Məhkəmə qərarları › İş №3(5-158)-225/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-225/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-225/2026 17.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, avtoyuma sexində yuyucu işləyən, əlilliyi olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 17 fevral 2026-cı il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1375/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu ildən borclu Şəxs 14 aprel 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli, həmçinin borcludan 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməlidir. İcra sənədi xx.xx.2010-cu il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin dərhal icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası borclu tərəfindən müvafiq olaraq təmin edilməmiş, borclu tərəfindən bu günədək 600 manat ödəniş edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1755/ 2021-004 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixdən borclu Şəxs cəmi 2735.80 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən təmin olunmamışdır. Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8l-10008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən borclu Şəxs cəmi 245.08 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən təmin olunmamışdır. Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8l-17673 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü ildən borclu Şəxs cəmi 135 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən təmin olunmamışdır. Şəki Rayon Məhkəməsinin 3(075)-570/ 2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci ildən borclu Şəxs 100 manat cərimə tutularaq dövlət büdcəsinə ödəilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən təmin olunmamışdır. İcra sənədlərinin məcburi icrasını təmin etmək üçün borclunun əmlakının axtarışına başlanılmış, borclunun bank hesablarının və həmin hesablarda pul vəsaitlərinin olub-olmaması, borclunun adına qeydə alınmış daşınar və daşınmaz əmlakının olub-olmaması, borclunun sahibkarlıq fəaliyyəti ilə məşğul olub olmaması, borclunun əmək haqqı və pensiyasının olub-olmaması barədə "Elektron İcra" İnformasiya sistemi vasitəsilə müvafiq sorğular verilmişdir. Sorğuların nəticəsi olaraq borclu Şəxs adına qeydə alınmış 1 ədəd "VAZ 21074" minik markalı, 55BO379 dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuş, lakin həmin avtomobilin yerini müəyyən etmək mümkün olmadığı üçün 26 yanvar 2022-ci il tarixdə "borclunun əmlakının axtarılması haqqında" qərar qəbul olunmuş, həmin avtomobilin üzərinə həbs qoyulması məqsədilə 16 fevral 2022-ci il tarixdə təqdimatla məhkəməyə müraciət olunmuş, Şəki Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 8(075)-45/2022 nömrəli qərardadı ilə borclunun adına qeydə alınmış 1 ədəd "VAZ 21074" minik markalı, 55BO379 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu Şəxs icra məmurunun çağırışına əsasən 17 fevral 2026-cı il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Borclu izahatı alınarkən bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fəhlədir. Bu fəaliyyətin nəticəsində ay ərzində təxmini 300 manat qazancı olur. Borcludan əmlakı barədə soruşulduqda bildrmişdir ki, adına qeydə alınmış 1 ədəd "VAZ 21074" minik markalı, 55BO379 dövlət qeydiyyat nişanlı avtomobil var, lakin o həmin avtomobili 2013-cü ildə etibarnamə ilə satmışdır. Avtomobilin faktiki sahibi avtomobili öz adına qeydiyyata aldırmadığı üçün həmin avtomobil borculun adında qalmışdır, həmin avtomobilin harada olduğunu bilmir, bu günə qədər sadəcə "xxxx" MMC-yə olan borcundan 300 manat ödəniş etmişdir. Bu gün 100 manat ödəniş edə biləcəyini,1 həftə ərzində "xxxx" MMC və "xxxx" BOKT MMC-yə olan borcunu tam şəkildə ödəyəcəyini bildirmiş, əlavə etmişdir ki, qalan borcunu ödəmək üçün kifayət qədər vəsaiti yoxdur, hər ay hissə-hissə ödəniş edə bilər. Borclu Şəxs aliment üzrə toplam 8520 manat, digər icra sənədləri üzrə borcu 2915.88 manat, ümumilikdə isə 11435.88 manat borcu vardır. Borcludan icra sənədlərini təmin etmək tələb olunsa da, o kifayət qədər vəsaiti olmadığını bildirərək borclarını ödəməkdən boyun qaçırmışdır. Tələbkar Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Cumy oğlu yuxarıda qeyd olunan icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qazancının tamamilə uşaqlarının sağlamlığına sərf edir, borclarından da, hissə hissə ödənişlər etmişdir. Himayəsində azyaşlı xəstə uşağı var, pul olan kimi onun müalicəsinə xərcləyirlər, onu mütəmadi olaraq müayinə və müalicə olunmaq üçün Bakı şəhərinə aparırırlar. Bütün qeyd edilənləri nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi vəkili X6 izahat verərək, cavabdehin qazancını yalnız uşağının sağlamlığı üçün sərf etdiyini, aliment borcu üzrə tələbkarın onun inzibati qaydada həbs edilməsini istəmədiyini, həmçinin Şəxs borclarından hissə-hissə ödənişlər etdiyini nəzərə alaraq iş üzrə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-yə olan borcundan bir neçə saatdan sonra 100 manat ödəniş edəcəkdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, aliment tələbindən imtina etmir, lakin icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Şəxs ilə birgə nikahlarından doğulmuş azyaşlı uşağı xəstədir, onun müalicəsi üçün hər ay xeyli miqdarda xərc çəkirlər, Şəxs tutulacağı təqdirdə uşağın müaciləsi yarımçıq qala bilər. Bu səbəbdən də övladlarının maddi cəhətdən daha da çox çətinliyə məruz qalmaması üçün Şəxs həbs olunmasını istəmir. İş materiallarına əlavə edilmiş; Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixdə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəki Rayon məhkəməsinin 14 dekabr 2010-cu il tarixli, 2(075)-1375/2010 nömrəli alimentin alınması tələbinə dair məhkəmə əmrində Şəxs hər ay bir uşaq üçün 50 (əlli) manat məbləğində alimentin tutulması, 14 aprel 2009-cu il tarixində anadan olmuş, X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün N.Nərimanov küçəsi 4/5 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 27 mart 2012ci il tarixli aktda şəxsin, qeyd etdiyi kimi ünvan 2 ünvanında yaşamadığı müəyyən edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş, 27 mart 2012ci il tarixli qərarda borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2010-cu il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1375/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən banklara xx.xx.2011-ci il tarixində borclu Şəxs banklarda olan qızıl-zinət əşyalarının və pul vəsaitlərinin olubolmaması bağlı sorğular göndərilmişdir. xx.xx.2011-ci il tarixli sorğulara cavab olaraq banklar borclu Şəxs banklarda heç bir qızıl-zinət əşyalarının və pul vəsaitlərinin olmadığını bildirmişdirlər. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş, 28 yanvar 2022-ci il tarixli qərarda borclu Şəxs məcburi surətdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki rayon məhkəməsinə xx.xx.2022-ci il tarixində göndərilmiş təqdimatda Şəxs məxsus “Vaz 21074” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məhkəmədən xahiş olunmuşdur. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəki regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8İ-10008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra olunması məhkəmədən xahiş olunmuşdur. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8-i27673 nömrəli, xx.xx.2024-cü il tarixi icra sənədi üzrə göstərilən tələbin 10 gün müddətində icra olunması məhkəmədən xahiş olunmuşdur. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-3(075)-570/2025-8 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş, xx.xx.2012-ci il tarixli xəbərdarlıq məktubunda borclu Şəxs Şəki Rayon Məhkəməsinin 14 dekabr 2010-cu il rarixli, 2(075)-1375 saylı icra sənədində göstərilmiş tələbin müəyyən edilməsi tələb olunmuşdur. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1755/2021-004 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qərarda borclu Şəxs məxsus VAZ 21074 minik markalı, 55 BO №li dövlət qeydiyyat nişanlı avtomobilin barəsində axtarış elan edilməsi, yeri müəyyən edildikdən sonra, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında icra sənədi barədə məlumatının olduğunu bildirmişdir. Hal-hazırda imkanının olmadığını, gələn aydan 100 manat ödəniş edə biləcəyini bildirmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barədə xx.xx.2024-cü il tarixində MN ******* nömrəli Protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında icra sənədi barədə məlumatının olduğunu bildirmişdir. “VAZ 21074” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilinin ona aid olmadığını, artıq satdığını qeyd etmişdir. Borcdan 100 manat ödəniş edə biləcəyini bildirmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2026-cı il tarixli qərarda borclu Şəxs məxsus “VAZ 21074” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili üzərində həbs qoyulması qərara alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs 25 fevral 2014-cü il tarixində verilmiş qəbzdə onun Zərərçəkmiş şəxs 50 (əlli) manat verdiyi qeyd olunmuşdur. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Zərərçəkmiş şəxs nümayəndəsi X1 24 yanvar 2014-cü il tarixində verilmiş qəbzdə onun Şəxs 100 (yüz) manat məbləğində aliment pulu aldığı qeyd olunmuşdur. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs 01 mart 2014-cü il tarixində verilmiş qəbzdə onun tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat verdiyi qeyd olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə əsas borcu aliment öhədliyindən irəli gəlir, onun tərəfindən ayrı-ayrı vaxtlarda həmin borcdan ödənişlər edilmişdir. Həmin borc tələbi üzrə tələbkarın alimentin borcu üzrə icra sənədinin məhkəməyə geri qaytarılması barədə icra şöbəsinə ünvanladığı ərizəsi vardır, həmçinin o, məhkəmə iclasında bildirmişdir ki, uşaqların maddi tələbatını ataları Şəxs fəhləlik edərək ödəyir. Məhkəmə iclası başlamadan sədrlik edən tərəfindən öncə tərəflərin uşağı olan azyaşlı qız uşağının mütəmadi olaraq ağlaması, 2-3 addım atdıqdan sonra yıxılması müşahidə edilmişdir. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işləməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bütün qeyd edilənlər məhkəmədə ailənin aztəminatlı olması qənaətinə gəlməyə əsas vermişdir. Digər icra sənədləri üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcu ümumi şəkildə 2915.88 manat təşkil edir. Əsas və daha böyük hissə aliment borcu üzrə tələbkarın şikayəti olmadığı üçün, qalan nisbətən az məbləğli borcu üzrə şəxsin həbsi və ya cərimələnməsi məqsədə müvafiq hesab edilmir. Bu halda isə həmin şəxsi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilmək məqsədə müvafiq deyildir. Çünki həmin maddə üzrə şəxsin barəsində inzibati tənbeh tədbiri o halda tətbiq edilir ki, borclunun hərəkətlərində üzrsüz səbəblər olmuş olsun, həmin səbəblər inzibati xətanın subyektiv tərəfinin təzahürü formasında çıxış edir, hazırki iş üzrə bu hal müəyyən edilmir, yuxarıda istinad edilmiş İXM-in 528.1-ci maddəsinin dispozisiyası tələb edir ki, şəxsi həmin maddə ilə təqsirli bilmək üçün borclu müvafiq icra sənədini üzürsüz səbəbdən, yəni qərəzli olaraq icra etməsin. Lakin hazırkı halda yaranmış borcun qərəzli olaraq icra edilməməsi müşahidə edilmir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar