Məhkəmə qərarları › İş №3(5-158)-229/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-229/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-229/2026 19.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın, X10 Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Göynük kəndində kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan, Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş 19 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1201/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Şəxsnın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1201/ 2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 cəmi 36951 manat pul vəsaiti tutularaq tələbkarlar X12 və X4 xeyrinə ödənilməlidir. İcra sənədi 15 dekabr 2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borcluların elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası borclu tərəfindən müvafiq olaraq təmin edilməmişdir İcra sənədlərinin məcburi icrasını təmin etmək üçün borclunun əmlakının axtarışına başlanılmış, borcluların bank hesablarının və həmin hesablarda pul vəsaitlərinin olub-olmaması, borcluların adına qeydə alınmış daşınar və daşınmaz əlakının olub-olmaması, borcluların sahibkarlıq fəaliyyəti ilə məşğul olub olmaması, borcluların əmək haqqı və pensiyasının olub-olmaması barədə aidiyyatı orqan və təşkilatlara sorğular verilmiş və "Elektron İcra" İnformasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti sorğulanmışdır. Sorğular nəticəsində borclu Şəxs məxsus 1 ədəd "VAZ 21074" minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil və 0.8864 ha torpaq sahəsi aşkar olunmuşdur. Avtomobilin üzərinə həbs qoyulması üçün xx.xx.2024-cü il tarixli təqdimatla məhkəməyə müraciət olunmuş, Şəki Rayon Məhkəməsinin 8(075)-198/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu Şəxs məxsus VAZ 21074" minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Avtomobil borcludan alınaraq duracağa yerləşdirilmiş, icra məmurunun xx.xx.2025-ci il tarixli qərarı ilə qiymətləndirici dəvət olunmuş, avtomobilin dəyəri 4800 manat müəyyən olunmuş, avtomobil tələbkara təklif olunmuş, lakin tələbkar həmin avtomobili naturada qəbul etməkdən imtina etmişdir. Buna müvafiq olaraq avtomobilin hərrac vasitəsilə satışa çıxarılması üçün icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə hərrac təşkilatına sifariş verilmişdir. Borclu Şəxs məxsus 0.8864 ha torpaq sahəsi üzərinə həbs qoyulması üçün xx.xx.2025-ci il tarixli təqdimatla məhkəməyə müraciət olunmuş, lakin Şəki Rayon Məhkəməsi 8(075)-289/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında həmin torpağın ümumi mülkiyyətdə olduğu, tərəflərin payları dəqiq bilinmədiyi qənaətinə gələrək təqdimatın təmin edilməsindən imtina etmişdir. Sorğular zamanı digər borclu X2 pensiyasının olduğu müəyyən olunmuş və borclunun pensiyası barədə inkasso sərəncamı tərtib olunmuşdur. Çağırışa uyğun olaraq Borclu Şəxs xx.xx.2026-cı il tarixdə Şəki rayonu üzrə lcra və Probasiya Şöbəsinə gəldi. Borcluya haqqında olan icra sənədi barədə məlumat verildi və ondan icra sənədi üzrə borcunu təmin etməsi tələb olundu. Borclu izahatında bildirdi ki, bu günə qədər borcundan anası X2 pensiyasından tutulma nəticəsində cəmi 4362.51 manat pul ödənilmişdir. Geri qalan 32588.49 manat borcu ödəmək üçün kifayət qədər vəsaiti yoxdur. Hal-hazırda heç bir yerdə işləmir. Təsərrüfatında mal-qarası yoxdur. Fəhləliklə məşğul olur. Həyat yoldaşı xəstə olduğu üçün qazandığı pulun bir hissəsi tibbi ləvazimatlara xərclənir. Borcunu sadəcə hər ay anasının pensiyasından tutulan vəsait ilə və öz qazancından hissə-hissə ödəyə bilər. Borcludan bir daha icra sənədinin icrasını təmin etməsi tələb olunsa da, o, kifayət qədər vəsaiti olmadığını bildirərək bundan imtina etdi. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Suallara cavab olaraq icra məmuru bildirdi ki, zərərçəkmiş şəxslər borclunun bacısı və yeznəsidir, onlar hazırda Şəki şəhərində deyillər, məhkəmə iclasında iştirak edə bilmirlər. Onlar tələb edirlər ki, borclu şəxs barəsində tədbir görülsün. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun hazırda qeyd edilən məbləği ödəməyə imkanı yoxdur. Ona borcu ödəmək üçün vaxt verilməsini xahiş etdi. Qeyd etdiklərini nəzərə alınmasını məhkəmədən xahiş etdi. X10 Vəkil Bürosunun vəkili X6 izahatında Şəxsnın əməlində hər hansı qərəz olmadığını, həmçinin onun əməlində Azərbaycan Respublikası Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən borcdan ödəniş edilməmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Məhkəmə hesab edir ki, Şəxsnın sərbəst hərəkət etmək imkanı 19 fevral 2026-cı il tarixdən saat 16:45-dən məhdudlaşdırıldığından, onun həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 19 fevral 2026-cı il tarixdən saat 16:25-dən hesab edilsin. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar