Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-305/2026 06.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Mövlayev Azər Aydın oğlunun sədrliyi, Ramazanova Firuzə Musa qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, xxxxxxx olan, orta təhsilli, evli, fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəki şəhəri, Şərbablar küçəsi ev 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu tərəfindən tərtib edilmiş 06 mart 2026-cı il tarixli, MN seriyalı, 233017 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Borclu Şəxs Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 722/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cəmi 47842,04 manat borc alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8i-17572 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 23203,14 manat borc alınaraq "xxxx" ASC-nin xeyrinə, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 796/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 14993,59 manat borc alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə, Şəki Kommersiya Məhkəməsinin 2- 2(117)-752/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 27107,03 manat borc alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8i- 829 saylı, xx.xx.2026-cı il tarixli icra sənədinə əsasən 46608,07 manat borc alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə müvafq olaraq xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2026-ci il tarixli qərarlarla icraata başlanılmış və tələbin könüllü icrası barədə bildirişlərlə birlikdə borclunun ünvanına göndərilmişdir. Həmçinin, borcuya məxsus mobil nömrələrə sms bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən 10 gün könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş və icra məmurunun çağırışına münasibət bildirilməmişdir. Borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olubolmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. İcra məmurunun çağırışlarına münasibət bildirmədiyi üçün borclu barəsində xx.xx.2026-cı il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul edilərək ünvanına göndərilmişdir. Bundan sonra borclu icra məmurunun çağırışına münasibət bildirmiş və xx.xx.2026-cı il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcludan izahatı alınmışdır. Borclu izahatında icra sənədi üzrə tələbkarların xeyrinə ödəməli olduğu borc məbləğini tam ödəməyə maddi imkanının olmadığını və bütün icra sənədləri üzrə cəmi 300 manat ödəyə biləcəyini bildirmişdir. Tərəfimizdən borcluya icra sənədləri üzrə borcunu ödəməyi üçün yenidən 10 gün müddət verilmişdir. Tələbkar "xxxx" MMC Ədliyyə Nazirliyi Strateji Planlaşdırma və Monitoring Baş İdarəsinə və Ədliyyə Nairliyi İcra xidmətinə şikayət ərizəsi ilə müraciət edərək borclunun heç bir ödəniş etmədiyini və barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borcluya verilmiş 10 gün müddət bitdikdən sonra xx.xx.2026-cı il tarixdə borclu Şəxs izahatı alınmışdır. Borclu izahatında yenidən icra sənədi üzrə tələbkarların xeyrinə ödəməli olduğu borc məbləğini tam ödəməyə maddi imkanının olmadığını və bütün icra sənədləri üzrə cəmi 500 manat ödəyə biləcəyini bildirmişdir. Borclu ona verilmiş 10 gün müddət ərzində heç bir ödəniş etmədiyini bildirmişdir. Borclu Şəxs hal-hazırda ödənilməmiş 159.753,87 manat borcu vardır. Göstərilənlərə əsasən borclu Məmmədov X1 Respublikaşl İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında, hazırda çörək sexində fəhlə kimi işlədiyini,, hər ay qazancının 600 manat olduğunu, bundan sonra borcla bağlı hər ay 500 manat ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 722/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8i-17572 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 796/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-752/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 8i- 829 saylı, xx.xx.2026-cı il tarixli icra sənədləri icra olunması üçün Şəki rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, bu barədə borcluya bildiriş ünvanlanmış, habelə sonuncu bildirişi imzalamaqla qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən borcdan ödəniş edilməmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün X3 tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 06 mart 2026cı il tarixində saat 11:00-da şöbəyə gəlmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar olaraq borclunun izahatı alınmışdır. Borclu izahatında indiyədək maddi imkanı olmadığı üçün borclarından heç bir ödəniş edə bilmədiyini və hal-hazırda borclarından hər hansı ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 06 mart 2026-cı il tarixində saat 11:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 06 mart 2026-cı il tarixində saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 06 mart 2026-cı il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Mövlayev
Məhkəmə qərarları › İş №3(5-158)-305/2026
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-305/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver