Məhkəmə qərarları › İş №3(5-158)-136/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-136/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-136/2026 27.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəki rayonu Birinci Biləcik kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu Birinci Biləcik kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 27 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27 yanvar 2026-cı il tarixdə, saat 14:30 radələrində Şəki ŞRPŞ-nin inzibati binasında səs-küy salaraq iş rejimini pozmuş, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, ucadan nalayiq ifadələr işlətmiş və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Şəki ŞRPŞ-nin inzibati binasının qarşısında ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, şöbəyə çağırılma səbəbinin nə olduğunu soruşmuş, səhhətində problemlər olduğunu bildirmişdir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 14:30 radələrində Şəki ŞRPŞ-na dəvət olunduğunu, şöbəyə gedərknən onu dəvət edən əməkdaşın orada olmamasına əsəbləşərək səs-küy saldığını bildirərək, əməlindən peşman olduğunu bir daha bu kimi əməllər etməyəcəyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 məhkəmə iclasında şəxsin əməlindən peşman olmasını nəzərə alaraq, iş üzrə yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, polis şöbəsinin qarşısında gözləyərkən tanımadığı bir nəfər şəxsin ucadan “məni niyə bura çağırmısız, niyə məni narahat edirsiniz” ifadələrini işlədərək, nalayiq ifadələr işlətdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X6 ifadəsində göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə təxminən saat 14:30 radələrində nahar fasiləsində olduğları zaman polis şöbəsinin qarşısında vətəndaş Şəxs ucadan “məni niyə bura çağırmısız, niyə məni narahat edirsiniz” ifadələrini işlədərək, ünvansız nalayiq ifadələr işlətdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X8 ifadəsində göstərmişdir ki, polis şöbəsinin qarşısında vətəndaş Şəxs ucadan “məni niyə bura çağırmısız, niyə məni narahat edirsiniz” ifadələrini işlədərək, ünvansız nalayiq ifadələr işlətdiyini, ətarfdakıların diqqətini özünə cəlb etdiyini qeyd etmişdir. İş materiallarında olan “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərardadla iş baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə tutulmuşdur. 27 yanvar 2026-cı il tarixli raportdan görünür ki, 27 yanvar 2026-cı il tarix də saat 14:30-da Şəxs polis şöbəsinə gəlmiş, orada səs-küy salaraq, ünvansız nalayiq ifadələr işlətmişdir. Polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini daha aqressiv və qərəzli formada davam etdirmişdir. “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində 18 manat nəğd pul, “X7” markalı siqaret paçkası və alışqan aşkar edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 14:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə Şəxs polis əməkdaşlarnın qanuni tələblərinə tabe olmamasına dair izahatına tənqidi yanaşır və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə polis şöbəsində ucadan səs-küy salmış, eyni zamanda Şəki ŞRPŞ-də uca səslə etikadan kənar ifadələr işlədərək nalayiq şəkildə dövlət orqanlarına və şəxslərə mənfi münasibət bildirərək səs-küy salıb ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etməyə çalışmış, polisin iş fəaliyyətini və ictimai qaydaları pozmuşdur. Eyni zamanda Şəxs polisin qanuni tələbini icra etməməklə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmiş, beləliklədə İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 27 yanvar 2026-cı il tarixdən, saat 14:30-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar