Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-137/2026 16.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 3 saylı X6 Bölməsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 3 saylı X6 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 3 saylı X6 Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 3 saylı X6 Bölməsinin məsləhətçi müfəttişi X4 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixidə saat 10:30 radələrində keçirilən nəzarət tədbirləri zamanı fiziki şəxs Şəxs xüsusi mülkiyyətində yerləşən mal-qar tövləsinin tullantı suları təmizlənmədən, zərərləşdirmədən boru vasitəsilə təyinatsız (çöllərə) axıdıldığı müəyyən olunmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, monitorinq keçirilən zamanı xəta aşkar edilmişdir. Nəzarət tədbirlıri aparmaq məqsədilə sərəncam qəbul edilmiş və protokol tərtib edilmişdir. Nazirlər kabinetinin 295 saylı qərarına əsasən, vətəndaş tərəfindən şambo qazılmalıdır və mütamadi daşınması üçün Mənzil İstismar İdarəsi ilə müqavilə bağlanmalıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şamaxı rayonu, Əngəxaran kənd ərazisində ona məxsus mal-qara tövləsində təmizləyici qurğusu olmadığı üçün tullantı suları təmizlənmədən birbaşa ətraf əraziyə axıdılır. Qanunvericiliyin tələblərini bilmədiyi və şambonun tikilməsinin vacibliyi haqqında məlumatın olmadığı üçün ətraf əraziyə axıtmışdır. Ancaq bu nöqsan aradan qaldırmaq üçün tez bir zamanda lazımı işlər görüləcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsnə və X1 Xidməti 3 saylı X6 Bölməsi tərəfindən Şəxs ünvanlanan xx.xx.2026-cı il tarixli 3-53-1-3/2-76/2026 nömrəli bildirişindən görünür ki, Şamaxı rayon Əngəxaran kəndində yerləşən Şəxs məxsus mal-qara tövləsində formalaşan çirkab suları təmizlənmədən, zərərsizləşdirilmədən boru vasitəsilə təyinatsız (çöllərə) axıdılır. Bununla da, Su məcəlləsinin 103-cü maddəsinin 14-cı abzasının və İ.X.M-nin 262.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Sözügedən faktla əlaqədər olaraq, Şəxs barəsində tərtib olunmuş, xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokolun nüsxəsi təqdim edilir. Bildirilir ki, protokol və toplanmış digər sənədlər İ.X.M-nin 43.1-ci maddəsinin tələbinə uyğun olaraq müvafiq qərar qəbul olunması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 3 saylı X6 Bölməsinin 02 mart 2026-cı tarixli, 009 nömrəli sərəncamından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 2024-cü il 23 dekabr tarixli, FƏ 63 nömrəli Əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin regional bölmələrinin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı nəzarət tədbirlıri aparmaq məqsədilə 3 saylı X6 Bölməsi əməkdaşı baş məsləhətçi müfəttişi X2 və məsləhətçi müfəttişi X3 tapşırılması, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının inzibati əraziləri 5 gün müddətində nəzarət tədbirləri aparılması, aparılmış nəzarət tədbirləri nəticəsində vəzifə səlahiyyətlərinə uyğun olaraq müvafiq tədbirlər görülməklə sənədləşmə işlərinin aparılması və bu barədə rəhbərliyə arayış (xidməti məruzə) təqdim edilməsinə sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 3 saylı X6 Bölməsinin xx.xx.2026-cı il tarixli, 000638 nömrəli aktından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 3 saylı X6 Bölməsinin xx.xx.2026-cı tarixli, 009 saylı sərəncamına əsasən nəzarət tədbirləri zamanı Şamaxı rayonu, Əngəxaran kənd inzibati ərazi dairəsində (40,66787 N 48,65938 E) koordinatlarında fiziki şəxs Şəxs xüsusi mülkiyyətində yerləşən mal-qar tövləsinin tullantı suları təmizlənmədən, zərərləşdirmədən boru vasitəsilə təyinatsız (çöllərə) axıdıldığı müəyyən olunmuşdur. Yerində keçirilən araşdırma zamanı Şamaxı rayonu, Əngəxarn kənd inzibati ərazisində yerləşən mal-qara tövləsinin mülkiyyətçisi Şəxs mövcud qanunvericiliyin əsas tələbləri və pozuntunun nəticələri ətraflı şəkildə izah olunmuşdur. Məhkəmə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün məhkəməyə verdiyi izahat, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İstinad olunan Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Qürur Abasov
Məhkəmə qərarları › İş №3(5-157)-137/2026
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-137/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver