Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-194/2026 13.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X28 qızının katibliyi, Şəki rayon prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X17 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki şəhəri, M.F.Axundov prospekti, ev 703 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki rayon prokuroru baş ədliyyə müşaviri X24 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) – (xx.xx.1964-cü il Şəki rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Şəki şəhəri, M.F.Axundov prospekti, ev 703 ünvanında qeydiyyatda olmaqla yaşayan) barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Şəki rayon prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X14 izahatında bildirdi ki, Fiziki şəxs Şəxs 30 oktyabr 2025-ci il tarixdə, saat 15 radələrində Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən qardaşı X9 məxsus ünvansız fərdi yaşayış evinin həyətində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X29 12 saylı Şəki Ərazi İdarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Böyük Yerquruluşu üzrə mühəndisi vəzifəsində işləyən X4 xidməti vəzifələrini icra edərkən “omba” nahiyəsinə təpiklə zərbə vuraraq sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən büzdüm nahiyyəsində qançır xəsarəti yetirmiş, eyni zamanda həmin vaxtı orada olan öz bacısı X1 baş nahiyəsinə yumruqla zərbə vuraraq fiziki ağrı vermiş, bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətasını törətmişdir. Qeyd olunanlar X10, X11, X12, X13, X6 və Şəxs izahatları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 439 nömrəli və xx.xx.2025-ci il tarixli 445 nömrəli rəyləri ilə təsdiq olunur. X10 izahatında göstərmişdir ki, o, 12 saylı Şəki Ərazi İdarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Böyük Yerquruluşu üzrə mühəndisi vəzifəsində işləyir. Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixdə qəbul olunmuş 2(107)-763/2025 nömrəli qərardadında qeyd olunan məsələlərin icra olunması məqsədilə o, 30 oktyabr 2025-ci il tarixdə Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən X9 məxsus ünvansız fərdi yaşayış evinə getmiş, bir qədər sonra Şəxs həyətə daxil olaraq onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Şəxs söyüş söyməməyini və xidməti vəzifələrinin icrası ilə əlaqədar orada olduğunu bildirsə də, Şəxs buna məhəl qoymayaraq ona yaxınlaşaraq “omba" nahiyəsinə təpiklə zərbə vurmuşdur. X6 izahatında göstərmişdir ki, 30 oktyabr 2025-ci il tarixdə, təxminən saat 15 radələrində o, Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən qardaşı X9 məxsus ünvansız fərdi yaşayış evinin həyətində olarkən DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşı həmin ünvana gəlmiş, bir qədər sonra digər qardaşı Şəxs həyətə daxil olaraq Ə.Mustafazadəyə qarşı nalayiq ifadələr söyləyərək sonuncunun “omba” nahiyəsinə təpiklə zərbə vurmuşdur. Həmin vaxt o, Ənvərin qarşısında duraraq onu sakitləşdirmək istədikdə Şəxs yumruğunu sıxaraq onun baş nahiyəsinə 02 (iki) dəfə vurmuşdur. X11 oxşar məzmunlu izahat verərək X10 və X1 dediklərini təsdiqləmişdir. X12 oxşar məzmunlu izahat verərək X10 və X1 dediklərini təsdiqləmişdir. X13 oxşar məzmunlu izahat verərək X10 və X1 dediklərini təsdiqləmişdir. Şəxs izahatında göstərmişdir ki, 30 oktyabr 2025-ci il tarixdə, təxminən saat 15 radələrində gəlini Günay Məmmədova onunla əlaqə saxlayaraq qardaşı Süleyman Məmmədovun və yanında olan tanımadığı bir şəxsin həyətlərində olduğunu söylədikdən sonra o, yaşadığı ünvana gəlmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X29 12 saylı Şəki Ərazi idarəsinin əməkdaşı Əmrah Mustafazadənin həyətin görüntülərini əlində olan aparatla çəkdiyini görmüşdür. O, dərhal Əmrah Mustafazadəyə yaxınlaşaraq icazəsiz həyətə daxil olduğunu və həyətdən çıxmasını tələb edən zaman sonuncu ona qarşı kobud cavab verdiyindən həmin vaxt əsəbi şəkildə Əmrah Mustafazadəyə təpiklə zərbə vurmuşdur. X18 oxşar məzmunlu izahat verərək Şəxs dediklərini təsdiqləmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 439 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədənində aşrar olunan xəsarət:-büzdüm nahiyyəsində qançir küt əşyanın təsirindən əmələ gələ bilərdi, müddəti qərarda qeyd edilən xx.xx.2025-ci il tarixinə uyğun gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 445 nömrəli rəyinə əsasən X1 məhkəmə-tibbi ekspertizası zamanı bədənində gözlə görünən xəsarət və onun izi aşkar edilmədi. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikasının İXM-nin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Azərbaycan Respublikası İXM-nin 99.3-cü maddəsinə əsasən həmin məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olur. Fiziki şəxs Şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X29 12 saylı Şəki Ərazi İdarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Böyük Yerquruluşu üzrə mühəndisi vəzifəsində işləyən X4 xidməti vəzifələrini icra edərkən “omba” nahiyəsinə təpiklə zərbə vurması ilə müşahidə olunan hərəkətlər Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən Şəxs qardaşı X9 məxsus ünvansız fərdi yaşayış evinin həyətində baş verdiyindən inzibati xəta Şəki rayonu ərazisində törədilmiş hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 30 oktyabr 2025-ci il tarixdə təxminən saat 15 radələrində o, həyat yoldaşı Təranə Məmmədova ilə birlikdə baldızı Rübabə Atayeva ağır xəstə olduğu üçün ona baş çəkən zaman, gəlini Günay Məmmədova onunla əlaqə saxlayaraq Süleymanın həyətdə olduğunu və yanında da bir nəfər şəxsin olduğunu bildirmişdir. Dərhal yaşadığı evə gəlmiş və orada qardaşı Süleyman Məmmədov, onun həyat yoldaşı Mirvari Məmmədova, bacısı Dilşad Abdurəhimova, qardaşı Yavərin həyat yoldaşı İntizar Məmmədova və DƏDKR 12 saylı Şəki Ərazi Dairəsinin əməkdaşı Əmrah Mustafazadənin mərhum qardaşı Yavər Məmmədovun yaşadığı fərdi yaşayış evinin həyətində olduqlarını və DƏDKR 12 saylı Şəki Ərazi Dairəsinin əməkdaşı Əmrah Mustafazadənin həyətin görüntülərini əlində olan aparatla çəkdiklərini görmüşdür. O DƏDKR 12 saylı Şəki Ərazi Dairəsinin əməkdaşı Əmrah Mustafazadəyə yaxınlaşaraq icazəsiz həyətə daxil olduğunu və həyətdən çıxamasını tələb etmişdir. Onlar həyətdən çıxmamış və o da əsəbi halda təpiklə zərbə vurmuşdur. Həmin an əsəbi olduğundan təpik zərbəsinin kimə dəydiyini bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X25 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X16 X29 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 439 saylı ekspert rəyindən görünür ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədənində aşkar olunan xəsarət büzdüm nahiyyəsində qançır küt əşyanın təsirindən mələ gələ bilərdi, müddəti qərarda qeyd edilən xx.xx.2025-ci il tarixinə uyğun gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. - İş materiallarında olan X3 izahatından görünür ki, X2 şəhəri, M.F.Axundov prospektində yerləşən sonuncuya məxsus olan ünvansız fərdi yaşayış evi üçün ünvan 6rdaşı Şəxs məxsus olan fərdi yaşayış evinin həyətində yerləşən “qanunsuz tikilinin sökülməsi" və “gediş-gəliş yolunun verilməsi" ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmiş. Şəki Rayon Məhkəməsi iddiaçı X7 iddiasını təmin etməmişdir. Bundan sonra iddiaçı X2 rayon məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(075)-50/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hal-hazırda Şəki Apellyasiya Məhkəməsində həmin müraciətə baxılır. Şəki Apellyasiya Məhkəməsi 10 oktyabr 2025-ci il tarixdə qəbul olunmuş 2(107)-763/2025 nömrəli qərardadı DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlayaraq, qərardadda qoyulmuş sualların cavablandırılmasını və həmin fərdi yaşayış evlərinə münasibətdə sxem tərtib olunaraq mütəxəssis rəyinin verilməsini bildirmişdir. Həmin qərardad 15 oktyabr 2025-ci il tarixdə, ********** nömrəli ərizə ilə DƏDKR 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır. Daha sonra həmin qərardadda qeyd olunan məsələlərin həll edilməsi Şəki Ərazi İdarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma. qiymətləndirmə və ünvan reyestri şöbəsinin müdiri Qurban Bəkirov tərəfindən mənə həvalə olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixdə qəbul olunmuş 2(107)- 763/2025 nömrəli qərardadında qeyd olunan məsələlərin icra olunması məqsədilə o 30 oktyabr 2025-ci il tarixdə Şəki şəhəri. M.F.Axundov prospektində yerləşən X9 məxsus ünvansız fərdi yaşayış evinə gedərək Süleyman Məmmədov və onun ailə üzvləri aralarında olan əmlak mübahisəsinin mahiyyəti barədə söhbət etmişdir. Söhbət zamanı Süleyman Məmmədov və onun ailə üzvləri Şəxs bir qədər problemli bir insan olduğunu, oraya gəldiyi təqdirdə mübahisə çıxaracağını söyləmişdirlər. O, Şəxs problemli bir insan olduğunu öyrəndikdən sonra oradan uzaqlaşmaq istəyən zaman Şəxs təkbaşına şəkildə qardaşı X9 məxsus fərdi yaşayış evinin həyətinə daxil oldu. Şəxs həyətə daxil olan kimi onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, ona söyüş söyməməyini və xidməti vəzifələrinin icrası ilə əlaqədar orada olduğunu bildirmişdir. Şəxs isə buna məhəl qoymayaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxs söyüş söyməklə yanaşı, ona yaxınlaşaraq "omba" nahiyəsinə təpiklə zərbə vurdu. Həmin vaxt Şəxs ailə üzvləri araya girərək onu sakitləşdirməyə çalışdılar. Bu zaman Şəxs onu vurmağa cəhd etsə də, ailə üzvləri ona imkan vermədilər, lakin o, onu təhqir etməyə davam etməklə şərəf və ləyaqətini alçaltmışdır. O, bütün bu hadisələrdən sonra təcili oradan uzaqlaşmaq istəyən zaman Şəxs yerdə olan daşı göstərərək “daşı sənin başına çırparam” demişdir. O, fərdi yaşayış evinin həyətindən yol kənarına çıxaraq DƏDKR 12 saylı Şəki Ərazi İdarəsində sürücü vəzifəsində işləyən və həmin vaxtı yol kənarında onu gözləyən Rövşənlə birlikdə onu gətirdiyi xidməti avtomobilə əyləşərək oranı tərk etmişdirlər. Yolda olan zaman o, avtomobilin yan güzgülərindən Şəxs ona məxsus olan avtomobillə onları izlədiyini və arxalarınca hərəkətdə olduğunu görmüşdür. O, təkidlə onlara avtomobili saxlamaqlarını bildirsə də onlar yollarına davam etmiş və baş verənləri yolda olarkən rəhbərliyə məruzə etmişdirlər. Rəhbərlikdən onlara Şəki ŞRPŞ-nə müraciət edərək baş vermiş hadisə ile bağlı şikayət bildirməyini söyləmişdirlər. Bundan sonra o, əvvəlcə Şəki ŞRPŞ-nə yaxınlaşmışdır. Orada ərizə və izahatı alındıqdan sonra ona baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə Şəki rayon prokurorluğuna müraciət etməyi tövsiyə olunmuşdur. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, toplanmış 139c-25 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə cinayət işi başlanmasının rədd edilməsi, toplanmış 139c-25 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 288.3-cü maddəsi ilə cinayət işi başlanmasının rədd edilməsi qərara alımışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxs X5 döymüş, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 13 fevral 2026-cı il saat 20:45-dən hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(5-158)-194/2026
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-194/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver