Məhkəmə qərarları › İş №3(5-158)-137/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-137/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-137/2026 29.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Soxvoz Ramana qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-3467/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Şəki Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6izahatında göstərmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3467/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 18 sentyabr 2012-ci il təvəllüdlü X8 və 12 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, toplam 470 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü ildən hesablanmalıdır.Qeyd olunan icra sənədi üzrə 09 avqust 2024-cü il tarixdə Şəki rayonu üzrə İcra ve Probasiya Şöbəsində icraata başlama haqqında qərar qəbul edilmiş, borclunun mobil nömrələrinə tələbin dərhal icrası ilə bağlı SMS bildirişlər göndərilmişdir. Lakin borclu icra sənədi üzrə öhdəliklərini yerinə yetirməmiş və çağırışlardan yayınmışdır. Bununla əlaqədar borclu Şəxs qeydiyyatda olduğu ünvanda yaşayıb-yaşamamasını müəyyən etmək üçün Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, borclu Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamır. Borclu Şəxs barəsində xx.xx.2024cü il tarixdə "borclunun axtarılması barədə qərar qəbul olunmuş, İcra edilməsi üçün Şəki ŞRPŞ-yə göndərilmişdir. Borclu Şəxs polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə şöbəyə gətirilmiş, borcunun ödənilməsi təmin olnmuşdur. Ancaq Şəxs vaxtaşırı ödənişləri gecikdirməsi və qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən onun barəsində xx.xx.2025-ci il tarixdə "borclunun axtarılması barədə qərar qəbul olunmuş və icra edilmək üçün Şəki ŞRPŞ-yə göndərilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş və borcun ödənilməsi təmin olunmuşdur. Lakin boclu Şəxs vaxtaşırı ödənişləri ödəməyi gecikdirmiş və tələbkarın şikayət ərizəsi üzrə qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən borclu barəsində xx.xx.2025-ci il tarixdə yenidən "borclunun axtarılması haqqında qərar qəbul olunmuş və icra edilmək üçün Şəki ŞRPŞ-yə göndərilmişdir. Borclu Şəxs xx.xx.2026-cı il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Borcluya İcra sənədinin tələbləri izah olundu və aliment üzrə yaranmış bütün borclarını ödəməsi tələb olundu. Ancaq Şəxs verdiyi izahatında bütün borcunu ödəmək üçün imkanının olmadığını, sadəcə borcunun yarısını ödəyə biləcəyini, geri qalan borcunu fevral ayının əvvəlində ödəyəcəyini bildirdi. Göstərilənlərə əsasən borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəməyə teleqram göndərərək, Şəxs ilə barışdıqlarını, ödənişlə bağlı öz aralarında razılaşmışlar, buna görə də icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o artıq zərərçəkmiş şəxs X5 ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X4 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3467/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra tələbi yerinə yetirmədiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3467/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 18 sentyabr 2012-ci il təvəllüdlü X8 və 12 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, toplam 470 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. - İşdə olan qəbzdən görünür ki, Şəxs 1500 manat borcundan ödəniş etmişdir. -EMİS məlumatlarına əsasən borclu Şəxs Bakubus MMC-də işləyir, 400 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaradır. Göründüyü kimi qanunvericilik icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur ki, bu halın mövcudluğu inzibati məsuliyyətə səbəb olur. Hazırki işin hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3467/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələbin icrasından üzürsüz və qərəzli olaraq yayınması halları olmamışdır. Belə ki, Şəxs daimi iş yeri olduğu halda icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilməmişdir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar