı əsas və səbəblə onun evinə daxil olduqlarını da ona bildirməmişlər. Bununla bağlı öz narazılığını bildirsə də, hər-bir halda həmin şəxslərlə birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. Orada isə onun barəsində hazırki iş üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Xahiş edir ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 göstərmişdir ki, o, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. O, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şabran Rayon Polis Şöbəsinin icraatında olan material üzrə izahatının alınmalı olması ilə bağlı xx.xx.2026-cı il tarixdə, saat 12:15 radələrində, Şabran rayonunun Sincanboyad kəndində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı evin qarşısına gələrək qapını döyüb Şəxs çölə çıxmasını gözləmişlər və o, çölə cıxdıqdan sonra özlərini təqdim edib onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şəxs isə buna cavab olaraq onlarla mübahisə etməyə başlamış, həmin mübahisə zamanı uca səslə onların ünvanlarına nalayiq ifadələr işlətmiş, dəfələrlə tərəflərindən nizam iltizama dəvət edilsə də, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də Şəxs onlar tərəfindən məcburi qaydada Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq Şabran Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı evə getdiklərini, onun bundan qabaq polis şöbəsinə dəvət edilibedilməməsi barədə məlumatının olmadığını və ümumiyyətlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı evin ərazisinə daxil olmadıqlarını bildirmişdir. Şahid Şabran Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, o, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid1 ilə birlikdə Şabran Rayon Polis Şöbəsinin icraatında olan material üzrə izahatının alınmalı olması ilə bağlı xx.xx.2026-cı il tarixdə, saat 12:15 radələrində, Şabran rayonunun Sincanboyad kəndində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı evə gələrək həmin evin həyətyanı sahəsinə daxil olmuşlar və Şəxs çölə çağırmışlar. Bu zaman çölə çıxan Şəxs onlarla mübahisə etməyə başlamış, həmin mübahisə zamanı uca səslə onların ünvanlarına nalayiq ifadələr işlətmiş və dəfələrlə tərəflərindən xəbərdarlıq edilməsinə və nizam iltizama dəvət edilməsinə baxmayaraq, onların qanuni tələblərinə tabe olmamışdır. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq Şabran Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı evə getdiklərini, onun bundan qabaq polis şöbəsinə dəvət edilib-edilməməsi barədə məlumatının olmadığını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çölə çağırmaq üçün Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid1 ilə birlikdə onun yaşadığı evin həyətyanı sahəsinə daxil olduqlarını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X6 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu xx.xx.2026-cı il tarixdə, saat 12:15 radələrində, Şabran rayonunun Sincanboyad kəndi ərazisində uca səslə nalayiq ifadələr işlətməsi və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə tabeçilik göstərməməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkil Şahid1 izahatında ümumiyyətlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı evin ərazisinə daxil olmadıqlarını bildirsə də, digər şahid Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında verdiyi izahatda həmin evin həyətyanı sahəsinə daxil olduqlarını göstərmişdir. Belə olduğu təqdirdə məhkəmə qənaətinə görə iclasda dindirilmiş iki şahidin bir-birindən fərqli və ziddiyyətli izahatları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istinad edilən əməllərin törədilməsini təsdiq etməyə kifayət etmir və Şabran Rayon Polis Şöbəsi tərəfindən də əlavə olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uca səslə nalayiq ifadələr işlətməsini və ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hər hansı bir mötəbər sübut (videogörüntü və s.) məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkillər Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri izahatlarda ictimai qaydanın mühafizəsi vəzifəsinin icrası ilə bağlı yox öz xidməti vəzifələrin icrası ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaxınlaşdıqlarını bildirmişlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə məhkəmə iclasında verdiyi izahatda sadəcə polis əməkdaşlarının onun icazəsi olmadan evinə daxil olması ilə bağlı onlara irad bildirdiyini və ümumiyyətlə polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətmədiyini və onların hərhansı bir qanuni tələblərinə tabesizlik göstərmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs razılığı olmadan onun yaşadığı ünvana daxil olaraq onu Şabran Rayon Polis Şöbəsinə gətirmişlər. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşları yox, öz xidməti fəaliyyətlərini həyata keçirən polis əməkdaşları tərəfindən edilmiş dəvət əsasında Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir və hadisə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı evin həyətyanı sahəsində baş verdiyindən onun həmin vaxtı törətdiyi hər-hansı bir əməl (hərəkət və ya hərəkətsizlik) ictimai qaydanı pozmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar