Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-183/2026 10.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidməti 12 saylı X2 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs (FİN: xxxxxxx, xx.xx.1983-cü ildə Şəki rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki rayonu Aşağı Göynük kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidməti 12 saylı X1 daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidməti 12 saylı X1 daxil olmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən Şəki rayonu Aşağı Göynük kənd ərazisində subartezian quyusunun avadanlığının zədələnməsi, onların isrismar qaydalarına riayət edilməməsi müəyyən olunmuşdur.Bu hərəkətinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə inzibatı xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, aparılmış nəzarət tədbirləri zamanı Şəki rayonu Aşağı Göynük kəndində mövcud olan X9 Sistemlər İstismar İdarəsinin balansında olan 22/37 reper nömrəli subartezian quyusuna, həmin kənddə sözügedən subartezian quyusundan təxminən 300 metr məsafədə yerləşən çay evi kimi fəaliyyət göstərən ictimai iaşə obyektinin istismar qaydalarına riayət edilməsi tələblərini pozmaqla qeyri-qanuni qoşulma faktı aşkar edilmişdir. Bununla əlaqədar olaraq da çay evini qeyri-rəsmi idarə edən Şəxs diqqətinə nöqsanlar çatdırıldı. Araşadırılma aparılan vaxtı müqavilə təqdim etsə də, sudan istifadəyə dair heç bir ödəniş etməmişdir. Məhkəməndən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirdi ki, təxminən 1 ildir ki, Sovet dövründən olan su xəttinə qoşulmuşdur. Onun sudan istifadə ilə bağlı xx.xx.2026-cı il tarixdə müqaviləsi vardır. Lakin buna baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6 Xidməti 12 saylı X2 rəisinin xx.xx.2026-cı il tarixli 0037 saylı sərəncamı ilə Şəki və Qax rayonları ərazisində 3 gün nəzarət tədbirləri aparılması qərara alınmışdır. X10 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Şəki rayonu Aşağı Göynük kəndində yerləşən Şəxs məxsus “Kəndimiz” çay evi sudan istifadəyə dair heç bir rəsmi icazə sənədi yoxdur. Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 12 saylı X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli tarixli aktından görünür ki, aparılmış nəzarət tədbirləri zamanı Şəki rayonu Aşağı Göynük kəndində mövcud olan X9 Sistemlər İstismar İdarəsinin balansında olan 22/37 reper nömrəli subartezian quyusuna, həmin kənddə sözügedən subartezian quyusundan təxminən 300 metr məsafədə yerləşən çay evi kimi fəaliyyət göstərən ictimai iaşə obyektinin istismar qaydalarına riayət edilməsi tələblərini pozmaqla qeyri-qanuni qoşulma faktı aşkar edilmiş, Şəxs diqqətinə nöqsanlar çatdırıldı. Araşadırılma aparılan vaxtı müqavilə təqdim etsə də, sudan istifadəyə dair heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında X3 ilə su istifadəçiləri arasında suyun verilməsi üzrə xx.xx.2026-cı il tarixli müqavilədən aydın olur ki, Şəxs ilə birliyin sədri arasında əqd bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 3.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 264.0.2-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə sübutları tədqiq edərək müəyyən edir ki, xx.xx.2026-cı il tarixdə nəzarət tədbirləri nəticəsində aşkarlanan baş vermiş inzibati xəta hadisəsi barəsində inzibati icraat aparılmış Şəxs tərəfindən törədilməsi işin faktiki vəziyyəti ilə müəyyən edilmir. Belə ki, iş materiallarında olan sübutlar təşkilat tərəfindən qeyd olunmuş inzibati xətanın olması və həmin inzibati xətanın Şəxs tərəfindən törədilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, xx.xx.2026-cı il tarixdə qeyri-qanuni istifadə halları və ya 22/37 reper nömrəli subartezian quyusunun hər hansı qurğularının zədələnməsinə, onların qanunsuz istismar qaydalarına riayət edilməməsi halları aşkar olunmamışdır. Əksinə həmin tədbir zamanı vətəndaş Şəxs sudan istifadəyə dair müqaviləsi olduğunu inzibati xəta haqqında protokolu tərtib edən orqanın əməkdaşına təqdim etsə də, nəzərə almamışdır. Göründüyü kimi işə məhkəmədə baxılarkən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması təsdiq olunmadı. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, həmin şəxsin barəsində başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(5-158)-183/2026
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-183/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver