Məhkəmə qərarları › İş №3(5-158)-231/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-231/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-231/2026 20.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Şəki rayonu Qudula kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu Qudula kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 19 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 fevral 2026-cı il tarixdə, saat 16:00 radələrində Şəki rayonu Qudula ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 19 fevral 2026-cı il tarixdə polis şöbəsinin polis nəfərləri Murad Abdullayev və Elmar Əmrahlı rayon ərazisində xidmətdə olduğu müddətdə Qudula kənd ərazisində 3 nəfər şəxsin yerdən beton parçalarını çıxardıqlarını və traktor nəqliyyat vasitəsinə yığdıqlarını görürlər, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edirlər. Bu zaman vətəndaşlardan Şəxs adlı şəxs polisə qarşı ünvanlı-ünvansız nalayiq ifadələr işlədir, səs-küy salır, “ İmkan verin işimi görüm” kimi ifadələrdən istifadə etdiyini bildirir. Betonların nə üçün çıxarılmasını, hara aparılmasını soruşsalar da vətəndaş heç bir cavab vermir, nalayiq ifadələr, söyüşlər söyməyə davam edir. Polis əməkdaşları onları sakitləşdirməyə , polis şöbəsinə getməyə dəvət etsələr də, vətəndaş getməyəcəyini bildirir. “ Siz məni heç yerə apara bilməzsiniz”, “Heç yerə getməyəcəm”, “ Heç bir günahım yoxdur” deyir. Polis əməkdaşları məsələnin aydınlaşdırılması üçün getməyi bildirsələr də,qəti şəkildə getməyəcəyini deyir. Post Patrul Xidmətinin köməyi ilə vətəndaş polis şöbəsinə gətirilmiş və bundan sonra da səs-küy salmağa,nalayiq ifadələr işlətməyə davam etdiyini bildirmişdir. Bölmə rəisinin yanına salıb söhbət olunsa belə, yenə də eyni hərəkətlər etdiyini bildirir .Bundan sonra da protokol tərtib olunur və qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 19 fevral 2026-cı il tarixdə nalayiq ifadələrdən istifadə etdyiini,səs-küy saldığını bildirərək, əməlindən peşman olduğunu bir daha bu kimi əməllər etməyəcəyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 məhkəmə iclasında şəxsin əməlindən peşman olmasını nəzərə alaraq, iş üzrə yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB-in polis nəfəri, polis serjantı X8 ifadəsində göstərmişdir ki, polis şöbəsinin 16:00 radələrində Qudula kənd ərazisində xidmətdə olduqları zaman icra nümayəndəliyinin yaxınlığında 3 nəfər şəxsin öz nəqliyyat vasitələrinə beton parçalarını yığdıqlarını görmüş, onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra beton parçalarını nə üçün ora yığdıqlarını , kimə məxsus olduqlarını soruşmuşlar. Bu zaman vətəndaş ünvanlı-ünvansız nalayiq sözlərdən , təhqirlərdən istifadə etmiş, daha sonra vətəndaşı polis şöbəsinə məsələnin aydınlaşdırılması üçün dəvət etdikdə vətəndaş onlara etiraz edərək getməyəcəyini bildirmişdir. Post Patrul Xidmətinin köməyi ilə vətəndaş polis şöbəsinə gətirilmiş ,orada da səs-küy salmağa davam etdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X3 ifadəsində göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə 16:00 radələrində Qudula kənd ərazisində xidmətdə olduqları zaman yol kənarında 3 nəfərin daş paneli yerdən çıxardıqlarını görmüş, yaxınlaşaraq kimə məxsus olduğunu , hara aparılacağını soruşmuşlar. Vətəndaş səs-küy salaraq təhqirlərdən istifadə etmiş ,aqressiv cavablar vermişdir.Onlar vətəndaşı polis şöbəsinə dəvət etsələr də, müqavimət göstərmişdir.Post Patrul Xidmətinin köməyi ilə polis şöbəsinə aparılmışdır. İş materiallarında olan “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərardadla iş baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə tutulmuşdur. 19 fevral 2026-cı il tarixli raportdan görünür ki, 19 fevral 2026-cı il tarix də saat 16:00da Şəxs Qudula kənd ərazisində beton parçalarını yığdığı zaman polisə qarşı ünvansız nalayiq ifadələr işlətmişdir . Polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini daha aqressiv və qərəzli formada davam etdirmişdir. Daha sonra Post Patrul Xidmətinin köməyi ilə polis şöbəsinə gətirilmiş və eyni hərəkətlərinə davam etmişdir. “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində 18 manat nəğd pul, “X7” markalı siqaret paçkası və alışqan aşkar edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 16:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə Şəxs polis əməkdaşlarnın qanuni tələblərinə tabe olmamasına dair izahatına tənqidi yanaşır və məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə Qudula kənd ərazisində polislərə qarşı nalayiq ifadələr işlətmiş ucadan səs-küy salmış, eyni zamanda Şəki ŞRPŞ-də uca səslə etikadan kənar ifadələr işlədərək nalayiq şəkildə və şəxslərə mənfi münasibət bildirərək səs-küy salıb ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etməyə çalışmış, polisin iş fəaliyyətini və ictimai qaydaları pozmuşdur. Eyni zamanda Şəxs polisin qanuni tələbini icra etməməklə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmiş, beləliklədə İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 19 fevral 2026-cı il tarixdən, saat 16:40-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar