Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-338/2026 12.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan vətəndaşı, evli, FİN xxxxxxx, orta təhsilli, Dövlət Sərhəd Xidməti 2050 saylı Hərbihissədə sürücü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qubadlı rayonu, 2050 saylı Hərbi-hissə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş 12 mart 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1759/2013 nömrəli, xx.xx.2013cü il tarixli e-2(075)-1201/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli və e-2(075)/2025-021 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1759/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclular X11 və Şəxs müştərək qaydada 8691.67 ABŞ dolları məbləğində borc icra sənədinin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu xərci tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2014-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərar qəbul olunmuş, tələb.n könüllü müddətdə icrası barədə borcluların elektron sistemdə qeydiyyatda olan mooil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası borclular tərəfindən könüllü müddətdə təmin olunmamışdır. Şəki Rayon Məhkəməsinin e-2(075)-1201/2023-005 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 804.20 manat pul vəsaiti tutularaq tələbkar “ABC- Telecom" MMC-nin xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2024-cü il tarixçə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası borclu tərəfindən könüllü müddətdə təmin olunmamışdır. Şəki Rayon Məhkəməsinin e-2(075)-276/2025-021 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 24 yanvar 2008-ci il təvəllüdlü X3, 20 iyun 2012-ci il təvəllüdlü X7 və 10 avqust 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılma arı üçün hər ay, hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X10 verilməlidir. Alimentin tutulmasının əvvəli 19 noyabr 2024-cü il tarixindən hesablanmalıdır. İcra sənədi xx.xx.2026-cı il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin dərhal icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası borclu tərəfindən təmin olunmamış, aliment üzrə borc yaranmışdır. İcra sənədinin məcburi icrasını təmin etmək üçün borclunun əmlakının axtarışına başlanılmış, bank və kredit təşkilatlarında pul vəsaitlərinin, adına qeydə alınmış daşınar və daşınmaz əmlakının, əmək haqqı, pensiya və digər gəlirlərinin olub-olmaması barədə müvafiq sorğular verilmiş, həmçinin, "Elekton İcra” informasiya sistemi vasitəsilə müvafiq qaydada sorğulanmış, sorğunun nəticəsində borclunun "xxxx" MMC-də avtobus sürücüsü vəzifəsində çalışdığı müəyyən olunmuşdur. Borclu Şəxs oclu icra məmurunun çağırışlarına müvafiq qaydada gəlmədiyi və yaşadığı ünvanı müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2026-cı il tarixdə borclunun axtarışı haqqında qərar qəbul olunmuşdur. İcra sənədi üzrə tələbkar ‘‘ABC-Telecom" MMC-nin nümayəndəsi X14 12 03.2026-cı il tarixində şöbəmizə ərizə ilə müraciət edərək borclu Şəxs icra sənədi üzrə borcundan heç bir ödəniş etmədiyini bildirmiş, ödəniş etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Borclu Şəxs xx.xx.2026-cı il tarixində polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirildi. Borcluya barəsində tərtib olunmuş icra sənədləri və onların tələbləri haqqında məlumat verildi. İcra sənədlərinin tələblərini nə üçün təmir etməməsi barədə soruşuldu. Borclu Şəxs izahatında bildir ki, halhazırda "xxxx" MMC-də avtobus sürücüsü vəzifəsində çalışır. Bu günə qədər "xxxx" ASCyə borcundan təxminən 2000 manat ödəniş edib. Digər icra sənədləri üzrə borclarından xərbərdardır, ancaq heç bir ödəniş etməyib. Bu gün 1000 manat ödəniş edə bilər. Geri qalan borclarını bir il ərzində tam şəkildə ödəyəcək. Borclu Şəxs bügünkü tarixə "xxxx" ASC-yə cəmi 6774.68 ABŞ dolları və 30 manat, "xxxx" MMC-yə 804.20 manat, aliment üzrə isə cəmi 7200 manat borcu vardır. Borcludan icra sənədləri üzrə tələbləri tam şəkildə təmin etməsi tələb olunmuşdur. Ancaq o, imkanının olmadığını bildirərək bu tələbi təmin etməkdən imtina etdi. Göstərilənlərə əsasən borclu Şəxs yuxarıda qeyd olunan icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda aliment borcundan 1000 manat ödəniş edə bilər. Uşaqlara baxa bilmirlərsə versinlər o baxsın. Hazırda Bakıda işləyir. Bütün borclarını ödəməsi üçün vaxt verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X12 izahat verərək bildirdi ki, aliment borcunu ödəməmişdir. 11 aydır Bakıda yaşayır və onlarla heç maraqlanmamışdır. Bütün aliment borcunu tələb edir. X13 Vəkil Bürosunun vəkili X2 izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən borcdan ödəniş edilməmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 12 mart 2026-cı il tarixdən, saat 11:00-da Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 11:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 12 mart 2026-cı il tarixdən, saat 11:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 12 mart 2026-cı il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 12 mart 2026-cı il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(5-158)-338/2026
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-338/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver