Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-78/2026 23.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/32267707 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32273374 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32271496 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32272554 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32271533 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32900058 nömrəli və xx.xx.2026-cı il tarixli, EQ/33365686 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsinin onun barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, EQ/32267707 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32273374 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32271496 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32272554 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32271533 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32900058 nömrəli və xx.xx.2026-cı il tarixli, EQ/33365686 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi, hazırda avtomobilin sahibi və idarə edən X4 adına dəyişiklik olunaraq, keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, EQ/32267707 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32273374 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32271496 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32272554 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32271533 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ/32900058 nömrəli və xx.xx.2026-cı il tarixli, EQ/33365686 nömrəli protokollar ilə bağlı elektron cərimələr onun adına yazılmışdır. O, avtomobili “xx.xx.2025 ci ildə” qeyd olunan tarixdə satmış, lakin avtomobilə yazılan elektron protokollar onun adına yazılmışdır. Məlumat üçün bildirir ki, qeyd olunan tarixdən sonra Lada niva markalı 77YN856 seriya nömrəli avtomobil X4 adına lizinq müqaviləsinə əsasən qeydiyyat olunub. Ona məxsus olmayan avtomobilə yazılan elektron protokollar sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs kimi yazılmışdır. Xahiş edir ki, yazılan elektron protokolları həmin vaxt avtomobili idarə edən X4 adına dəyişiklik edilməsinə köməklik göstərilsin. Təhlükəsiz şəhər kamerası ilə baxış keçirilə bilinər ki, həmin vaxt avtomobili o idarə etməmişdir. Bütün bunları nəzərə almağı və yaranan texniki xətanın aradan qaldırılmasına köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X6 şikayətini müdafiə edərək izahatında bildirdi ki, o, “LADA NİVA LEGEND 21214-A-04/50” minik markalı, **-YN-*** dövlət qeydiyat nişanlı avtomobili 2024-cü ilin yanvar ayından idarə etməmişdir. Həmin nəqliyyat vasitəsini X1, həmin şəxs idarə etmişdir. İnzibati cərimələrdə ona aiddir. Sadəcə avtomobili həmin şəxs adına rəsmləşdirməmişdir. Ona göğrə də, bütün cərimələr onun adına yazılmışdır. Sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, “LADA NİVA LEGEND 21214-A-04/50” minik markalı, **-YN-*** dövlət qeydiyat nişanlı avtomobili X2 almış, sadəcə adına rəsomləşdirməmişdir. Qeyd edilən inzibati protokollar üzrə cərimələr ona aiddir. Məhkəmə, şikayət vermiş şəxsi və şahidin izahatlarını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən EQ/32267707 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:55 radələrində “LADA NİVA LEGEND 21214-A-04/50” minik markalı, **-YN-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X6 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən EQ/32273374 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:58 radələrində “LADA NİVA LEGEND 21214-A- 04/50” minik markalı, **-YN-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X6 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən EQ/32271496 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində “LADA NİVA LEGEND 21214-A- 04/50” minik markalı, **-YN-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X6 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən EQ/32272554 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində “LADA NİVA LEGEND 21214-A- 04/50” minik markalı, **-YN-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X6 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən EQ/32271533 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:02 radələrində “LADA NİVA LEGEND 21214-A- 04/50” minik markalı, **-YN-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X6 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən EQ/32900058 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:21 radələrində “LADA NİVA LEGEND 21214-A- 04/50” minik markalı, **-YN-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X6 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən EQ/33365686 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 19:27 radələrində “LADA NİVA LEGEND 21214-A- 04/50” minik markalı, **-YN-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X6 həmin maddələr ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən hal araşdırlmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Belə ki, səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.6-ci maddəsinə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən X6 barəsində EQ/32267707 nömrəli, EQ/32273374 nömrəli, EQ/32271496 nömrəli, EQ/32272554 nömrəli və EQ/32271533 nömrəli protokollar əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/32900058 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli və EQ/33365686 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən X6 barəsində EQ/32267707 nömrəli, EQ/32273374 nömrəli, EQ/32271496 nömrəli, EQ/32272554 nömrəli, EQ/32271533 nömrəli protokollar əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/32900058 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli və EQ/33365686 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №3(5-157)-78/2026
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-78/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver