Məhkəmə qərarları › İş №3(5-158)-278/2026

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(5-158)-278/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(5-158)-278/2026 27.02.2026 ŞƏKI RAYON MƏHKƏMƏSI Hakim Musayev Kamran İbrahim oğlu, İskəndərov İskəndər Niyazı oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş ##.##.2026-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən, məhkəmə müəyyən etdi: Protokola görə İskəndərov İskəndər Niyazı oğlu inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında EQ ******** saylı qərar qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cərimə pulunu ödəməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. İş materiallarında protokolun İskəndərov İskəndər Niyazı oğlu barəsində tərtib edilmmiş olsa da həmin şəxsin fərdi identifikasiya nömrəsi, həmçinin yaşayış ünvanı barədə hər hansı məlumat aşkar edilməmişdir. Belə olan da sürücülük hüququnun məhdudlaşdırılması istənilən şəxsin kim olması və ünvanı barədə hər hansı məlumaty əldə etmək mümkün olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə, işin hallarını, inzibati tənbehvermə haqqında qərarın iş materiallarına əlavə edilməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, protokol geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada müraciət etmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İskəndərov İskəndər Niyazı oğlu barəsində tərtib olunmuş ##.##.2026-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar