Məhkəmə qərarları › İş №3(5-158)-129/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-129/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-129/2026 23.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X5, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Hacı-X2 iştirakları ilə xx.xx.1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında material üzrə işə açıq məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəməyə təqdim edilmiş MN ******* saylı inzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 23 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmində dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X11 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmində dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Qeyd edilən iş üzrə araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Lakin matrerialı üzrə Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik leytenantı X6 09 yanvar 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Şəxs əməlinə görə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin aidiyyatı xidmət sahəsinə göndərilməsi qərara alındığından Şəxs barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, hər hansı döymə faktının olmadığını sadəcə olaraq onunla mübahisə etdiyini qeyd etmişdir. İş üzrə qanuni qərar qəbul ediməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs etdiyi əməlinə görə sonuncu dəfə himayəsində hamilə yoldaşı olduğu üçün humanistlik edərək, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 əri ilə qarşı tərəf arasında mübahisə olduğunu, lakin hər hansı döymə hadisəsinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 oğlu ilə Zərərçəkmiş şəxs arasında mübahisə yarandığını, mübahisə zamanı Rahim oğlu Muradı yerə yıxaraq zərbələr endirdiyini bildirmişdir. O, gəlini Ayşən ilə tərəfləri sakitləşdirmişdir. İş materiallarına əlavə edilmiş; Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti xidmət sahəsinə verilmişdir. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda Zərərçəkmiş şəxs izahatından görünür ki, Şəki Şəhərində yerləşən evində dayısı oğlu Şəxs ilə uzun illərdir birlikdə yaşayır, Şəxsla həmin ev üzərində mübahisəsi və narazılıq olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində öz otağında yatarkən qarşı otaqda olan Şəxs uca səslə telefonla danışaraq onu narahat edib yuxudan oyatdığını bildirmişdir. O, yuxudan oyanıb öz-özünə danışaraq "Bu xarabada yata bilmirəm" ifadəsini işlətdiyi üçün Şəxs onun yanına gələrək hədə qorxu gəldiyini, iki əli ilə sinəsindən tutaraq vurmaqa çalışmışdır. Həmin zaman o, özünü müdafiə etmək üçün Muradın sinəsindən tutduğunu, Muradın isə onu yerə yıxaraq boğazından tutduğunu bildirmişdir. Ona xəsarəti Şəxs yetirdiyini, yanlarında Şəxs anası Rəna Səlimovanın və Muradın həyat yoldaşı Aişə Xəlilovanın orada olmasını qeyd emişdir. Şəxs gecə növbəsində işlədiyini, gündüz gələrək onu səs küy salıb narahat etdiyini bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon X1 ŞRPŞ-na ünvanlanan məktubda Şəxs xx.xx.2016-cı il tarixindən Şəki Rayon Psixiatriya xəstəxanasında dispanser müşahidəsində olduğu qeyd edilmişdir. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi” barədə xx.xx.2026-cı il tarixli ******* nömrəli qərardadla Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti xidmət sahəsinə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 09 yanvar 2026-cı il tarixli, 528 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər sağ sifət nahiyyəsində, sol almacıq nahiyyəsində, sağ əlin arxa səthində sıyrıqlar bərk küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmişdir. Yetirilmə müddəti qərarda qeyd edilən xx.xx.2025-ci il tarixinə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. “Şəxsi axtarış və fiziki şəxssdə olan şeyləri yoxlama” haqqında xx.xx.2026-cı il tarixli ******* nömrəli protokoldan görünür ki, Şəxs şəxsi axtarış aparılmış və onda olan əşyalar yoxlanılmışdır. “İnzibati qaydada tutma” haqqında xx.xx.2026-cı il tarixli ******* nömrəli protokoldan görünür ki, Şəxs inzibati qaydada tutulmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Şəxsla qohumdurlar, əslində yaşadıqları ev onun mülkiyyətindədir, o Murada və ailəsinə evində yaşamağa müvəqqəti icazə versə də, Murad başqa şəxslərin təsiri altında onunla olan münasibətlərə xələl gətirir. Zərərçəkmiş həmçinin ərizə ilə məhkəməyə müraciət edərək barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirərəki məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi Şəxs hazırda təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında yanlız inzibati həbs və inzibati cərimə növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə əsasən, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında barışıq əldə olunmuş, həmçinin bu barədə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Belə olan halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməli olan cəzadan azad edilməli, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməli olan cəzadan azad edilsin, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar