Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-29/2026 28.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı rayon prokurorunun böyük köməkçisi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş - Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, xx.xx.2026-cı il tarixdə Şamaxı şəhəri, Nəsimi küçəsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 göstərdi ki, xx.xx.2026-cı il tarixdə Şamaxı şəhəri, Şirvan küçəsində yerləşən marketdə baş vermiş oğurluq hadisəsində şübhəli olan X2 izahatının alınması məqsədi ilə rayon polis şöbəsinə dəvət edilməsi üçün, polis əməkdaşları Xəyal Qocamanov və Firdovsi Əmrahov həmin şəxsin yaşadığı ünvana getmişdirlər. Polis əməkdaşları özlərini təqdim edib, gəlməklərinin səbəbini bildirdikdə, evin qarşısında, küçədə Rasim Maniyevin yaxınları olan Rafiq, Amil və Məhərrəm Maniyevlər nəlayiq ifadələr işlədərək, polis əməkdaşlarına maneçilik törətmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları həmin vətəndaşları nizam-intizama dəvət etsə də, onlar əməlinə davam etmişdirlər. Bundan sonra, həmin şəxslər polis şöbəsinə gətirilmiş və onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, xx.xx.2026-cı il tarixdə, saat 12 radələrində iki nəfər şəxs yaşadıqları ünvana gəlmiş və o, çölə çıxdıqda, həmin şəxslər “Al Market”də baş vermiş oğurluq hadisəsində Rasim Maniyevin şübhəli olduğunu deyərək, Rasimi polis şöbəsinə dəvət etmək istəmişdirlər. O və digər ailə üzvləri Amil və Məhərrəm buna etirazını bildirmiş və aydınlaşdırdıqdan sonra, Rasimin polis şöbəsinə gedəcəyini demişdir. Bundan sonra, əraziyə polis əməkdaşları yaxınlaşmış və o, əvvəl gələn iki nəfər şəxsin də, polis əməkdaşları olduğunu başa düşmüşdür. Daha sonra, polis əməkdaşları onları Şamaxı Rayon Polis Şöbəsinə aparmışdırlar. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Şamaxı rayon prokurorunun böyük köməkçisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi - Vəkil törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin görülməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili X4 ifadəsində göstərdi ki, xx.xx.2026-cı il tarixdə Şamaxı şəhəri, Şirvan küçəsində yerləşən “AL” marketdə baş vermiş oğurluq hadisəsində şübhəli olan X2 izahatının alınması məqsədi ilə rayon polis şöbəsinə dəvət edilməsi üçün, əməliyyat müvəkkili Firdovsi Əmrahovla birlikdə həmin şəxsin yaşadığı Şamaxı şəhəri, Nəsimi küçəsində yerləşən ünvana getmişdirlər. Həmin ünvana çatdıqda, küçəyə çıxan, sonradan adları onlara məlum olan Rafiq, Amil və Məhərrəm Maniyevlərə özlərini təqdim etmiş və gəlmələrinin səbəbini bildirmişdirlər. Lakin, həmin şəxslər nəlayiq ifadələr işlədərək, onlara maneçilik törətmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Həmin vətəndaşları nizam-intizama dəvət etməyə çalışsalar da, buna nail ola bilməmişdirlər. Nəticədə, X2 izahatının alınması məqsədi ilə, rayon polis şöbəsinə dəvət olunması baş tutmamışdır. Bundan sonra, həmin əraziyə çağırılmış PPX-nin əməkdaşlarının köməyi ilə, Rafiq, Amil və Məhərrəm Maniyevlər adlı şəxsləri polis şöbəsinə gətirmişdirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(5-157)-29/2026
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-29/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver