Məhkəmə qərarları › İş №3(5-158)-233/2026

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-233/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-233/2026 20.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1997-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN; 62NHRJN olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı, Qaradağ rayonu Müşfiqabad kəndində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Elbrus Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1419/ 2022-022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 4565.82 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" Şirkətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixli qərarla icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü müddətdə icrası ilə bağlı borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü müddətdə icra olunmamışdır. Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-89/ 2023-017 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 4749.6 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə lcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixli qərarla icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü müddətdə icrası ilə bağlı borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü müddətdə icra olunmamışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 5192.66 manat pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməldir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə lcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixli qərarla icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü müddətdə icrası ilə bağlı borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü müddətdə icra olunmamışdır. İcra sənədləri könüllü müddətdə icra olunmadığı üçün borclu Şəxs əmlakının axtarışına başlanılmış, borclunun bank və kredit təşkilatlarında hesablarının və həmin hesablarda pul vəsaitlərinin olub-olmaması, borclunun adına alınan daşınar və daşınmaz əmlakın olub-olmaması, borclunun sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, əmək haqqı, pensiya və təqaüd alıb-almaması "Elektron lcra" informasiya sistemi vasitəsilə sorğulanmış, lakin heç bir nəticə qeydə alınmamışdır. Borclu Şəxs icra sənədləri üzrə borcları təmin etmədiyi üçün müxtəlif vaxtlarda şöbəyə çağırılmış, ünvanına xəbərdarlıq məktubları göndərilmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Tələbkar "xxxx" şirkəti 15 sentyabr 2025-ci il tarixdə şöbəmizə ərizə ilə müraciət edərək Şəxs icra sənədini təmin etmədiyini bildirmişdir. Tərəfimizdən borclunun ünvanına baxış keçirilmiş, lakin borclunun həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. 17 sentyabr 2025-ci il tarixdə Şəxs barəsində borclunun axtarışı haqqında qərar qəbul olunmuşdur. Borclu Şəxs 20 fevral 2026-cı il tarixdə polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirildi. Borcluya haqqında olan icra sənədləri və onların tələbləri barədə məlumat verildi.Borcludan icra sənədləri borclarının ödənilməsi barədə soruşulmuş, borclu Şəxs izahatında bildirdi ki, hal-hazırda qeyri-rəsmi olaraq mühfizəçi vəzifəsində çalışır. Aylıq qazancı 800 manatdır. Bu günə qədər heç bir ödəniş etməyib. Bu gün 500 manat ödəniş edə bilər. Geri qalan borcunu ödəmək üçün kifayət qədər vəsaiti yoxdur, yalnızaylıq hissə-hissə ödəniş edə bilər. Borclu Şəxs bu günki tarixə toplam borcu 14508.11 manat təşkil edir. Borcludan icra sənədləri üzrə bütün borcunu ödəməsi tələb olunduqda o,kifayət qədər vəsaiti olmadığını bildirərək bu tələbdən imtina etdi. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək protoklu müdafiə etdiyini qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, aylıq qazancı 800 manatdır. Ümumi borcdan 500 manat ödəyə bilər. Geri qalan borcunu ödəməyə imkanı yoxdur. Əgər imkan verilsə, icra sənədi üzrə borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınaraq qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 izahat verərək bildirdir ki, Şəxs maddi imkanı olmaması səbəbindən borcunu ödəməmişdir. Şəxs vaxt verilsə, borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, onun əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş: Şəki Kommersiya Məhkəməsinin 2(117)-1419/2016 nömrəli, xx.xx.2022-ci tarixli icra sənədindən görünür ki, Şəxs 4900 manat əsas borc,50 manat penya, 60 manat mediasiya xərci,8.92 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" şirkətinə ödənilməlidir. Şəki Kommersiya Məhkəməsinin 2(117)-89/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs 4623.4 manat əsas borc,60 manat mediasiya xerci və ödənilmiş 16.23 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilməlidir. Qaradağ Rayon məhkəməsinin 1(002)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, 4700 manat dəyərində maddi ziyan, 300 manat məbləğində mənəvi zərər, 192.66 manat məbləğində dövlət rüsumu, cəmi 5192.66( beş min bir yüz doxsan iki manat altmış altı qəpik) pul Şəxs tutularaq, X5 ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 1(075)-30/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcbur gətitilməlidir Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il bildirişlərdən görünür ki, Kommersiya Məhkəməsinin 2(117)- 1419/2022-022 nömrəli, xx.xx.2022-ci tarixli, Şəki Rayon Məhkəməsinin 2(117)-89/2023-017 nömrəli, xx.xx.2023-cü tarixli və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-19/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xəbərdarlığın surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir Borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsində izahat verərək, "xxxx" şirkətindən əmlakların dostunun onun xəbəri olmadan götürdüyünü, saxta imzalarla imzalandığını, borcun onun borcu olmadığı üçün ödəmədiyini bildirmişdir. Borcun ona aid olduğu sübut olunarsa, borcunun ödəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsində izahat verərək, "xxxx" şirkətindən əmlakların dostunun onun xəbəri olmadan götürdüyünü, saxta imzalarla imzalandığını, borcun onun borcu olmadığı üçün ödəmədiyini bildirmiş, 3 ay müddətində ona aid olan bütün borclarını ödəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsində izahat verərək, imkanının olmadığını, bu gün 500 azn ödəyə biləcəyini, qalan borcun hissə hissə ödəyə biləcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsində izahat verərək, "xxxx" şirkətindən əmlakların dostu X4 onun xəbəri olmadan götürdüyünü, saxta imzalarla imzalandığını, borcun onun borcu olmadığı üçün ödəmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, borclunun icra sənədi barədə məlumatı olduğu halda qərəzli olaraq aliment borcunu ödəməyərək icra sənədini icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx.xx.2026-cı il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx.xx.2026-cı il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən, saat 11:00dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar