Məhkəmə qərarları › İş №3(5-158)-170/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-170/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-170/2026 03.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Allahverdiyev X7, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Səfərov Məhəmməd yadigar oğlunun iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, "xxxx" MMC-də xilasedici işləyən , ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞdən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2026-cı il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 02 fevral 2026-cı il tarixdə Şəki ŞRPŞ-nin inzibati binasında ucadan səs-küy salaraq polisin qanuni əmrinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 16:30 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində xidmətdə olan polis əməkdaşları tərəfindən Vaz-2107 markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün saxla işarəsi verilmişdir. Sürücüyə yaxınlaşıb nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün duracağa yerləşdirilməsini bildirilmişdir. Sürücü isə duracağa getməyəcəyini israrla bildirmişdir. Dəfələrlə nizam intizama dəvət edilsə də o öz hərəkətlərinə davam edərək polisin qanuni tələbinə tabe olmamışdır. Həmin vaxt əraziyə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda köməyə çağrılmış, sürücü Şəki ŞRPŞ-ya gətirilmişdir. O, ŞRPŞ-nın həyətindədə səs-küy salmağa başlamış, ona yaxınlaşaraq ucadan səs-küy salmaqla, polis şöbəsinə gələn vətəndaşların narahatçılığına səbəb olmasını ,onu nizam-intizama,ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət edilsə də, o, daha da aqressiv şəkildə öz hərəkətini davam etdirərək polis əməkdaşlarına qarşı kobudluq etməyə başlamışdır. Onu sakitləşdirməyə çalışılsa da, qanuni tələblərinə məhəl qoymayaraq yenidən səs-küy salmaqla polisin iş fəaliyyətini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq onun barəsində inzibati protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 16:30 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz-2107 markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəki şəhəri, S.Mümtaz küçəsində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün saxla işarəsi verilmişdir. Ona yaxınlaşıb nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün duracağa yerləşdirilməsi bildirilmişdir. O, maşının baqaj yerində yük olduğunu, yükü boşaltdıqdan sonra dayancağa gedə biləcəklərini söyləmişdir. Yükü yük yerindən götürmüş, lakin nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün maşını duracağa aparmışdır. O, polis əməkdaşalrına qarşı nalayiq ifadə işlətməmiş, onların tələblərinə tabesizlik göstərməmişdir. Körpə uşaqlarının olmasını nəzərə alaraq, qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ DYP-nin YPX inspektoru X10 ifadə verərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 16:30 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində xidmətdə olan polis əməkdaşları tərəfindən Vaz-2107 markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün saxla işarəsi verilmişdir. Sürücüyə yaxınlaşıb nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olduğu üçün duracağa yerləşdirilməsini bildirilmişdir. Sürücü isə duracağa getməyəcəyini israrla bildirmişdir. Dəfələrlə nizam intizama dəvət etsə də, o öz hərəkətlərinə davam edərək polisin qanuni tələbinə tabe olmamışdır. Həmin vaxt əraziyə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda köməyə çağrılmış, sürücü Şəki ŞRPŞ-ya gətirilmişdir. O, ŞRPŞ-nın həyətindədə səs-küy salmağa başlamış, ona yaxınlaşaraq ucadan səs-küy salmaqla, polis şöbəsinə gələn vətəndaşların narahatçılığına səbəb olmasını ,onu nizamintizama,ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət edilsə də, o, daha da aqressiv şəkildə öz hərəkətini davam etdirərək polis əməkdaşlarına qarşı kobudluq etməyə başlamışdır. Onu sakitləşdirməyə çalışılsa da, qanuni tələblərinə məhəl qoymayaraq yenidən səs-küy salmaqla polisin iş fəaliyyətini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq onun barəsində inzibati protokol tərtib etmişdir Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, xx.xx.2026cı il tarixdə, saat təxminən 17:15 radələrində Şəki ŞRPŞ-nın inzibati binasında olduğu zaman yol-patrul xidməti əməkdaşları bir nəfər şəxsi avtopatrul maşını ilə polis şöbəsinə gətirmişlər. Həmin şəxs telefonla danışa-danışa maşından düşmüş, polis əməkdaşları həmin şəxsə telefonu söndürməsini bildirmiş və polis şöbəsinin inzibati binasında mobil telefon istifadə edilməsinin qadağan olduğunu bildirərək nəzarət-buraxılış məntəqəsinə telefonu təhvil verməsini bildirdilər. Lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq telefonla danışmasını davam etdirmiş və telefonu təhvil verməkdən boyun qaçıraraq inzibati binanın həyətində ucadan səs-küy salmağa, polis şöbəsinin iş rejimini pozmağa başlamışdır. Polis əməkdaşları dəfələrlə həmin şəxsi nizam-intizama, qanunlara hörmətlə yanaşmağa dəvət edilsə də, o, daha da aqressiv şəkildə öz hərəkətini davam etdirərək polis əməkdaşlarına qarşı kobudluq etməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ PPXB-nün polis nəfəri, polis serjantı X1 ifadə verərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə, saat təxminən 17:00 radələrində Şəki ŞRPŞ PPXB-nün polis nəfəri, polis serjantı Elşad Süleymanovla birlikdə Şəki ŞRPŞ-nin inzibati binasında həyətdə olarkən YPX əməkdaşı Azər Quliyev bir nəfər şəxsi polis şöbəsinə gətirmişdir. Həmin şəxs ucadan səs-küy salmağa başlamış, ona yaxınlaşaraq ucadan səs-küy salmaqla, polis şöbəsinə gələn vətəndaşların narahatçılığına səbəb olmasını ,onu nizam-intizama,ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət edilsə də, o, daha da aqressiv şəkildə öz hərəkətini davam etdirərək polis əməkdaşlarına qarşı kobudluq etməyə başlamışdır. Onu sakitləşdirməyə çalışılsa da, qanuni tələblərinə məhəl qoymayaraq yenidən səs-küy salmaqla polisin iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 digər şahid X1 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri təsdiq etmişlər. İş materiallarında olan “Avtomotoservis” ATC tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs məxsus buraxılış ili 2002-ci il olan Vaz-2107 markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtombillə Şəki-Oğuz şossesi 4-də yerləşən Avtomotoservis” ATC-nin mütəxəssis heyəti tərəfindən xx.xx.2026-cı il tarixdə baxış keçirilmişdir. Baxış zamanaı avtomobilin qabaq asqısında və arxa körpüdə standarta uyğun olmayan konstruksiya dəyişikliyi olduğu müəyyən olunmuşdur. xx.xx.2026-cı il tarixli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə 17:15-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində 120 AZN pul və mobil telefon aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Şəxsin əməlində xırda xuliqanlıq deyil, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağın təzahürləri vardır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin izahatları ilə təsdiq edildi. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməli, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar