Məhkəmə qərarları › İş №3(5-158)-139/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-139/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-139/2026 17.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X5 Xidməti 12 saylı X2 nümayəndəsi X8 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Şəki rayonu İkinci Biləcik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şəki rayonu İkinci Biləcik kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X5 Xidməti 12 saylı X1 daxil olmuş inzibati xətaya dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X5 Xidməti 12 saylı X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inziabti xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi X9 izahatında protokolu müdafiə edərək bildirdi ki, X10 Sistemlər İstismar İdarəsinin balansında olan 22/55 reper nömrəli subartezian quyusuna qanunsuz qoşulma faktı aşkar edilmişdir. Bununla əlaqədar olaraq da kafenin sahibi Şəxs diqqətinə nöqsanlar çatdırıldı. Araşadırılma aparılan vaxtı müqavilə təqdim edilməmişdir. Məhkəməndən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, kafe uzun müddət mərhum əri tərəfindən işlədilmişdir. Su idarəsinin nümayəndəsi Mustafa adlı şəxsə su ilə bağlı çox da olmasa, ödəniş etmişdir. Kənddə hamı necə o da sudan elə istifadə etmişdir. Özü kafeni qısa müddətdir ki, işlədir. Onun barəsində protokol tərtib edilən vaxtı müqaviləsi olmamışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X5 Xidməti 12 saylı X2 rəisinin xx.xx.2026-cı il tarixli 0034 saylı sərəncamı ilə Şəki rayonu ərazisində 4 gün nəzarət tədbirləri aparılması qərara alınmışdır. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Şəki rayonu İkinci Biləcik kəndi ərazisində idarə etdiyi “Pavliyon kafe” adlı ictimai iaşə obyektinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması inzibati xətasını törətmişdir. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 12 saylı X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli tarixli aktından görünür ki, aparılmış nəzarət tədbirləri zamanı X10 Sistemlər İstismar İdarəsinin balansında olan 22/55 reper nömrəli subartezian quyusuna qanunsuz qoşulma faktı aşkar edilmiş, Şəxs rəsmi sudan istifadəyə dair müqaviləsi olmaması müəyyən edilmişdir. Həmin şəxs öz izahatında həmin faktı təsdiq etmişdir. X11 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Şəki rayonu İkinci Biləcik kəndində yerləşən Şəxs məxsus “Pavliyon” kafesi sudan istifadəyə dair müqavilə bağlamamışdır. 3 ay ərzində təxminən 92 m3 sərfiyyata görə 276 manat maddi ziyan dəymişdir. Məhkəməsinin sorğusuna cavab olaraq, X10 Sistemlər İstismar İdarəsinin xx.xx.2026-cı il tarixli məkrubunda qeyd olunur ki, 22/55 reper nömrəli subartezian quyusu idarənin balansındadır. “Mustafa” adlı şəxs idarənin əməkdaşı deyildir. Subartezian quyularının istismar qaydalarına dair təlimat məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7 maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə sənədləri tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi sübut olunduğuna görə, onun əməlində Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsinin tərkibi vardır və onun əməli Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar