Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-171/2026 05.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx xxxxx 1981-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı FİN: xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş 05 fevral 2026-cı il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 10:30 radələrində vətəndaşı polis şöbəsinin qarşısında ucadan səs-küy salıb ünvansız nalayiq ifadələr işlədib, onu nizamintizama dəvət edərək qəsdən tabesizlik etmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə xidməti zərurətlə əlaqədar olaraq Şəki rayonu, Baş Göynük kəndində yaşayan Şəxs tərəfindən polis şöbəsinə dəvət olunmuşdur. Vətəndaş Şəxs saat təxminən 10:30 radələrində polis şöbəsinin qarşısına gəlmiş, o, onu nəzarət-buraxılış məntəqəsindən keçərək polis şöbəsinin qarşısına dəvət etmiş, bu zaman vətəndaş Şəxs “məni niyə polis şöbəsinə çağırmısız, məni niyə narahat edirsiz” deyərək ucadan səs-küy salmağa, ünvansız nalayiq ifadələr işlətməyə başladı. Bu zaman polis şöbəsinin qarşısında olan digər polis əməkdaşları da, ona yaxınlaşdı, onlar onu sakitləşdirməyə, nizam-intizama, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini daha da aqressiv şəkildə və qərəzli formada davam etmiş və polis şöbəsinin qarşısında olan vətəndaşların diqqətini özünə cəlb etməyə başlamışdır. Daha sonra onlar həmin şəxsi çətinliklə sakitləşdirərək polis şöbəsinin inzibati binasına aparmışdırlar. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə səhər saatlarında yaşadığı ərazinin sahə rəisi Vüqar onu polis şöbəsinə dəvət etmişdir. O, polis şöbəsinin qarşısına yaxınlaşmış, şöbənin qarşısında olarkən, sahə rəisi ona yaxınlaşmışdır. Şöbənin inzibati binasına girərək onu nə üçün nə səbəbə polis şöbəsinə çağırdıqlarını soruşaraq polis əməkdaşı ilə mübahisə etməyə başlamışdır. Ucadan səs-küy salmış, polis əməkdaşları onu nizam-intizamlı olmağa qanunlara hörmətlə yanaşmağa dəvət etmişdirlər. Özündən asılı olmadan daha da aqressivləşərək ünvansız nalayiq ifadələr başlamışdır. Həmin vaxt ətrafda olan şəxslər təxminən üç dörd nəfər və orada olan digər polis əməkdaşları da, ona yaxınlaşıb etdiyi əməlin ictimai qayda pozuntusu olduğunu bildirmişdirlər. Onu təkrar nizam-intizamlı olmağa dəvət etmişdirlər. Lakin o, etdiyi hərəkətləri əsəbləşdiyi üçün davam etdirmişdir. Polis əməkdaşlarının qanuni əmr və göstərişlərinə qəsdən tabeçilik göstərmişdir. Daha sonra polis əməkdaşları onu sakitləşdirmiş və şöbənin inzibati binasına aparmışdırlar. Şöbənin inzibati bınasında olarkən etdiyi hərəkətləri düzgün olmadığını anlamışdır. Səhv etdiyini başa düşmüşdür. Etdiyi hərəkətlərə görə üzr istəyərək gələcəkdə bu gün halların olmayacağı barədə söz vermişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə xidməti zərurətlə əlaqədər Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, poli baş leyenantı Vüqar Salamovla birlikdə Şəki rayonu, Baş Göynük kəndində yaşayan Şəxs tərəfindən polis şöbəsinə dəvət olunmuşdur. Vətəndaş Şəxs təxminən 10:30 radələrində polis şöbəsinin qarşısına gəlmiş, biz onu nəzarət-buraxılış məntəqəsindən keçərək polis şöbəsinin inzibati binasına dəvət etmişdirlər, bu zaman vətəndaş Şəxs “məni niyə polis şöbəsinə çağırmısız, məni niyə narahat edirsiniz” deyərək ucadan səs-küy salmağa, ünvansız nalayiq ifadələr işlətməyə başladı. Bu zaman polis şöbəsinin qarşısında olan digər polis əməkdaşlarıda ona yaxınlaşmışdır. Onlar onu sakitləşdirməyə, nizam-intizama, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini daha da aqressiv şəkildə və qərəzli formada davam etdirmiş və polis şöbəsinin qarşısında olan vətəndaşların diqqətini özünə cəlb etməyə başlamışdır. Daha sonra biz həmin şəxsi çətinliklə sakitləşdirərək polis şöbəsinin inzibati binasına aparmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB sahəsinin polis nəfəri, polis serjantı X10 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 10:30 radələrində Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Cavid Seyidovla birlikdə polis şöbəsinin inzibati binasının qarşısında dayandıqları zaman Şəki ŞRPŞ-nın İTB-nin polis sahə rəisi Vüqar Salamov və polis nəfəri Arif Abdurahmanov polis şöbəsinin qarşısında adının sonradan Sərvər olduğunu bildikləri şəxsi nəzarət-buraxılış məntəqəsindən keçərək polis şöbəsinin inzibati binasına dəvət etdiyi zaman vətəndaş Sərvər adlı şəxs “məni niyə polis şöbəsinə çağırmısız məni niyə narahat edirsiniz” deyərək ucadan səs-küy salmağa, ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman onlar da yaxınlaşmışlar və həmin şəxsi sakitləşdirməyə, nizam-intizama, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini daha da aqressiv şəkildə və qərəzli formada davam etdirdi və polis şöbəsinin qarşısında olan vətəndaşların diqqətini özünə cəlb etməyə başlamışdır. Daha sonra onlar həmin şəxsi çətinliklə sakitləşdirərək polis şöbəsinin inzibati binasına aparmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB sahənin polis nəfəri, polis serjantı X8 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 10:30 radələrində Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Ayxan İsayevlə birlikdə polis şöbəsinin inzibati binasının qarşısında dayandıqları zaman Şəki ŞRPŞ-nın İTB-nin polis sahə rəisi Vüqar Salamov və polis nəfəri Arif Abdurahmanov polis şöbəsinin qarşısında adının sonradan Sərvər olduğunu bildikləri şəxsi nəzarət-buraxılış məntəqəsindən keçərək polis şöbəsinin inzibati binasına dəvət etdiyi zaman vətəndaş Sərvər adlı şəxs “ məni niyə polis şöbəsinə çağırmısız, məni niyə narahat edirsiz” deyərək ucadan səs-küy salmağa, ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman onlar da yaxınlaşmış, həmin şəxsi sakitləşdirməyə, nizam-intizama, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini daha da aqressiv şəkildə və qərəzli formada davam etdirmiş və polis şöbəsinin qarşısında olan vətəndaşların diqqətini özünə cəlb etməyə başlamışdır. Daha sonra onlar həmin şəxsi çətinliklə sakitləşdirərək polis şöbəsinin inzibati binasına aparmışdırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - “İnzibati qaydada tutulma haqqında” 05 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 10:35-də tutulmuş və 12:10-da azad edilmişdir. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 05 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində 4.30 AZN aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə, yəni polis şöbəsində nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, söyüş söymüş, ictimai qaydanı pozmuşdur. Polis əməkdaşlarının iradlarına əməl etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 05 fevral 2026-cı il saat 10:35-dən hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(5-158)-171/2026
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-171/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver