Məhkəmə qərarları › İş №3(5-157)-28/2026

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-28/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-28/2026 28.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Şamaxı rayon prokurorunun böyük köməkçisi X2, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X14 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə Şamaxı şəhəri, İ.Nəsimi küçəsində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbs edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2026-cı il tarixdə yaşadığı ünvanının qapısında səs-küy eşidib küçəyə çıxmışdır O, polis əməkdaşlrına qarşı heç bir qanunsuz hərəkətlər etməmişdir. Atası xəstədir, xəsarət almasın deyə onları aralamışdır. Onlar elə bilmişlər ki, gələn şəxslər “AL” marketin işçiləridir. Polis şöbəsinə gəldikdən sonra bilmişlər ki, həmin şəxslər polis əməkdaşlarıdırlar. Məhkəmədən barəsində cərimə tətbiq olunmasını xahiş edir. Verilmiş suallara cavab olaraq bildirdi ki, izahat verməkdən imtina etməmiş, ona deyilməmişdir ki, izahat yazsın və ya şifahi versin, əgər ona deyilsəydi o, yazardı. O, əvvəldən orada yox idi sonradan gəlmişdir, dartışan zaman bilməmişlər ki, onlar polis əməkdaşları olmuşlar. Polis maşını gələndən sonra onların polis əməkdaşı olmasını bilmişdir. Edilən zənglə polis əməkdaşların gəlməsinin neçə dəqiqə sonra olmasını bilmir. Əvvəlcədən qardaşının oğurluq etməsi ilə bağlı söhbət olmuşdur, atası polis şöbəsinə dəvət olunmuşdir. O, ora gələndə polis əməkdaşlarına qarşı heç bir qanunsuz hərəkət etməmiş, niyyəti aralamaq olmuş, amma hadisənin içində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X15 izahat verib bildirdi ki, xx.xx.2026-cı il tarixdə, saat 12:00 radələrində CAB-nin əməliyyat müvəkkili polis leytenantı X6 ilə birlikdə xx.xx.2026cı il tarixdə saat 19:30 radələrində Şamaxı şəhəri, Şirvani küçəsində yerləşən “AL” marketdə baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli bilinən Şamaxı şəhəri Nəsimi küçəsində yaşayan X7 izahatının alınması məqsədi ilə ünvanına yaxınlaşan zaman həmin ünvanda adları onlara sonradan məlum olan X16, X17 və Şəxs küçəyə çıxdılar, onlar özlərini həmin şəxslərə təqdim etdikdən və onlar X7 qohumları olduğunu bildikdən sonra X7 oğurluq hadisəsi ilə bağlı Şamaxı RPŞ-də izahat vermək üçün onlarla getməli olduğunu bildirdikdə həmin şəxslər onlara qarşı nalayiq ifadələr işlətmiş, müxtəlif bəhanələr gətirərək, onların qanuni tələblərinə tabe olmayaraq, öz qanunsuz hərəkətlərinə davam etmişdirlər. Onlar həmin yerə Şamaxı RPŞ-dən kömək göndərilməsini istəmişlər. Həmin əraziyə yaxınlaşan PPXB-nin bölük komandiri X8, CAB-nin əməliyyat müvəkkilləri polis leytenantı X9 və polis leytenantı X1 ilə adları onlara sonradan məlum olan X16, X17 və Şəxs Şamaxı RPŞ-yə gətirilmişlər. Onlar RPŞ-nin inzibati binasında olan zaman onların ünvanına nalayiq ifadələr işlətmiş, dəfələrlə onlara qanuni izah verərək, nizam-intizama dəvət etslər də, onlar öz hərəkətlərinə davam etmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, əvvəl Eldar Maniyev spyüş söyürdü, sonra Amil Maniyev çıxdı başladı söyüş söyməyə. Məhərrəm sonradan gəldi dartışma zamanı müdaxilə etməyə başladı. Əlavə qüvvədə gələndən sonra onları maşına mindirən zaman Məhərrəm əmilərinə görə müdaxilə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X6 izahat verib bildirdi ki, xx.xx.2026-cı il tarixdə, saat 19:30 radələrində, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “AL” marketdə baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli bilinən Şamaxı şəhəri, İ.Nəsimi küçəsində yaşayan X7 izahatının alınması məqsədilə xx.xx.2026-cı il tarixli, saat 12:00 radələrində CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X15 ilə birlikdə X7 yaşadığı ünvanına getmişlər. Həmin ünvanda X16, X17 və Şəxs küçəyə çıxmışlar. Onlar özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslər onlara müqavimət göstərərək, nalayiq ifadələr işlədərək polisə qarşı qərəzli mövqe tutmuşlar. Onları bölməyə dəvət etdikdə müqavimət göstərmişlər. Hazırki vaxtadək Rasim adlı şəxs izahat verməmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Məhərrəm sonradan gəlmişdir, atası polis şöbəsinə aparılmasın deyə müdaxilə etmişdir. Məhərrəmə də qanuni tələblər izah olunmuşdur. Məhərrəm nalayiq ifadələr etməmiş, amma polisə müqavimət etmişdir. Ayın 25 hadisə olmuş, onlara Rasim olması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X19 izahat verib bildirdi ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 12:00 radələrində CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Qocamanov Xəyal tərəfindən zəng edilərək, Şamaxı şəhəri, İ.Nəsimi küçəsinə gəlib kömək göstərməklərini xahiş etmişdir. O da, CAB-nin əməliyyat müvəkkili polis leytenantı X4 zəng edərək, onunla birlikdə həmin ünvana getmişlər. Qeyd edilən ünvana çatdıqdan sonra özlərini təqdim edərək, onlara nizam-intizama dəvət etmişlər, lakin onlar öz qanuna zidd hərəkətlərinə davam edərək, sözlərinə məhəl qoymamışlar. Onlar da, həmin şəxsləri rayon polis şöbəsinə gətirmişlər. Maniyev Rafiq, Maniyev Amil və Şəxs rayon polis şöbəsinə gətirildikdən sonra onlara nalayiq ifadələr işlədərək, öz qanunsuz əməllərinə davam etmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, onlar hadisə yerinə gedəndə Firdovsi Əmrahov və Xəyal Qocamanov orada olmuş, Abdullayev Əmrah onunla germiş, Eliyar Səmədov isə sonradan gəlmişdir. X13 qolundan tutub dartışdırırdı. O, isə onun qolundan tutub nə olduğunu soruşmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X9 izahat verib bildirdi ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 12:00 radələrində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X19 ona zəng edərək, onu Şamaxı şəhəri, İ.Nəsimi küçəsinə köməyə çağırmışdır. Həmin əraziyə yaxınlaşan zaman əvvəllər tanımadığı bir qrup şəxslərin polis əməkdaşlarına qarşı nalayiq ifadələr və əl-qol hərəkətləri ilə qərəzli formada polisin xidmətinə mane olmuşlar. Polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, öz əməllərini davam etdirmişlər. Sonra, onlar həmin şəxslərin barəsində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinə gətirmək istədikdə, qəsdən tabe olmayaraq, nalayiq ifadələr işlədərək, onları təhqir etmişlər. Həmin şəxslər rayon polis şöbəsinə gətirildikdən sonra Şamaxı şəhər sakinləri Maniyev Amil, Maniyev Rafiq və Şəxs olduğu məlum olmuşdur. Həmin şəxslər rayon polis şöbəsinin inzibati binasında da, polisə qarşı öz hərəkətlərini və nalayiq ifadələrini davam etdirmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, Məhərrəm heç bir söz soruşmadan, müdaxilə etməyə başladı, yəni atasının polis şöbəsinə aparılmasın deyə. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin bölük komandiri X8 izahat verib bildirdi ki, xx.xx.2026-cı il tarixdə Şamaxı rayonun daxilində xidmətdə olduğu zaman Şamaxı şəhəri, İ.Nəsimi küçəsində vətəndaşların polis əməkdaşlarına qarşı müqavimət etdiyi məlumatını almış və kömək üçün ünvana yollanmışdır. Yaxınlaşdığı zaman adları sonradan məlum olan Maniyev Amil, Maniyev Rafiq və Şəxs olduğu məlum olmuşdur. Həmin şəxslər polisin ünvanına nalayiq ifadələr işlətdiyini görmüş və tabesizlik etdikləri üçün, onları polis şöbəsinə gətirmişlər. Həmin vaxt onlar Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasında polisin ünvanına nalayiq ifadələr işlətmişlər. Eyni zamanda, polisin qanuni tələblərinə riayət etməmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, könüllü minmək istəmədiyindən məcburu maşına mindirmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər heç bir inzibati xətası və ya məsuliyyətə cəlb edilməmiş, öz səhvini başa düşmüş, peşmandır, gərək heç bu mübahisəyə qarışmazdır. Odur ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilərək 200 manat cərimə edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şamaxı rayon prokurorunun böyük köməkçisi X5 izahat verib bildirdi ki, Şəxs özünü təqsirli bilərək məhkəmədən cərimə olunmasını xahiş etmişdir. Odur ki, onun barəsində həbs yox, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan İTB-nin sahə rəisi, polis leytenantı X14 və İTB-nin sahə rəisi, polis baş leytenantı X11 tərəfindən tərtib edilən xx.xx.2026-cı il tarixli aktından görünür ki, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokola və digər sənədlərə imza etməkdən, həmçinin izahat verməkdən imtina etmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Xəyal Qocamanov tərəfindən tərtib edilmiş xx.xx.2026-ı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 12:00 radələrində CAB-nin əməliyyat müvəkkili polis leytenantı X6 ilə birlikdə xx.xx.2026- cı il tarixdə, saat 19:30 radələrində Şamaxı şəhəri, Şirvani küçəsində yerləşən “AL” marketdə baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli bilinən Şamaxı şəhəri, Nəsimi küçəsində yaşayan X7 izahatının alınması məqsədi ilə ünvanına yaxınlaşan zaman həmin ünvanda adları onlara sonradan məlum olan X16, X17 və Şəxs küçəyə çıxdılar, onlar özlərini həmin şəxslərə təqdim etdikdən sonra onlar X7 qohumları olduğunu bildikdən sonra X7 oğurluq hadisəsi ilə bağlı Şamaxı RPŞ-də izahat vermək üçün onlarla getməli olduğunu bildirdikdən sonra həmin şəxslər onlara qarşı nalayiq ifadələr işlətmiş, müxtəlif bəhanələr gətirərək onların qanuni tələblərinə tabe olmayaraq, öz qanunsuz hərəkətlərinə davam etmişdirlər. Onlar həmin yerə Şamaxı RPŞdən kömək göndərilməsini istəmişlər. Həmin əraziyə yaxınlaşan PPXB-nin bölük komandiri X8, CAB-nin əməliyyat müvəkkiləri polis leytenantı X9 və polis leytenantı X1 ilə adları onlara sonradan məlum olan X16, X17 və Şəxs Şamaxı RPŞ-yə gətirilmişlər. Onlar RPŞnin inzibati binasında olan zaman onların ünvanına nalayiq ifadələr işlətmiş dəfələrlə onlara qanuni izah verərək nizam-intizama dəvət etslər də, onlar öz hərəkətlərinə davam etmişlər. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, özünün etirafedici izahatı və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdiyi 3 saat hüquqi yardım görə 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Fərdi qaydada fəaliyyət göstərən Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdiyi 3 saat hüquqi yardım görə 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar