Məhkəmə qərarları › İş №3(5-157)-1/2026

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(5-157)-1/2026

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(5-157)-1/2026 12.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/25498271 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/25915571 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsi haqqında X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/25498271 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/25915571 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. Qərarlardan narazı qalan X2 şikayət verərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/25498271 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/25915571 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının və dəbbə pullarının ləğv edilməsini Şamaxı Rayon Məhkəməsindən xahiş etmişdir. Eyni zamanda, X2 vəsatətlə Şamaxı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/25498271 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/25915571 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsi xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, DİN-nin DYP hökumət portalındakı çıxarışlardan məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixli, EQ/25498271 nömrəli və xx.xx.2025-ci il tarixli EQ/25915571 nömrəli qərara əsasən “VOLKSWAGEN PASSAT” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi əsası ilə səlahiyyətli orqan tərəfindən onun adına hər ikisində 400 (dörd yüz) manat cərimələr yazılmış və həmin cərimələr vaxtında ödənmədiyinə görə onların hər ikisində əlavə 240 (iki yüz qırx) manat dəbbə pulları hesablanmışdır. Həmin cərimə qərarlarında onun adı səhvən yazıldığına görə onlardan uzun müddət məlumatı olmamışdır. 08 dekabr 2025-ci il tarixdə həmin cərimələrin ödənməməsinə görə yenidən sürücülük hüququnun məhdudlaşdırılmasını bilib, Şamaxı Rayon Məhkəməsinə müraciət edərkən məhkəmə prosesində həmin cərimə qərarlarının mövcudluğunu aşkar olunmuşdur. Şamaxı Rayon Məhkəməsində ona tövsiyyə edilmişdir ki, sürücülük hüququnun əsassız olaraq yenidən ıuəhdudlaşdırılmasının ləğv olunması ilə bağlı yox, əvvəlcə həmin cərimə qərarlarının ləğvi tələbi ilə məhkəməyə müraciət etməlidir. Ona görə də, bu cərimə qərarlarının ləğv olunmasına dair məhkəməyə şikayəti verə bilməyi üçün ötürülmüş prosessual müddətin üzürlü hesab olunaraq, bərpa olunmasını və bu şikayətimin məhkəmə icraatına qəbul edilməsini Şamaxı Rayon Məhkəməsindən xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək, vəsatətin təmin edilməsi və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/25498271 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/25915571 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermək üçün prosessual müddətin bərpa edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, onun barəsində olan inzibati cərimələrdən 2025-ci ilin sentyabr ayında xəbəri olmuşdur. Xəbəri olduqdan sonra məhkəməyə müraciət etmişdir. Sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərardan xx.xx.2025-ci il tarixdə məlumatı olmuş, həmin qərardan da, şikayət vermişdir. Lakin, sonra ona məhkəmədə bildirilmişdir ki, onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət etməlidir. Daha sonra, həmin qərarları polis şöbəsindən əldə edikdən sonra məhkəməyə müraciət etmişdir. Başqa heç bir sübutu yoxdur. Əlavə olaraq bildirdi ki, onun qeydiyyatda olduğu Şamaxı rayonu, Quşçu kəndinə göndərilmiş zərflərdən onun xeyli müddət keçdikdən sonra məlumatı olur. Belə ki, ona qohumları zərflər barəsində gec məlumat verirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və müddətin bərpasına dair vəsatəti nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə iş materiallarını, habelə X2 tərəfindən şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbi kimi istinad etdiyi halları araşdıraraq hesab edir ki, inzibati təhbeh vermə haqqında qərarlardan 2025-ci ilin sentyabr ayından, hətta 8 dekabr 2025-ci ilin tarixdə digər məhkəmə iclaslarında qərarın mövcudluğundan məlumatlı olduğundan, qərardan şikayət verilməsi üçün uzun müddət keçdiyindən, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsinin qaydaları və müddəti qərarın məzmununda izah edildiyindən, habelə şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizədə müddətin buraxılması hər hansı bir digər üzrlü hesab edilə biləcək hallarla izah edilmədiyindən ərizə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilməsin. X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/25498271 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ/25915571 nömrəli inzibati tənbeh vermə haqqında qəralarından şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar