Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-174/2026 05.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Mövlayev Azər Aydın oğlunun sədrliyi, Ramazanova Firuzə Musa qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Şəki ŞRPŞ xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında həmin qərardan narazı qalan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməktə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Şəki Rayon Polis Şöbəsinin MN seriyalı ******* nömrəli, 14 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və bərəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, qeyd olunan inzibati qərardan məlumatlı olmamışdır. Ona dekabr ayının sonlarında Şəki Rayon Polis Şöbəsindən zəng edilərək inzibati cərimənin ödənilməsini tələb etmişlər. O, qeyd olunan inzibati qərarın ona təqdim edilməsini xahiş etsədə, inzibati qərar ona ancaq məhkəmə sorğusu ilə təqdim edilə biləcəyini bildirərək qərarı təqdim edilməmişdir. Bundan sonra o, qərardan məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X3 göstərdi ki, Şəki rayonu Baş Göynük kənində yerləşən torpaq sahəsi onun deyil anasının mülkiyyətindədir. Həmin təbii heyvan peyini onların öz heyvanlarının peyinidir və hər il torpağın məhsuldarlığını artırmaq üçün istifadə olunur. X3 izahatında həmçinin bildirmişdir ki, onun qeyd olunan inzibati xətaya heç bir aidiyyəti yoxdur və o, həmçinin vətən müharibəsi iştirakçısıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati tənbeh vermə haqqıda qərar qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqıda qərar qəbul etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İş materiallara əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 226.3-cü maddəsi ilə (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan normaya əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin üzərinə düşsə də, həmin orqan məhkəməyə X1 İXM-in 266.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut (tibbi xidmətin göstərildiyi şəxs (şəxslər) barədə məlumatlar, onların izahatları, qəbz, müqavilə və s.) təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə- fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. “Tullantılar Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məişət tullantıları (bərk məişət tullantıları)- əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Məhkəmə hesab edir ki, istinad olunan Qanunda heyvan peyini birbaşa olaraq məişət tullantısı kimi təsnif edilməmişdir, bu səbəbdən də məişət tullantısı kimi qəbul edilməmiş tullantıya görə şəxsi inzibati məsuliyyətə cəlb etmək yolverilməzdir. Məhkəmə həmçinin qeyd edir ki, heyvan peyini kənd təsərrüfatı fəaliyyəti nəticəsində yaranan bioloji mənşəli tullantı kimi qəbul edilir, eyni zamanda torpağın münbitliyini artıran, tərkibində fosfor, kalium və s. elementlərdən ibarət olan üzvi mənşəli maddədir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ tərəfindən qəbul olunmuş 14 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ tərəfindən qəbul olunmuş 14 may 2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Mövlayev
Məhkəmə qərarları › İş №3(5-158)-174/2026
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-174/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver