Məhkəmə qərarları › İş №3(5-157)-77/2026

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-77/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-77/2026 17.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şikayət vermiş şəxs X3 və səlahiyyətli orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X15 Şöbəsinin 18 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından X3 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X15 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 sentyabr 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 manat cərimə edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan narazı qalan X3 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X15 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 sentyabr 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2016-ci il tarixdə fərdi çörəkbişirmə fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN açdırmışdır. 2017-ci ilin fevral ayından artıq bu işlə məşğul olmur. VÖEN-i də bağlatdırmış və həmin fəaliyyətlə məşğul olmur. 04 fevral 2026-cı il tarixdə onun mobil telefonuna Şamaxı rayon İcra və Probasiya şöbəsindən məlumat daxil olmuşdur ki, barəsində icra sənədi ilə bağlı icra şöbəsinə gəlməlidir. 09 fevral 2026-cı il tarixdə İcra və Probasiya şöbəsinə getmişdir. Ona bildirilmirdir ki, 1000 manat cərimə ödənilməsi barədə icra işi vardır. Bildirmişdir ki, onun cərimə olunmağı barədə hər hansı məlumatı yoxdur. Belə olan halda ona xx.xx.2026-cı il tarixli “icraata başlamaq haqqında” qərarın surəti, X11 Xidmətinin X15 şöbəsinin 09 sentyabr 2025-ci il tarixli MN ******* saylı protokolunun surəti və həmin müfəttişliyin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN-0023698 saylı, 18 sentyabr 2025-ci il tarixli qərarın surəti təqdim olunmuşdur. Həmin qərara əsasən, qərarı aldıqdan o, 10 gün müddətində çörəkbişirmə sexinin fəaliyyəti dayandırılan zaman işçilər X4 və X8 ilə bağlanmış əmək müqavilələırinə xitam verməlidir. Əgər 10 gün müddətinə bu xəbərdarlığa əməl etməyəcəyi halda inzibati tənbehetmə qərarı qüvvəsini alaraq, icra olunmalıdır. O, bu qərarı almamışdır. Həmin sexin yerləşdiyi ünvanda fəaliyyət göstərmir. Eyni zamanda, faktiki olaraq qeydiyyat ünvanı olan ünvan 1on rayonu Goradil kəndində yaşayır. Ola bilsin ki, bu səbəbdən qərar ona verilməmişdir. Bu qərardan məlumatlı olmamışdır. 2025-ci ilin noyabr ayında vergi ilə bağlı ASAN xidmət mərkəzində olarkən ona iki işçisinin olması barədə xəbərdarlıq edilmiş və bu zaman həmin vaxtda o, bu göstərilən şəxslərlə olan əmək müqavilələrinə xitam vermişdir. Odur ki, X11 Xidmətinin X15 şöbəsinin 18 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati qərarını əsassız hesab edir və onun ləğv olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən X3 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X15 Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 18 sentyabr 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, qeyd edilən ünvan 3 ünvanında yaşamır, faktiki olaraq Abşeron rayonu, Goradil kəndində yaşayır. Həmin məktub ona verilməmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin baş məsləhətçisi X10 izahat verərək bildirdi ki, şikayəti qəbul etmirlər. Hesab edirlər ki, əsassızdır. Belə ki, tərəflərindən X2 icrası məcburi olan müvafiq göstəriş verilmişdir. Hansı ki, müəssisədə Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən, elektron sənəd formasına keçirilməsi tərəflərindən təmin edilməlidir. Bununla bağlı onlar şəxsə göstəriş vermiş və həmin göstəriş tərəflərindən poçt vasitəsi ilə ünvanlaşmışdır və xx.xx.2025-ci il tarixdə həmin şəxsə yaşadığı yer üzrə çatdırılmışdır. Daha sonra, protokola dəvət ünvanlanmış, xx.xx.2025-ci il tarixdə həmin şəxsə çatdırılmışdır. Şəxs gəlmədiyindən barəsində protokol tərtib edilərək, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 manat cərimə edilmişdir. Əlavə olaraq bildirdi ki, İXM-nin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir və cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Odur ki, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, məktub sifarişli formada Şamaxı şəhəri C.Məmmədquluzadə küçəsi 12 A ünvanına göndərilmiş, amma qəbul edən şəxsi müyyən edə bilmirlər. Hesab edir ki, hər bir halda həmin mübahisə olmadığına görə onun elektron keçirilməsi zərurətidə qalmır, yəni cərimə şərti cərimədir, bu cərimənin icrasından onların qərarı əsasında azad olacaqdır, onların qərarının ləğv edilməsinə əsas yoxdur. Onların qərarı ləğv edilməli deyil, bu şəxs sadəcə cərimənin icrasında azad olunacaq, yəni əmək müqaviləsinə xitam verilməsinə görə. xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinin xitam verilməsi ilə bağlı məlumatı olmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X15 Şöbəsinin rəisi X9 tərəfindən tərtib edilmiş 09 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Əmək və Məşğlluq altsistemindən əldə olunmuş xx.xx.2025-ci il tarixli məlmat əsasında məlum olmuşdur ki, əmək müqavilələrinin elektron sənəd formasına keçrilməsi barədə DƏMX-nin X15 Şöbəsinin göstərişi icra edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X15 Şöbəsinin 18 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməmişdir. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X15 Şöbəsinin 18 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli icra sənədi üzrə icraata başlanılmış və borclu X2 10 gün müddətinə tələbin könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan 01 nömrəli, xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrən görünür ki, “Kürə Çörəyi” bölməsində çörəkçi vəzifəsində işləyən X4 ilə bağlanmış 3MTU7UC000100 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan 01 nömrəli, xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrən görünür ki, “Kürə Çörəyi” bölməsində çörəkçi vəzifəsində işləyən X8 ilə bağlanmış 45YDAZE000100 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X2 ünvanlanmış bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X15 Şöbəsinin 09 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixdə, saat 12:00-a təyin olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur. Azərbaycan Respublikasının İXM-nin 134.1.3.-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi X3 tərəfindən icra edildiyindən onun barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X15 Şöbəsinin MN ******* nömrəli, 18 sentyabr 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X15 Şöbəsi tərəfindən X1 barəsində qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar